Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-38/2022 09.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Maraqlı şəxsnə qarşı "bağlanmış zəruri keçidin (cığırın) açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yol yerinin açılması, yol yerindən istifadəyə törədilən maneələrə son qoyulması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Maraqlı şəxsnə qarşı "bağlanmış zəruri keçidin (cığırın) açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X2 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı "bağlanmış zəruri keçidin (cığırın) açılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonunun Mirzəbəyli kəndində JN-081F saylı kodu 40613018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0,21 ha torpaq sahəsinə gedən zəruri keçidin (cığırın) istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və ağac hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22.09.2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək, X3 əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Mirzəbəyli kəndində yaşayır. Özünə məxsus (ailə üzvləri ilə birlikdə) həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsində ailə təsərrüfatını qurmuşdur. Həyətində müxtəlif cinsdən olan meyvə ağaclarından ibarət bağı vardır. Bundan əlavə təsərrüfatında toyuq-cücəyə və mal-qaraya baxır. Mal-qaranın örüşə ötürülməsi, təbii yolla suvarılması üçün həyətindən hazırda bələdiyyə torpağı hesab olunan ərazidən yaxınlıqdan keçən çaya keçidi vardır. Hazırda həmin keçid cavabdeh tərəfindən bağlanılmışdır. Belə ki, cavabdeh islahatdan əvvəl də həyətindən çaya və örüşə gedən çıxışa qoyduğu dəmir qapının qarşısına və keçidin 5 metrə enində bələdiyyə torpağına sərhəddən 5 cərgə ağac hasar çəkərək həmin istiqamətdə hərəkətini tam məhdudlaşdırmışdır. Cavabdehin hazırda ağac hasara alaraq istifadəsinə maneə yaratdığı keçid yeri əvvəllər də mövcud olmuş və yuxarıda qeyd etdiyi kimi təsərrüfatı üçün zəruri əhəmiyyətli olmaqla bələdiyyə balansında olan torpaq sahəsidir. Dəfələrlə çalışsa da, cavabdeh zəruri keçid yerini açmır, ağac hasar çəkməklə istifadəsinə imkan vermir. Cavabdehin istifadəsinə imkan vermədiyi, ağac hasar çəkməklə maneə törətdiyi 5 metr enində, 30 metr uzunluğunda olan sahə onun üçün təsərrüfat əhəmiyyətli olmaqla qonşu olaraq cavabdehin hər hansı bir formada hüquqlarını pozmur. Hər bir torpaq sahəsinin mülkiyyətçisi öz torpaq sahəsindən səmərəli istifadə etmək hüququna malikdir. Öz torpaq sahəsindən çıxışı olmayan mülkiyyətçiyə öz sahəsindən səmərəli istifadə etmək üçün şərait yaradılmalıdır. Təəssüflər olsun ki, cavabdeh mövcud olan keçid yolunu bağlayaraq istifadəsinə maneələr yaradır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ekspert rəyində də iddiaçıya məxsus yol yerini bağlamaması, iddiaçıya heç bir maneə törətməməsi öz əksini tapmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Üçüncü şəxsin nümayəndəsi 50 535 55 19 “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşlar. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını, üçüncü şəxsin nümayəndəsinin fikrini dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan JN-081F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən İddiaçı, X9, X8, X10 və X4 ümumi birgə mülkiyyətinə 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-043G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X5, X12, Cavabdeh, X7 və X6 ümumi birgə mülkiyyətinə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 fevral 2022-ci il tarixli, **********29 nömrəli mütəxəssis rəyində göstərilmişdir: Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Qəbələ rayon Mirzəbəyli kəndi ərazisində İddiaçı və 4 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-081F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,25 ha torpaq sahəsinə ərazinin ümumi xəritəsində hər iki tərəfdən (şərqdən və qərbdən) gediş-gəliş yolu (ictimai yol) nəzərdə tutulmuşdur. Halhazırda sözügedən gediş-gəliş yolunun bir hissəsi mövcud deyil. JN-081F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,25 ha torpaq sahəsinə şərq tərəfdən nəzərdə tutulmuş yol cavabdehin istifadəsində deyildir. Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisində aparılmış torpaq islahatına dair Kompleks yerquruluşu layihəsində JN-081F (kod: ********) nörməli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə şərq tərəfdən 84 metr uzunluqda, 3,2 metr enində gediş-gəliş yolu nəzərdə tutulmuşdur. JN-081F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı və 4 nəfərdən ibarət ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,25 hektar torpaq sahəsinə şərq tərəfdən nəzərdə tutulmuş gediş-gəliş yoluna cavabdeh tərəfindən maneə törədilməmişdir. Sözügedən yol yeri cavabdehin mülkiyyətində deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.05.2022-ci il tarixli, 10/2072 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarə tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Qəbələ rayon Mirzəbəyli kəndi ərazisində İddiaçı və 4 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-081F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,25 ha torpaq sahəsinə ərazinin ümumi xəritəsində hər iki tərəfdən (şərqdən və qərbdən) gediş-gəliş yolu (ictimai yol) nəzərdə tutulmuşdur. Hal-hazırda sözügedən gediş-gəliş yolunun bir hissəsi mövcud deyil. JN-081F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,25 ha torpaq sahəsinə şərq tərəfdən nəzərdə tutulmuş yol cavabdehin istifadəsində deyildir. Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisində aparılmış torpaq islahatına dair Kompleks yerquruluşu layihəsində JN-081F (kod: ********) nörməli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə şərq tərəfdən 84 metr uzunluqda, 3,2 metr enində gediş-gəliş yolu nəzərdə tutulmuşdur. JN-081F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı və 4 nəfərdən ibarət ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,25 hektar torpaq sahəsinə şərq tərəfdən nəzərdə tutulmuş gediş-gəliş yoluna cavabdeh tərəfindən maneə törədilməmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli, 121 nömrəli arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Qəbələ rayon Mirzəbəyli (Corlu) kənd sakini İddiaçı Qəbələ rayon Mirzəbəyli kənd İƏN-nin 01 nömrəli təsərrüfatbaşına kitabın 81-ci səhifəsində 80 saylı təsərrüfatda qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə gedən zəruri keçidin (cığırın) sərbəst istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmasını tələb edir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bir neçə yol yeri olduğu, hazırda iddiaçının açılmasını tələb etdiyi yol yerinin isə mövcud xəritədə nəzərdə tutulmadığı və onun mülkiyyətində yerləşdiyi, əvvəllər həmin yerdən yol yeri kimi istifadə edilməsinə icazə versə də, hal-hazırda həmin ərazini bağladığını bildirmişdir. Bundan savayı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 fevral 2022-ci il tarixli, **********29 nömrəli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.05.2022-ci il tarixli, 10/2072 saylı məhkəmə mühəndistexniki ekspertizasının rəyindən görünür ki, Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Qəbələ rayon Mirzəbəyli kəndi ərazisində İddiaçı və 4 nəfərdən ibarət ailə üzvlərinə birlikdə JN-081F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,25 ha torpaq sahəsinə ərazinin ümumi xəritəsində hər iki tərəfdən (şərqdən və qərbdən) gediş-gəliş yolu (ictimai yol) nəzərdə tutulmuşdur. Hal-hazırda sözügedən gediş-gəliş yolunun bir hissəsi mövcud deyil. JN-081F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,25 ha torpaq sahəsinə şərq tərəfdən nəzərdə tutulmuş yol cavabdehin istifadəsində deyildir. Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisində aparılmış torpaq islahatına dair Kompleks yerquruluşu layihəsində JN-081F (kod: ********) nörməli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə şərq tərəfdən 84 metr uzunluqda, 3,2 metr enində gediş-gəliş yolu nəzərdə tutulmuşdur. JN-081F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı və 4 nəfərdən ibarət ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,25 hektar torpaq sahəsinə şərq tərəfdən nəzərdə tutulmuş gediş-gəliş yoluna cavabdeh tərəfindən maneə törədilməmişdir. Sözügedən yol yeri cavabdehin mülkiyyətində deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsinə gedən yoldan istifadəyə cavabdeh tərəfindən tərəfindən törədilən maneələrin nədən ibarət olması barədə heç bir sübut təqdim etməmişdir. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən mülki işə köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş və mütəxəssis rəyində və ekspert rəyində iddiaçının açılmasını tələb etdiyi yol yerinin cavabadehin mülkiyyətində olmadığı və cavabdeh tərəfindən maneə törədilmədiyi müəyyən olunmuşdur. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul iddiaçı İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. İş üzrə 95 (doxsan beş) manat mütəxəssis xərci İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, Kapital Bank ASC Qəbələ rayon filialı, KOD 200491, VÖEN **********, hesab AZ53AİİB********************, S.W.İ.F.T.BİK___AİİBAZ 2X, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə və ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh və üçüncü şəxs Maraqlı şəxsnə qarşı "bağlanmış zəruri keçidin (cığırın) açılması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Maraqlı şəxsnə qarşı "bağlanmış zəruri keçidin (cığırın) açılması” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul iddiaçı İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. İş üzrə 95 (doxsan beş) manat mütəxəssis xərci İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, Kapital Bank ASC Qəbələ rayon filialı, KOD 200491, VÖEN **********, hesab AZ53AİİB********************, S.W.İ.F.T.BİK___AİİBAZ 2X, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-38/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-38/2022
09.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver