Məhkəmə qərarları › İş №2(025)-432/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-432/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-432/2022 07.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Əlı̇ yev Alı̇ b Sərkar oğlunun, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, cavabdeh İsmayılov Sabı̇ r Musa oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Əlı̇ yev Alı̇ b Sərkar oğlunun cavabdehlər Cavabdeh1, İsmayılov Sabı̇ r Musa oğluna, Qəbələ Regional "Asan Xı̇ dmət" Mərkəzı̇ nin Notariat Ofisinə və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş "Çıxarışın" ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yev Alı̇ b Sərkar oğlu cavabdehlər Cavabdeh1, İsmayılov Sabı̇ r Musa oğluna, Qəbələ Regional "Asan Xı̇ dmət" Mərkəzı̇ nin Notariat Ofisinə və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş "Çıxarışın" ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 25 noyabr 2013-cü il tarixli Qəbələ rayon X2 bağlanmış alqı - satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş Seriya RX № ******* saylı, qeydiyyat tarixi 10.01.2014-cü il, qeydiyyat nömrəsi ********** olan “Çıxarış”ın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 həmkəndlisi olaraq uzun illərdir ki, tanıyır. 2013-2014-cü illərdə Cavabdeh1 Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini alınaq istədiyini bildirdi və iddiaçı dəyəri 8000 manat olmaqla 0,06 ha torpaq sahəsini ona satmağa razılaşmışdır. Cavabdeh1 iddiaçıya 2000 manat ödədi və bildirdi ki, qalan 6000 manatı 2015-cı il ərzində ödəyəcəkdir. Həmkəndlisi olduğuna və ona inandığına görə onun vermiş olduğu sözə inandı. İddiaçı X. İsmayılovadan 2000 manat aldıqdan sonra onun iddiaçıya verdiyi sözə inanaraq notarius ofisinə getmiş və orada 25 noyabr 2013-cü il tarixdə notarial qaydada onun əri olan Cavabdeh3 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra 10 yanvar 2014-cü il tarixdə əri olan cavabdeh - Cavabdeh3 adına qeydiyyat nömrəsi ********** olan, Seriya RX ******* saylı “Çıxarış” aldı. Lakin, cavabdeh verdiyi sözə əməi etmədi və 6000 manat ödəmədi, bəhanəsi bu oldu ki, ailədə münasibətlər pozulmuş, Azərbaycan manatı devolvasiyaya uğramış bu səbəbdən ailə büdcəsi itirilmiş və demişdir ki, həmin torpağı başqasına satıb onun iki min manatını qaytarsın. Torpaq isə ona qalsın. Cavabdeh1 bu hərəkətləri iddiaçıda şübhə yaratmış və əmin olmuşdur ki, onlar ər-arvad iddiaçını aldatmışlar və iddiaçının pulunu vermək niyyətləri yoxdur. Ona görə də Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əlı̇ yev Alı̇ b Sərkar oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsini o və yoldaşı 2014-cü ildə Əlı̇ yev Alı̇ b Sərkar oğlundan alıblar. Torpaq sahəsini alan zaman iki min manat ödədilər, qalan 4000 manat pulun isə hissə-hissə ödənilməsi barədə razılaşdılar. Bu şərtlə ki, tam pul ödənilənə kimi torpaq sahəsi Alibin ixtiyarında qalacaq. Onun bacısı X1 notariat kontorunda işləyirdi. Alib də onlara yaxın adam idi. Bu səbəbdən Alib onlara inanaraq bu anlaşmaya razı oldu. Amma az müddət sonra onların ailəsində söz-söhbət yarandı. Səbəb isə bu oldu ki, Sabirin ailəsi və qohumları ondan külli miqdarda borc alıb qaytarmadılar. Həmin şəxslərin onu aldatmaları, ona zülm etmələri, iki yetim uşaqlarından da yan ötmədi. Təxminən 5-6 il Sabir ondan yan gəzdi, onu saymadı. O, da məcbur qalıb keçən il Sabirdən boşandı. 07.12.2020-ci il də boşansalar da bunu hamıdan gizlədirdi, Alib də bilmirdi. Təxminən keçən ilin sentyabr ya da avqust ayında pul üçün onlara gəldi. Bu zaman o, Alibə Sabirdən ayrıldıqlarını dedi və bildirdi ki, torpaq sahəsinə görə ona pul ödəyə bilməyəcək, pulunu Sabirdən alsın. Qeyd olunanları nəzərə alaraq iddia tələblərinin ona aid olan hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İsmayılov Sabı̇ r Musa oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etmədiyini bildirdi, eyni zamanda məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə uyğun izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsi üzrə 25.11.2013-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından 9 il müddət keçmişdir. Müqavilələr üzrə mübahisəyə iddia müddəti 3 il, etibarsızlıqla bağlı mübahisəyə iddia müddəti 1 il olaraq tətbiq edilməli idi. Hesab edir ki, hazırki iddia ərizəsi iddia müddəti ötürülərək verilmişdir. İddia müddəti ötürüldüyündən, eləcə də iddianın əsasını təşkil edən sübutlar iddia ərizəsinə əlavə edilmədiyindən Mülki Məcəllənin müvafiq maddəsinə uyğun olaraq iddia müddətinin tətbiq etməklə, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi olmadan işə baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri təlvöḊ Komı̇ təsı̇ nin Yanında Daşinmaz Əmlakın Dövlət Reyestri niṅ ıtəmḋ ıẊ 9 Saylı Qəbələ Ərazı̇ İdarəsinə̇ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və maraqlı şəxs Əmlak Məsələləri təlvöḊ Komı̇ təsı̇ nin Yanında Daşinmaz Əmlakın Dövlət Reyestri niṅ ıtəmḋ ıẊ 9 Saylı Qəbələ Ərazı̇ İdarəsinin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 25 noyabr 2013-cü il tarixdə 4Ə-1130 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, Əlı̇ yev Alı̇ b Sərkar oğlu Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı, 14.11.2013-cü il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********02 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında verilmiş 1.5357 hektar torpaq sahəsinin 0.06 hektar torpaq sahəsini İsmayılov Sabı̇ r Musa oğluna 6000 (altı min) manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı, 10.01.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********64 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, İsmayılov Sabı̇ r Musa oğlunun Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,0557 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair 10.01.2014-cü il tarixdə, AA 002064 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 10 fevral 2021-ci il tarixdə verilmiş AZ-İ № 370016 saylı “Nikahın pozulması haqqında” Şəhadətnamənin surətindən görünür ki, İsmayılov Sabı̇ r Musa oğlu və Cavabdeh1 arasında bağlanmış nikaha Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qətnaməsinə əsasən 07.12.2020-ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra arvada İsmayılova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı, 14.11.2013-cü il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********02 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində Əlı̇ yev Alı̇ b Sərkar oğlunun tam mülkiyyətinə 1.5357 hektar torpaq sahəsi verilmişdir. Əlı̇ yev Alı̇ b Sərkar oğlu 25 noyabr 2013-cü il tarixdə Qəbələ rayon Notariat Kontorunda rəsmiləşdririlmiş alqı-satqı müqaviləsi ilə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 1.5357 hektar torpaq sahəsinin 0.06 hektar torpaq sahəsini İsmayılov Sabı̇ r Musa oğluna 6000 (altı min) manata satmışdır. Hazırda iddiaçı Cavabdeh3 ilə onun arasında Qəbələ rayon X2 bağlanmış 25 noyabr 2013-cü il tarixli alqı - satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş Seriya RX № ******* saylı, qeydiyyat tarixi 10.01.2014-cü il, qeydiyyat nömrəsi ********** olan “Çıxarış”ın ləğv edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısına dair Qəbələ rayon Notarait Kontorunun 25 noyabr 2013-cü il tarixli müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndirmişdir Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Digər tərəfdən, cavabdeh İsmayılov Sabı̇ r Musa oğlunun nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmiş olduğu halda belə, iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdıqları üçün həmin əsasla da iddia təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Əlı̇ yev Alı̇ b Sərkar oğlunun cavabdehlər Cavabdeh1, İsmayılov Sabı̇ r Musa oğluna, Qəbələ Regional "Asan Xı̇ dmət" Mərkəzı̇ nin Notariat Ofisinə və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş "Çıxarışın" ləğv edilməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Əlı̇ yev Alı̇ b Sərkar oğlunun cavabdehlər Cavabdeh1, İsmayılov Sabı̇ r Musa oğluna, Qəbələ Regional "Asan Xı̇ dmət" Mərkəzı̇ nin Notariat Ofisinə və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş "Çıxarışın" ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar