Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-37/2021 16.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı «X10» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı «X10» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «X10» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, «X10» MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 8228 (səkkiz min səkkiz yüz iyirmi səkkiz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X10» MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında 29.03.2017-ci il 3 (üç) aylıq sınaq müddəti tətbib edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X7” haqqında müqavilə imzalanmışdır. 15.09.2017-ci il tarixli 411-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 28.09.2018-ci il tarixli 432-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasında yol vermişdir. Belə ki, 05.06.2018-ci il tarixdə Oba- Əhmədli 4 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 05.06.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8444 (səkkiz min dörd yüz qırx dörd) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borc 8444 (səkkiz min dörd yüz qırx dörd) manat borcdan 216 (iki yüz on altı) manat ödəniş edilmiş qalıq borc 8228 (səkkiz min iki yüz iyirmi səkkiz) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iddiaçı «X10» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyində 17.06.2016-ci il tarixdə «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmış «X3in dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən görünür ki, «X10» MMC dövlət qeydiyyatı VÖEN ********** olmaqla, hüquqi ünvanı Sumqayıt şəhəri, 9 MKR, ev 25C ünvanı təşkil etməklə, təsisçisi X4r. Çıxarış 05.03.2019-cu il tarixdə **********755200 nömrə ilə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyində «bir pəncərə» prinsipi ilə 05.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, «X10» MMC VÖEN ********** təşkil etməklə vergi ödəyicisi kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 05 mart 2019-cu il tarixdə **********3755200 nömrəsi ilə qeydiyyata alınmış «X10» MMC-nin nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul ola bilər. İş materiallarında olan Cavabdeh«X10» MMC-nin direktoru X5 yazdığı 29 mart 2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh baş satıcı vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan «X10» MMC-nin 29 mart 2017-ci il tarixli, 155-K nömrəli Əmrdən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA Marketlər Şəbəkəsinə 29.03.2017-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə Baş satıcı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan «X10» MMC ilə Cavabdeh arasında bağlanmış 29.03.2017-ci il tarixli “Əmək müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 29.03.2017-ci il tarixdən 29.03.2018-ci il tarixədək bir il müddətinə cəmiyyətin baş satıcı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 29.03.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, «X10» MMC ilə Cavabdeh arasında bağlanmış 29.03.2017-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu müəssisədə baş satıcı vəzifəsinə işə qəbul olunmuş, ona 167 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh«X10» MMC-nin direktoru X5 yazdığı 29 mart 2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Satış Əməliyyatları şöbəsinə administrator vəzifəsinə keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan «X10» MMC-nin 15 sentyabr 2017-ci il tarixli, 411-K nömrəli Əmrdən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA Marketlər Şəbəkəsinə 15.09.2017-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. Əmrdə əsas olaraq Cavabdehnən razılıq ərizəsi və əmək müqaviləsi qeyd edilmişdir. İş materiallarında olan 15.09.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, «X10» MMC ilə Cavabdeh arasında bağlanmış 15.09.2017-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu müəssisədə administrator vəzifəsinə işə qəbul olunmuş, ona 175 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. İş materiallarında olan işəgötürən cəmiyyət tərəfindən 10.11.2016-ci il tarixdə tərtib olunmuş və «tanış oldum» qeydi ilə Cavabdeh tərəfindən imzalanmış, satıcının “Vəzifə Təlimatı”nın təsdiqlənmiş surətindən görünür ki, Azərbaycan Respublikası qanunlarını və qüvvədə olan Şirkətin, Cəmiyyətin təlimat, əsasnamə və digər qaydalarını doğru və zamanında icra etmədikdə; şirkətin, kommersiya, maliyyə və daxili sirlərinin aidiyyatı olmayan şəxslər arasında yayılmasından, müvafiq sənəddə göstərilən vəzifələri doğru və zamanında icra etmədikdə, səlahiyyətində olan invertarları yararlı şəkildə istifadə etmədikdə; mal qəbulu zamanı məhsulların sayının sistemə doğru tanıdılmasından; mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirmədiyinə və şirkətə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən; tabeçiliyində olan satış məhsullarının sayımı zamanı əksik gəldikdə məsuliyyət daşıması Cavabdeh nəzərinə çatdırılmışdır. İş materiallarında olan 29.03.2017-ci il tarixli və 15.09.2017-ci il tarixli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilələrinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh həmin müqavilənin müvafiq bəndlərində işçi olaraq maddi məsuliyyətinin əsasları sadalanmışdır. Müqavilənin müvafiq bəndlərinə görə cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. Həmçinin işəgötürənin aşağıdakı tələblərini yerinə yetirməlidir: İşəgötürən işçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasıvə görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmalıdır; qəbul edilmiş qaydalar əsasında invertarizasiyanı həyata keçirməlidir. Bundan əlavə maddi məsul şəxsin təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzərində işəgötürənə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi aşağıdakı qaydada həyata keçirirlir: İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir: İşəgötürənin əsas fondu hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda pərakəndə satış üzrə mövcud olan faktiki bazar qiyməti ilə hesablanır; işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib olunur; işçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Bu halda işəgötürənin müəyyən olunmuş ziyanla bərabər ziyanın məbləği üzərindən hər gün üçün 0,5 % miqdarında dəbbə pulunun işçidən tutularaq ona ödənilməsini tələb etmək hüququ vardır. Dəbbə pulu ilə yanaşı işəgötürənin qanunvericilikdə müəyyən olunmuş bank uçot dərəcəsinə uyğun hesablanmış faizlərin və digər zərərlərin ödənilməsini tələb edə bilər. İş materiallarında olan «X10» MMC-nin 28 sentyabr 2018-ci il tarixli, 432-K nömrəli Əmrdən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA X1 əmək müqaviləsinə 28.09.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Əmrdə əsas olaraq Cavabdeh ərizəsi qeyd edilmişdir. İş materiallarında olan 28.09.2018-ci il tarixdə sistemə daxil edilmiş «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, 29.03.2017-ci il tarixdə «X10» MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68 maddəsinin a bəndinə əsasən 28.09.2018-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan 05 iyun 2018-ci il tarixli “İmtina Aktı”ndan görünür ki, «X10» MMCnin ünvan 2 ünvanında yerləşən “ƏHMƏDLİ 4” (181) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə 05.06.2018-ci il tarixli vəziyyətinə invertarzasiya keçirilmiş, invertarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonra heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin yaranması barədə izahat verməkdən imtina etmişdir. İş materillarında olan «X10» MMC tərəfindən Cavabdeh ünvanlanmış 12.02.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 8228 manat vurulmuş ziyanın 3 gün müddətində ödənilməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 12 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ümumilikdə «X10» MMC-nə 8228 manat borcu qalmışdır. Məhkəmənin 05 aprel 2021-ci il tarixli, 2(025)-37/2021 nömrəli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2021-ci il tarixli, 9/2738 nömrəli rəyi ilə Cavabdeh hesabında olan çatışmazlıq 8228,57 (8444,57-216) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. 42-ci maddəsinin 1-ci bəndinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 57-ci maddəsinə görə işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyən etməlidir. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. 69-cu maddəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşin faktiki halları ilə müəyyən olunur ki, «X10» MMC ilə Cavabdeharasında bağlanmış 29.03.2017-ci il tarixli “Əmək müqaviləsi”nə əsasən sonuncu 3 (üç) aylıq sınaq müddəti tətbib edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X7” haqqında müqavilə imzalanmışdır. 15.09.2017-ci il tarixli 411-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 28.09.2018-ci il tarixli 432-K saylı əmrlə işdən azad edilmişdir.İşəgötürənlə işçi arasında bağlanmış 29.03.2017-ci il tarixli və 15.09.2017-ci il tarixli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilələrinə əsasən Cavabdehona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmağı, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamağı və ziyankarlığa qarşı mübarizə aparmağı; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməyi və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmağı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməyi; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmağı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməyi; inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməyi, işəgötürən işçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasıvə görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmağı; qəbul edilmiş qaydalar əsasında invertarizasiyanı həyata keçirməyi öhdəsinə götürmüşdür. İşəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə əsasən də tərəflərin əmək qanunvericiliyi ilə tənzimlənən qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Hazırkı iş üzrə materiallarda olan əmək müqaviləsinə görə də cavabdehin üzərinə düşən vəzifələr şərh olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinini 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqdan ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 199-cu maddəsinə görə işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;…ç) əmlakı və digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda… 200-cü maddənin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması və başqa əməliyyatların apralması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X7 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Hazırkı iş üzrə məhkəmə qeyd etməyi zəruri hesab edir: İddiaçının nümayəndəsinin izahatı, işdə olan sübutlarla müəyyən olunur ki, işəgötürənlə cavabdeh arasındakı 29.03.2017-ci il tarixli və 15.09.2017-ci il tarixli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilələrinə əsasən Cavabdeh həmin müqavilənin müvafiq bəndlərində işçi olaraq maddi məsuliyyətinin əsasları sadalanmışdır. Müqavilənin müvafiq bəndlərinə görə cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. Həmçinin işəgötürənin aşağıdakı tələblərini yerinə yetirməlidir: İşəgötürən işçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasıvə görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmalıdır; qəbul edilmiş qaydalar əsasında invertarizasiyanı həyata keçirməlidir. Bundan əlavə maddi məsul şəxsin təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzərində işəgötürənə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi aşağıdakı qaydada həyata keçirirlir: İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir: İşəgötürənin əsas fondu hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda pərakəndə satış üzrə mövcud olan faktiki bazar qiyməti ilə hesablanır; işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib olunur; işçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Məhkəmə hesab edir ki, «X10» MMC ilə Cavabdeh arasında bağlanmış 29.03.2017-ci il tarixli və 15.09.2017-ci il tarixli “X7 haqqında” (əmək müqaviləsinə əlavə) müqavilələr Əmək Qanunvericiliyinin tələblərinə riayət olunmaqla (maddə 200, 1-ci bəndinə) tam qanuni əsaslarla tərtib olunmuşdur. Həmin müqavilə üzrə də cavabdehin iddiaçı qarşısında X7i yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə müəyyən edilir. 203-cü maddəsinin 1-ci bəndinə görə işəgötürən ona vuralan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 205-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X7 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Beləliklə, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasında yol vermişdir. Belə ki, 05.06.2018-ci il tarixdə Oba- Əhmədli 4 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 05.06.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8444 (səkkiz min dörd yüz qırx dörd) manat məbləğində zərər vurması məlum olmuşdur. Cavabdeh 216 (iki yüz on altı) manat Cəmiyyətin xəzinəsinə mədaxil etməklə 8228 (8444-216) manat borcu qalmışdır. İşin bu halı iş materiallarında olan “İnventarizasiya Nəticələrinə” dair Aktdan və ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, müvafiq qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2021-ci il tarixli, 9/2738 nömrəli rəyi ilə Cavabdeh hesabında olan çatışmazlıq 8228,57 (8444,57-216) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Əmək qanunvericiliyinin 191-ci maddəsinini 2-ci bəndinə əsasən hesab edir ki, ziyanın həqiqətən vurulduğu aşkar olunduğu, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd, eləcə də təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduğu, işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə 8228 (səkkiz min iki yüz iyirmi səkkiz) manat müəyyən edildiyi nəzərə alınaraq «X10» MMC-nin iddia tələbi təmin olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və 05.06.2018-ci il tarixli Oba Əhmədli-4 filialında aparılmış təhvil-təslim nəticələrinə dair aktın düzgünlüyünü mübahisələndirməmişdir və həmin aktın düzgün olmaması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı «X10» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə vurulmuş zərərə görə 8228 (səkkiz min iki yüz iyirmi səkkiz) manat məbləğində pul tutularaq iddiaçı «X10» MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və AzərbaycanRespublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı «X10» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə vurulmuş zərərə görə 8228 (səkkiz min iki yüz iyirmi səkkiz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-37/2021
Qəbələ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(025)-37/2021
16.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver