Məhkəmə qərarları › İş №2(025)-46/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-46/2020

25.08.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-46/2020 25.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Qəbələ rayonu, Çuxur Qəbələ kəndində Seriya RX №1408408 saylı çıxarışla mülkiyyətlərində olan 0,27 ha torpaq sahəsinin kənarına çəkilmiş 70 metr uzunluğunda sökülmüş hasarın cavabdehlərin vəsaiti hesabına bərpa edilməsi və torpaqdan istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu, Çuxur Qəbələ kəndi ərazisində onların mülkiyyətində 0,27 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onlara xx.xx.1998-ci il tarixdə Qəbələ rayon X2 10 saylı qərarı ilə verilmişdir. Torpaq sahəsinin ölçüsü 0,31 ha olmuşdur. Hazırda həmin torpaq sahəsi 0,27 ha olmaqla xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 164 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmaqla Seriya RX № ******* saylı çıxarışla onların mülkiyyətinə verilmişdir. Qeyd edilənlərdən aydın olur ki, həmin torpaq sahəsi iddiaçıların ümumi birgə paylı mülkiyyətindədir. Ancaq 0,27 ha ümumi birgə paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində hüquqlarını həyata keçirə bilmirlər. Səbəbi cavabdehlərin qeyri-qanuni yolla torpaqdan istifadəyə törətdikləri maneələrdir. Belə ki, onlar öz şəxsi vəsaitləri hesabına 70 metr uzunluğunda dəmir dirək basdırmaqla tor setka çəkmişlər. Təəssüflər olsun ki, həmin torpaq üzərində heç bir hüquqa malik olmayan cavabdehlər hasarı sökərək yararsız vəziyyətə salmışlar. Onların bu hərəkətləri nəticəsində ərazi mal-qara tərəfindən tapdanır, ağaclar yeyilərək yararsız vəziyyətə salınır. Bağın məhv olmamasına görə sökülmüş hasarı bərpa etsələr də cavabdehlər xx.xx.2019-cu il tarixdə yenidən hasarı sökərək yararsız vəziyyətə salmışlar. Hətta onlara fiziki zor göstərməkdən belə çəkinməmişlər. Cavabehlərdən Cavabdeh1, Cavabdeh2 və digər cavabdehlər onları hədələyərək bildirirlər ki, 0,27 ha torpaq sahəsindən istifadəyə imkan verməyəcəklər. Həmin torpaq sahəsində olan hamam, tualet, mal tövləsi də cavabdehlər tərəfindən zəbt edilmişdir. Qeyd olunan cavabdehlər tərəfindən törədilən maneələrə görə torpaq üzərində qanunla qorunan hüquqlarını həyata keçirə bilmirlər. Bu səbəbdən hüquqlarının həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasındaiştirakedənİddiaçı1 iddiatələblərinimüdafiə edərəkverilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasındaiştirakedənİddiaçı2 iddiatələblərinimüdafiə edərəkverilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasındaiştirakedənCavabdeh2 iddia tələbini qismən qəbul edərəkgöstərdiki, 2005-ci il tarixdə atası rəhmətə gedib və həmin tarixdən etibarən 30 sot torpaq sahəsi onun adına olmuşdur. Torpağa mülkiyyət hüququna dair bütün sənədlər də ondadır. Ona məxsus olan çöl torpaq sahəsinin isə bütün sənədləri yoxa çıxarılıb və həmin sahənin satılması ilə bağlı da heç bir sənəd əldə etməyib. İstifadəsində olan həmin torpaq sahəsini hasarlayıb fındıq əkiblər. Mübahisəli torpaq sahəsi RX seriyalı ******* nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 adına rəsmiləşdirilmişdir. Təqdim edilmiş ekspertiza rəyi ilə razıdır, həmçinin sonuncu məhkəmə iclasında iddia ərizəsini qəbul etdiyini bildirmiş, lakin bu barədə məhkəməyə ərizə təqdim etməkdən imtina etmişdir. Sonda isə, göstərilənlərə əsasən iddia tələbi ilə bağlı müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə burxadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, 1996-1997-cil illərdə islahatlar keçirilən zaman həmin həyətyanı sahə Xuramanın adına olub. Kazım başqa ərazidə yaşayır. Həyətyanı sahənin ətrafındakı çöl torpaq sahəsi isə bələdiyyə torpağı olub. Torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı bütün sənədlər Xuramanın ata evində qalmış, oradan da yoxa çıxarıblar. Lakin hal-hazırda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışına əsasən həmin torpaq sahəsi İddiaçı1 və İddiaçı2 adınadır. Qeyd olunana mübahisənin ona heç bir aidiyyəti yoxdur, iddiaçılara torpaqdan istifadəsinə hər hansı bir maneçilik törətmir. Göstərilənlərə əsasən iddia tələbi ilə bağlı müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə burxadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 izahatında bildirmişdir ki, təqdim edilmiş ekspertiza rəyi ilə razıdır. Göstərilənlərə əsasən iddia tələbi ilə bağlı müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə burxadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları tədqiq edib, ekspertiza rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********37; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2018-ci il) görünür ki, Qəbələ rayonu Çuxur Qəbələ kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 164 nömrəli reyestr kitabının 67 nömrəli vərəqinə qeydiyyata alınmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışına əsasən Qəbələ rayonu Çuxur Qəbələ kəndində İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 0,27 ha həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt olunmuşdurmu və həmin torpaq sahəsindən iddiaçıların istifadə etməsinə cavabdehlər tərəfindən hər hansı bir (tikili, hasara alma, qurğu və s.) maneə törədilmişdirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli, 26854 saylı məktubundan görünür ki, 2(025)-1314/2019 saylı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən imtina edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışına əsasən Qəbələ rayonu Çuxur Qəbələ kəndində İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 0,27 ha həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt olunmuşdurmu və həmin torpaq sahəsindən iddiaçıların istifadə etməsinə cavabdehlər tərəfindən hər hansı bir (tikili, hasara alma, qurğu və s.) maneə törədilmişdirmi? “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 150 saylı ekspert rəyindən görünür ki, hüquqmüəyyənedici sənədlərə, torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritə materiallarına, Kompleks Yerquruluşu sənədlərinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış və çıxarışın tərkib hissəsi olan AN№ 327349 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə mülkiyyətində olan 0.27 ha yaşayış təyinatlı torpaq sahəsinin koordinatları yerində müəyyən edildi. Hal-hazırda 0.27 ha torpaq sahəsini cavabdehlər iki tərəfdən metal torla, digər iki tərəfdən mişar daşı ilə hasara alaraq istifadə edirlər. Mübahisəli torpaq sahəsinə giriş yalnız cavabdehlərin darvazasındandır. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşir. Torpaq sahəsi iki tərəfdən metal torla, digər iki tərəfdən mişar daşı ilə hasara alınmışdır. Mübahisəli torpaq sahəsinə giriş cavabdehlərin dəmir darvazasındandır. Bundan başqa bağın aşağı hissəsində taxta qapı mövcuddur, həmin qapıdan iddiaçılar istifadə edir. Mübahisəli torpaq sahəsinin kənarına çəkilmiş hasar yerində olmasada, lakin onun orada olması və sonradan çıxarılması müşahidə olunur (torpaq qazılıb, bəzi dirəklər qalıb). İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı1 və İddiaçı2 məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışına əsasən ümumi birgə mülkiyyətində olan0,27 ha torpaq sahəsinin istifadəsində cavabdehlər tərəfindən maneələr törədilir və həmin torpaq sahəsinin kənarına çəkilmiş 70 metr uzunluğunda hasar cavabdehlər tərəfindən sökülmüşdür. İddiaçılar həmin torpaqdan istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulmasını və sökülmüş hasarın bərpa edilməsini tələb etmişlər. İddiaçılarınınqanunlaqorunanmülkiyyəthüquqlarıpozulur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışına əsasən Qəbələ rayonu Çuxur Qəbələ kəndində iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 0,27 ha torpaq sahəsinin kənarına çəkilmiş 70 metr uzunluğunda sökülmüş hasar cavabdehlərin vəsaiti hesabına bərpa edilməli, həmin torpaq sahəsindən iddiaçıların istifadəsinə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulmalı, ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1 təqdim etdiyi hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışına əsasən Qəbələ rayonu Çuxur Qəbələ kəndində iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 0,27 ha torpaq sahəsinin kənarına çəkilmiş 70 metr uzunluğunda sökülmüş hasar cavabdehlərin vəsaiti hesabına bərpa edilsin və həmin torpaq sahəsindən iddiaçıların istifadəsinə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1 təqdim etdiyi hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar