Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-460/2020 15.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakıilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı kredit müqaviləsi üzrə 6535,83 manat əsas, 2627,03 manat faiz və 2348,18 manat cərimə olmaqla, cəmi 11511,04 manat məbləğində borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC tərəfindən 12 ay müddətinə illik 26 faizlə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx xxxx 2017-ci il tarixə Cavabdeh3 banka xx.xx.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı kredit müqaviləsi üzrə 6535,83 manat əsas, 2627,03 manat faiz və 2348,18 manat cərimə olmaqla, cəmi 11511,04 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh3 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. xx.xx.2018-ci il tarixdə Qəbələ Rayon Məhkəməsi tərəfindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair 2(025)-111/2018 saylı mülki iş üzrə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh3 fərmanın təsir dairəsinə düşmədiyi barədə Şəki Apellyasiya Məhkəməsinə ərizə təqdim etməklərinə baxmayaraq Şəki Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə 2(107)-280/2019 nömrəli mülki iş üzrə qərardad çıxarılmışdır. Qərardada əsasən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X8 qeyd olunanlara uyğun izahat verib, eyni zamanda göstərdi ki, hazırkı iddia tələbi ilə əvvəldə məhkəməyə müraciət olunmuş və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(025)-111/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apelyasiya şikayəti vermiş və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-280/2019 nömrəli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının icra olunması üçün baxılmamış saxlanılmışdır. Lakin Cavabdeh3 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı kredit müqaviləsi fərmanın təsir dairəsinə düşməmişdir. Belə olub yenidən əvvəlki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Həmçinin Cavabdeh3 apelyasiya şikayətinə baxılan zaman Şəki Apelyasiya Məhkəməsi tərəfindən məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2019cu il tarixli rəy verilmişdir. Hal-hazırda Cavabdeh3 isə məhkəməyə əsassız etirazlar göndərərək məhkəmə prosesini uzatmaq istəyir. Göstərilənlərə əsasən hazırkı iddia tələbi ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyinin iş materiallarına əlavə edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxx” ASC-i ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh3 illik 26 faizlə 12 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 565 nömrəli xx xxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 kredit müqaviləsinə əsasən hal-hazırda 6535,83 manat əsas borc, 2627,03 manat faiz borcu, 2348,18 manat cərimə borcu, ümumilikdə 11511,04 manat təşkil edir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əlavə kreditin ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh3 15.000 manat məbləği 12 ay müddətinə illik 26% faizlə hər ay 1432,95 manat, sonuncu ay isə 1432,98 manat annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 102.CL.281014.00002/b saylı zaminlik müqaviləsindən görünür ki, Rəhimov X1 Mahmud Qənbər oğlunun “xxxxxxx”dan götürdüyü kredit üzrə öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 102.CL.281014.00002/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh3 “xxxxxxx”dan götürdüyü kredit üzrə öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan “xxxxxxx” ASC tərəfindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2017-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə pul öhdəliklərinin təmin edilməsi üçün aidiyyəti üzrə məhkəmə orqanlarına göndəriləcəyi bildirilmişdir. İş materiallarında olan DİN MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, xx.xx.1980-ci ildə Ağdam rayonu Şurabad kəndində anadan olmuş Cavabdeh3 Ağdam rayonu Şurabad kəndində qeydiyyatdadır. İş materiallarında olan DİN MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli arayışdan görünür ki, xx.xx.1977-ci ildə Göyçay şəhərində anadan olmuş Cavabdeh2 Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan DİN MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, xx.xx.1976-ci ildə Qəbələ rayonu Laza kəndində anadan olmuş Cavabdeh1 Qəbələ rayonu Laza kəndində qeydiyyatdadır. xx xxxx 2019-cu il tarixli, № 3757 nömrəli ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh3 xx.xx.2019-cu il tarixə ödəməli olduğu borc məbləği 6.212,21 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 5.159,53 manat, faiz borcu 1.052,69 manat. Beləliklə məhkəmədə müəyyən edildi ki, “xxxxxxx” ASC-i ilə Cavabdeh3 arasında bağlanmış kredit müqavilələri əsasında, sonuncu Bankdan kredit alaraq üzərinə həmin müqaviləsi üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. İş üzrə iddiaçı “xxxxxxx” ASC-i kredit müqavilələrində nəzərdə tutulmuş məbləğdə pulu Cavabdeh3 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2 maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də, əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 da münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə iddia tələbi əsas və faiz borcun tutulması hissəsində qismən əsaslıdır və qismən təmin olunmalı, müvafiq ekspert rəyi nəzərə alınmaqla, xx.xx.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh3 və zaminlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5.159,53 manat məbləğində kredit borcu, 1.052,69 manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2348,18 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 100 (bir yüz) manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh3, (zaminlər) Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı kredit müqaviləsi üzrə 5.159,53 manat məbləğində kredit borcu, 1.052,69 manat məbləğində faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 6.312,22 (altı min üç yüz on iki manat iyirmi iki qəpik) manat və 30 manat dövlət rüsumu İddiaçı X3 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh3, (zaminlər) Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı kredit müqaviləsi üzrə 5.159,53 manat məbləğində kredit borcu, 1.052,69 manat məbləğində faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 6.312,22 (altı min üç yüz on iki manat iyirmi iki qəpik) manat və 30 manat dövlət rüsumu İddiaçı X3 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-460/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-460/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver