Məhkəmə qərarları › İş №2(025)-394/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-394/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-394/2021 04.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-664/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2004-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(025)-664/2019 saylı qətnaməsinə əsasən xx.xx.2004-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay Cavabdeh 80 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda həmin məbləğ uşağın təlabatlarını ödəmir. Uşaq böyüdükcə yeməyə, geyimə, müalicəyə və digər ehtiyaclara tələbatı da artır, cavabdeh şəxsin isə rəsmi iş yeri olmamasına baxmayaraq fərdi işlərlə məşğul olaraq kifayət qədər qazancı vardır. Ona görə də cavabdehdən qət olunmuş alimentin miqdarının qanunla uşaqlar üçün yaşayış minimumuna uyğun tərzdə tutularaq ona verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, onun 80 manatdan artıq aliment ödəməyə imkanı yoxdur. Belə ki, o, yenidən ailə qurmuş və həmin evliliyindən 3 uşağı vardır. Rəsmi iş yeri yoxdur və təsərrüfatla məşğul olur. Aliment artılarsa ödəməyə imkanı olmayacaqdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)- 664/2019 nömrəli qətnaməsindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 2-157 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 80 (səksən) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ rayon Tikanlı kənd X8 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2004-cü il tarixli, 423018 №-li “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx xxxx 2004-cü ildə Qəbələ rayonu Uludaş kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 17 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, İddiaçı xx xxxx 2005-ci il tarixdən Qəbələ rayonu Uludaş kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində doğulmuş və Qəbələ rayonu Uludaş kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1975-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində doğulmuş və Qəbələ rayonu Uludaş kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən şəxslərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2000-ci il təvəllüdlü Şamxal və xx.xx.2004-cü il təvəllüdlü Ziyəddin adlı 2 (iki) uşaqları var, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, eyni zamanda tərəflərin birgə nikahından anadan olmuş uşaqları ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-664/2019 nömrəli qətnaməsindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 2-157 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 80 (səksən) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bu səbəbdən də, iddiaçı təyin olunmuş alimentin məbləğinin artırılmasını cavabdehdən yetkinlik yaşına çatmayan X2 üçün 175, manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, himayəsində 3 uşağının olduğunu, alimentin məbləği artırılarsa ödəyə bilməyəcəyini qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2004-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay tutulan alimentin məbləğinin artırılmasını ədalətli və əsaslı hesab edir. Bununla belə cavabdehin ailə və maddi vəziyyətini nəzərə alaraq cavabdehdən X1 üçün 90 manat aliment tutulması qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 175 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övlada baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını, cavabdehin himayəsində 3 uşağının olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-664/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 90 (doxsan) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-664/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 90 (doxsan) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar