Məhkəmə qərarları › İş №2(025)-396/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-396/2022

06.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-396/2022 06.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Əzı̇ zov Vəlyəddı̇ n Xankı̇ şi oğlunun cavabdeh Abbasəlı̇ yev Nurlan Hafı̇ z oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq münasibətləri üzrə sair mübahislər) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, cavabdeh Abbasəlı̇ yev Nurlan Hafı̇ z oğlunun iştirakı ilə, İddiaçı Əzı̇ zov Vəlyəddı̇ n Xankı̇ şi oğlunun cavabdeh Abbasəlı̇ yev Nurlan Hafı̇ z oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Əzı̇ zov Vəlyəddı̇ n Xankı̇ şi oğlu cavabdeh Abbasəlı̇ yev Nurlan Hafı̇ z oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.700 (iki min yeddi yüz) manat borc pulu və ödənilmiş 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh tanıyır və vaxm münasibətləri olmuşdur. Cavabdeh Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə işləyirdi. Cavabdeh 28 dekabr 2015-ci il tarixdə yanına gələrək, ona 3.000 manat pul lazım olduğunu bildirdi. Onun Cavabdeh ilə münasibəti olduğu üçün ona borc verməyə razı oldu. Cavabdeh onu inandırmaq üçün 3.000 manat borc pul alması barədə öz xətti ilə qəbz yazaraq söz verdi ki, aldığı 3.000 manat borc pulu üç ay müddətinə qaytaracaqdır. Cavabdeh ondan borc aldığı 3.000 manat pulun 3.00 (üç yüz) manatını 2020-ci ilin axırlarında hissə-hissə qaytardı və ona 2.700 manat borclu qaldı. Xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh 2.700 manat pulunu qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək onu aldadır. Borclu Cavabdeh işləyir və borclu qaldığı 2.700 manat pulu qaytarmağa maddi imkanı vardır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Əzı̇ zov Vəlyəddı̇ n Xankı̇ şi oğlu məhkəməyə teleqram ünvanlayaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Abbasəlı̇ yev Nurlan Hafı̇ z oğlu iddianı qəbul etməyərək bildirdi ki, 2015-ci ildə iddiaçı Əzı̇ zov Vəlyəddı̇ n Xankı̇ şi oğlundan borc pul almış və həmin pulu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borcu alarkən girov olaraq maaş kartını iddiaçıya vermişdir. Hər gələn əmək haqqından Əzı̇ zov Vəlyəddı̇ n Xankı̇ şi oğlu 150 manat borc qarşılığında götürürək qalan pulu ona verirdi. Bu minvalla o, iddiaçıdan götürdüyü pulu tamamilə qaytarmışdır. Daha əvvəllər də Vəlyəddindən borc almış və hamısını faizi ilə birlikdə qaytarmışdır. Əzı̇ zov Vəlyəddı̇ n Xankı̇ şi oğlunun hazırki iddia tələbi tamamilə əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1 və 324.2-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə cavabdehin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşdə olan xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, Abbasəlı̇ yev Nurlan Hafı̇ z oğlu Əzı̇ zov Vəlyəddı̇ n Xankı̇ şi oğlundan 3000 manat pul götürmüş və 3 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehdən pul tələbini iddia etsə də, tələbini əsaslandıra bilməmiş, iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh iddiaçıdan borc pul götürdüyünü etiraf etmiş, lakin eyni zamanda girov olaraq maaş kartını iddiaçıya verdiyini, ay ba ay borc puldan əmək haqqından ödədiyini və hal-hazıradək iddiaçıya heç bir borcun olmadığını bildirmişdir. İddiaçı isə məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclasında izahat verərək, cavabdehin dediklərini təkzib edə bilməmiş, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Əzı̇ zov Vəlyəddı̇ n Xankı̇ şi oğlunun cavabdeh Abbasəlı̇ yev Nurlan Hafı̇ z oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar