Məhkəmə qərarları › İş №2(025)-39/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-39/2022

01.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-39/2022 01.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil və qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “torpaq sahəsinə gedən yol yerindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair ilkin iddia üzrə, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “torpaq sahəsinə gedən yol yerindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-056F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ona və digər ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin digər tərəfdən nəzərdə tutulmuş gediş-gəliş yolunda cavabdeh tərəfdən qoyulmuş dəmir qapının sökülərək götürülməsi, gediş-gəliş yolunun həmin hissəsində yaradılmış maneələrə son qoyularaq aradan qaldırılması və ödənifmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında İddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ona verilməsi, ünvan 1 ünvanında İddiaçı zəbt edilmiş ona məxsus torpaq sahəsindən çıxarılması, İddiaçı tərəfindən çəkilmiş qanunsuz hasarın və qanunsuz tikilinin onun hesabına sökülərək qanunla müəyyən edilmiş normalara uyğun yeni hasarın çəkilməsi və İddiaçı ilkin iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ona və digər ailə üzvləri - X1na, anası X10ma, bacısı X2, qardaşı X6, qardaşının yoldaşı X9, bacısı X3 və X11 Qəbələ rayonu ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə 0.10 ha həyətyanı torpaq sahəsinə görə JN-056F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. X1 10.10.2004-cü ildə və anam 09.04.2010-cu ildə vəfat etmişlər. Halhazırda qeyd olunan torpaq sahəsində olan mərhum atasına məxsus fərdi yaşayış evində o ailəsi ilə birlikdə yaşayır. Ona və digər ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinə iki tərəfdən girişçıxış yolu mövcuddur və hər iki tərəfdə də biri dəmirdən, digəri taxtadan ibarət qapı vardır. Lakin 3 ilə yaxındır ki, onunla qonşu olan Cavabdeh arxa tərəfdə taxta qapı oları hissədə ümumi gedişgəliş yolunda dəmirdən qapı qoyaraq yoldan istifadəyə maneçilik yaratmışdır. Dəfələrlə bu barədə onların mübahisəsi yaranmasına baxmayaraq cavabdeh şəxs ümumi gediş-gəliş yolunda olan dəmir qapını könüllü olaraq çıxararaq götürməmişdir. Hətta ötən il mübahisə düşmüş və cavabdeh şəxs barəsində Qəbələ RPŞ tərəfindən araşdırma aparılaraq qərar da qəbul edilmişdir. Bütün bunlara baxmayaraq hal-hazıradək Cavabdeh dəmir qapı qoyduğu hissədə hər hansı gediş-gəliş yolunun olmadığını, həmin yol ərazisinin ona məxsus olduğunu iddia edir. Həmçinin, o, bu barədə Daşınmaz əmlakın dövlət reyestr xidmətinə məlumat verməyimə baxmayaraq mübahisəni həll etmək üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan hallar həqiqəti əks etdirmir, işin faktiki hallarına uyğun deyil. Belə ki, mübahisə edilən torpaq sahəsi onlara babasından qalmışdır, qanuni əsaslarla hər kəsin sahəsi müəyyənləşdirilmişdir. İddiaçının evinin əsas yola sərbəst şəkildə gediş-gəliş yolu var. Qonşuluqda yerləşən digər əmisi oğlununda, həmçinin yan tərəfə gediş-gəliş yolu var. Onun sahəsi hər iki torpaq sahəsindən arxada yerləşdiyindən, onlar tərəfindən əsas yola gediş-gəliş yolu verilmədiyindən, əsas yol olmayan arxa tərəfə torpaq yola gediş-gəliş yolu açılmışdır. Eyni zamanda ona məxsus olan torpaq sahəsinin bir hissəsini ayıraraq başqa bir şəxsə satmışdır. Torpağı satarkən mənim sahəm hər iki torpaq sahəsindən arxada yerləşdiyindən, iddiaçı və digər əmisi oğlu tərəfindən ona əsas yola gediş-gəliş yolu verilmədiyindən məcburən öz torpağından bir neçə sot ayıraraq gediş-gəliş yolu saxlamışdır. Yəni ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 iddia etdiyi yol əslində qanunla müəyyən edilmiş qaydada ona məxsus olan torpaq sahəsidir. Torpağının bir hissəsini satdığı üçün, ona əsas yola gediş gəliş yolu X8 tərəfindən verilmədiyi üçün məcburiyyətdən bir neçə metr özünə yol saxlamışdır. Hazırda iddiaçı rahatlığını təmin etmək məqsədilə hər iki tərəfə gediş-gəliş yolunun verilməsinə dair iddia qaldırıbdır. Eyni zamanda bölgü zamanı, faktiki olaraq rəsmi sənədlərlə müəyyən olunsa görünər ki, qarşı tərəf qanunla ona məxsus torpaq sahəsinə 7 metr daxil olaraq bir neçə sot torpağını zəbt etmişdir. Dəfəiəriə buna etiraz bildirsə də, X8 tərəfindən torpaq azad olunmaqdan imtina edilmişdir, hətta ona məxsus torpaq sahəsinə tərəfindən qanunsuz olaraq setka hasar çəkilmişdir. Bundan başqa artıq onun ərazisinə düşən ərazidə qanunsuz olaraq tikinti işləri aparılmışdır. X4 əsas yola gediş-gəliş yolu olduğu halda əlavə gediş-gəliş yolunun qaldırılması barədə iddia verməkdə məqsədi arxa tərəfdə qanunsuz olaraq ona məxsus zəbt etdiyi torpaqda tikdiyi tikiliyə gediş-gəliş yolunu təmin etməkdən ibarətdir. Bu halda ilkin iddia üzrə iddia təmin edilməməlidir, qarşılıqlı iddia üzrə iddia təmin edilməlidir. Buna əsasən də, qarşılıqlı iddia məhkəməyə təqdim olunur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddia ərizəsini qəbul etməyərək qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb edilərək, mütəxəssis qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-056F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.10 ha torpaq sahəsinin və Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-057F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.15 ha torpaq sahəsinin hüdudları müəyyən edilsin.

2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla İddiaçı yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi Cavabdeh tərəfindən bağlanmışdırmı? Nəzərdə tutulmuşdursa həmin yol İddiaçı məxsus torpaq sahəsinə gedən yeganə yoldurmu? Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla İddiaçı yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir?

3. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-057F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.15 ha torpaq sahəsi İddiaçı tərəfindən zəbt olunmuşdurmu? Olunmuşdursa hansı həcmdə? (kordinatları müəyyən edilsin)

4. Əgər torpaq sahələri zəbt olunmuşdursa zəbt olunmuş sahələrdə hər hansı tikili, hasar və s. varmı? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 22.02.2022-ci il tarixli **********28 saylı mütəxəssis rəyindən görünür ki:

1. JN-056 F nömrəli (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəsi arasında və JN-057F nömrəli (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəsi arasında uyğunsuzluq olduğu üçün torpaq sahələirnin hüdudlarını müəyyən etmək mümkün olmamışdır.

2. Qəbələ rayonu keçmiş İ.Qutqaşınlı adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair Kompleks yerquruluşu layihəsində göstərilən , JN-056 F nömrəli (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinə X4 yol yeri kimi istifadə etmək istədiyi ərazidə 41.8 metr uzunluğunda və 4.2 metr enində yol yeri nəzərdə tutulmuşdur. Eyni zamanda JN-056 F nömrəli (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinə şimal-şərq tərəfdən 43.1 metr uzunluğunda və 14.7 metr enində yol nəzərdə tutulmuşdur. JN-056 F nömrəli (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinə gedən gediş-gəliş yerləri Qəbələ rayonu Qəbələ şəhər İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində bələdiyyə mülkiyyətində yerləşir.

3. JN-056 F nömrəli (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəsi və JN-057F nömrəli (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəsi arasında coğrafi yerləşmə və konfiqurasiya uyğunsuzluğu mövcuddur. JN- 057F nömrəli (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsi İddiaçı tərəfindən istifadə olunmasını, X4 yol yeri kimi istifadə etmək istədiyi ərazinin Cavabdeh tərəfindən bağlanmasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, işdə olan JN-056F saylı, kod 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001ci il tarixli, 03 saylı qərarına əsasən Qəbələ şəhərində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-057F saylı, kod 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001ci il tarixli, 03 saylı qərarına əsasən Qəbələ şəhərində Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.15 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən 04.04.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə ünvan 2 ünvanında eydiyyatdadır. İşdə olan Qəbələ RPŞ tərəfindən 20.06.2014-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Nəcməddin oğlu xx.xx.1987-cı il tarixdə ünvan 4 ünvanında eydiyyatdadır. Məhkəmə ilkin iddia üzrə iddiaçının “torpaq sahəsinə gedən yol yerindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ şəhərində yerləşən mübahisəli 0.10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən JN-056F saylı, kod 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı qeyd olunan torpaq sahəsinin digər tərəfdən nəzərdə tutulmuş gediş-gəliş yolunda cavabdeh tərəfdən qoyulmuş dəmir qapının sökülərək götürülməsi, gediş-gəliş yolunun həmin hissəsində Cavabdeh tərəfindən maneələrə son qoyulmasını tələb edir. Həmçinin, Qəbələ şəhərində yerləşən mübahisəli 0.15 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən JN-057F saylı, kod 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunan zəbt olunmuş torpaq sahəsinin İddiaçı tərəfindən boşaldılaraq ona verilməsini, İddiaçı zəbt edilmiş ona məxsus torpaq sahəsindən çıxarılmasını, İddiaçı tərəfindən çəkilmiş qanunsuz hasarın və qanunsuz tikilinin onun hesabına sökülərək qanunla müəyyən edilmiş normalara uyğun yeni hasarın çəkilməsi tələb edir. Cavabdeh ilkin iddia tələbini, İddiaçı isə qarşılıqlı iddia tələbini qəbul etmədikilərini bildirərək istifadələrində olan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının olduğunu göstərmişlər. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı JN-056F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ona və digər ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin digər tərəfdən nəzərdə tutulmuş gediş-gəliş yolunda cavabdeh tərəfdən qoyulmuş dəmir qapının sökülərək götürülməsi, gediş-gəliş yolunun həmin hissəsində yaradılmış maneələrə son qoyularaq aradan qaldırılmasını iddia etsə də, məhkəmə araşdırması zamanı ilkin iddia üzrə iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, ümumiyyətlə torpaq sahəsinə gedən yol yerinin Cavabdeh tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 1. ünvan 1 ünvanında İddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ona verilməsi, 2. ünvan 1 ünvanında İddiaçı zəbt edilmiş ona məxsus torpaq sahəsindən çıxarılması, 3. İddiaçı tərəfindən çəkilmiş qanunsuz hasarın və qanunsuz tikilinin onun hesabına sökülərək qanunla müəyyən edilmiş normalara uyğun yeni hasarın çəkilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, ümumiyyətlə torpaq sahəsinin İddiaçı tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər - İddiaçı və Cavabdeh yuxarıda qeyd olunan iddia tələbləri ilə məhkəməyə müraciət etsələr də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı JN-056F saylı, kod 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsi ilə onların faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəsi arasında, həmçinin JN-057F nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsi ilə onların faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəsi arasında coğrafi yerləşmə və konfiqurasiya uyğunsuzluğunun mövcud olduğu aşkar edilmişdir. Torpaq sahələri üzrə mövcud uyğunsuzluq mülkiyyətçilər - İddiaçı və Cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Bu səbəbdən də qeyd olunan torpaq sahələri üzrə mütəxəssislər tərəfindən araşdırma aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, ilkin iddia üzrə və qarşılıqlı iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “torpaq sahəsinə gedən yol yerindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair ilkin iddiası təmin edilməməlidir, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilkin iddia və qarşılıqlı iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar ilkin iddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh oğluna aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ

İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “torpaq sahəsinə gedən yol yerindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar