Məhkəmə qərarları › İş №2(025)-457/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-457/2021

22.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-457/2021 22.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixli çıxarışla onların mülkiyyətinə verilmiş 0,81 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, cavabdehlərin hesabına torpaq sahəsinə çəkilmiş tor setkanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirdilər ki, məhkəmə iclası bir neçə dəfə iddiaçıların iştirakının təmin edilməsi məqsədilə təxirə salınmasına baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. Beləliklə, mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini, işin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişlər və bu barədə müvafiq ərizələrini məhkəməyə təqdim etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin üzürlü hesab olunması barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişlər. Məhkəmə işə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehləri dinləyib, cavabdehlərin ərizəsini nəzərə alıb və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçılar məhkəmənin çağırışına dəfələrlə gəlmədiyinə, cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 259.0.7-cı maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı1 xx.xx.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə iddia ərizəsinin baxılmamış saxlanılmasını və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Lakin İddiaçı1 tərəfindən məhkəmə təqdim edilən ərizə digər iddiaçılar tərəfindən imzalanmamışdır. Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Lakin məhkəmə qeyd edir ki, iddiaçıların hamısı tərəfindən iddia ərizəsinin geri götürülməsi barədə məhkəməyə ərizə təqdim edilməyindən iddia ərizəsinin MPM-nin 259.0.11-ci maddəsinə görə deyil, MPMnin 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılması məqsədəmüvafiqdir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar