Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-462/2020 27.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum həyat yoldaşı X2 məxsus Qəbələ rayonu X7 xx.xx.1990-cı il tarixli, 20 saylı qərarı əsasında hazırlanmış A №396836 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X15 tərəfindən çıxarış verilməsi üçün həmin ünvanda ölçü aparmağa cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu X7 xx.xx.1990-cı il tarixli, 20 saylı qərarı ilə mərhum həyat yoldaşı X2 fərdi yaşayış evinin tikintisi üçün verilmiş 600.00 kv.m torpaq sahəsinə dair sənədə uyğun olaraq müvafiq çıxarış verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X14 ərizə ilə müraciət etmişdir.Həmin idarənin əməkdaşları ölçü götürməsi üçün ərazidə olsalar da torpağın yerləşdiyi ünvanda qonşuluqda yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ölçü işlərinin aparılmasına imkan verməmişlər. Hansı ki, həmin torpağın mərhum həyat yoldaşı X2 məxsus olmasına dair sənədlər vardır. Həyat yoldaşı X6 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.O, X6 ilə 2004-cü ildə ailə həyatı qurmuş, birgə nigahdan xx.xx.2005-ci il təvəllüdlü Samir, xx.xx.2006-cı il təvəllüdlü Humay adlı uşaqları anadan olmuşlar. Həyat yoldaşı Abduləzizov Sahibin valideynləri də vəfat etmişdir. Onun yeganə varisləri ailəsi - onun özü və uşaqlarıdırlar. Buna görə də, cavabdehlərin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X11 əməkdaşlarının ölçü işlərinin aparmasına yaratdıqları maneələr tam əsassızdır. Məhkəmə iclasında İddiaçı iddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Qəbələ rayonu X7 xx.xx.1990-cı il tarixli, 20 saylı qərarı ilə mərhum X2 fərdi yaşayış evinin tikintisi üçün verilmiş 600.00 kv.m torpaq sahəsinə müvafiq çıxarış verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X11 əməkdaşlarının ölçü işlərini aparmasına əvvəllərdə heç bir maneçilik törətməmişlər, bundan sonra da heç bir maneçilik törətməyəcəkdir. DƏDRX-nin əməkdaşları torpaq sahəsinə gəlib ölçü işlərin apara bilərlər. Qeyd olunanları nəzərə alamaqla məhkəmədən ədalətli və qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini etiraf edərək məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Qəbələ rayonu X7 xx.xx.1990-cı il tarixli, 20 saylı qərarı ilə mərhum X2 fərdi yaşayış evinin tikintisi üçün verilmiş 600.00 kv.m torpaq sahəsinə müvafiq çıxarış verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X11 əməkdaşları torpaq sahəsinə gəlib ölçü işlərin apara bilərlər. Ölçü işlərinin aparılmasında onlara heç bir maneçilik törədilməyəcəkdir. Buna görə də məhkəmədən ədalətli və qanuni qətnamə çıxarılmasını xahiş edir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cu il tarixdə verilmiş, AZ-İ seriyalı, 091337 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 ilə X10 xx xxxx 2004-cü ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 22 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə «Abduləzizov», arvada «Abduləzizova» soyadı verilmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Ucar rayonu Boyat kəndində doğulmuş, Qəbələ şəhər Ə.Cavad küçəsi ev 4-də qeydiyyatdadır. İş materiallarında olan SƏYYAR ASAN10 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı, 12695861 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə Qəbələ şəhərində doğulmuş, Qəbələ şəhər Ə.Cavad küçəsi ev 4-də qeydiyyatdadır. İş materiallarında olan SƏYYAR ASAN10 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı, 12695852 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2006-cı il tarixdə Qəbələ şəhərində doğulmuş, Qəbələ şəhər Ə.Cavad küçəsi ev 4-də qeydiyyatdadır. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İ 586541 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X6 xx xxxxxxx 2012-ci il tarixdə «kəskin ürək-damar tənəffüs çatmamazlığı»ndan vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilməklə Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 106 nömrə ilə uçota alınmış «Torpaq sahəsinin planı və ölçüsü»nün surətindən görünür ki, Qəbələ rayonu XDSnin xx.xx.1990-cı il tarixli, 20 saylı qərarı ilə ünvan 2 mənzil 4 ünvanda X2 600.00 kv.metr torpaq sahəsi verilmiş və torpaq sahəsinin kadastr göstəriciləri baş plandan çıxarışı, əsas döngə nöqtələrinin koordinatları, torpaq sahəsinin qonşu sərhədləri qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X11 X8 xx xxxx 2020-ci il tarixdə ünvanladığı 204 nömrəli məktubda qeyd edilmişdir ki, mərhum X2 Qəbələ XDS-nin xx.xx.1990-cı il tarixli 20 saylı qərarına əsasən ayrılmış Qəbələ şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından alınması barədə müraciəti araşdırılmış, müraciət xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə icra üçün qəbul edilmişdir. Ərazi İdarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün onun iştirakı ilə əraziyə getmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan ərazidə texniki inventarlaşdırma işlərinin aparılması və sahənin koordinatlarının götürülməsi mümkün olmamışdır. Bu səbəbdən ərizənin qanunvericilikdə müəyyən olunmuş vaxt ərzində icra olunması mümkün olmamış və «Daşınmaz əmlakın dövlət reyetri haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrasına xx.xx.2019-cu il tarixdə 1 (bir) ay müddətinə dayandırılma veilməklə bu barədə ona rəsmi məlumat verilmişdir. Dayndırılma müddətində dayandırma səbəbi aradan qaldırılmadığından xx.xx.2019-cu il tarixdə **********69 DƏQKİS nömrəsi ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1.6 maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Qanunvericiliyə əsasən daşınmaz əmlaka hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi səbəbləri aradan qaldırıldıqdan sonra müraciətinə qanunamüvafiq qaydada təkrar baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Qəbələ rayonu XDS-nin xx.xx.1990-cı il tarixli, 20 saylı qərarı ilə ünvan 4 mənzil 4 ünvanda X2 600.00 kv.metr torpaq sahəsi verilmişdir. X1 (Ağayeva) İradə Zülfü qızı ilə xx xxxx 2004-cü ildə nikaha daxil olmuş və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 22 nömrə ilə qeydə alınmışdır. Həmin nikah Qəbələ rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cu il tarixdə verilmiş, AZ-İ seriyalı, 091337 nömrəli nikah haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X6 xx xxxxxxx 2012ci il tarixdə «kəskin ürək-damar tənəffüs çatmamazlığı»ndan vəfat etmişdir. Bu barədə iddiaçıya Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə AZ-İ 586541 saylı «ölüm haqqında şəhadətnamə» verilmişdir. Bundan bir müddət əvvəl Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum Sahib Abduləzizovun adına «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilməklə Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 106 nömrə ilə uçota alınmışdır. İddiaçı mərhum X2 Qəbələ XDS-nin xx.xx.1990-cı il tarixli 20 saylı qərarına əsasən ayrılmış Qəbələ şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X14 müraciət etmiş və həmin müraciət xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə icra üçün qəbul edilmişdir. Müraciət əsasında 9 saylı X11 mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işlərinin aparılması üçün iddiaçının iştirakı ilə əraziyə getmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan ərazidə texniki inventarlaşdırma işlərinin aparılması və sahənin koordinatlarının götürülməsi mümkün olmamışdır. Bu səbəbdən ərizənin qanunvericilikdə müəyyən olunmuş vaxt ərzində icra olunması mümkün olmamış və «Daşınmaz əmlakın dövlət reyetri haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrasına xx.xx.2019-cu il tarixdə bir ay müddətinə dayandırılma veilməklə bu barədə iddiaçıya rəsmi məlumat verilmişdir.Lakin dayndırılma müddətində dayandırma səbəbi aradan qaldırılmadığından, xx.xx.2019-cu il tarixdə **********69 DƏQKİS nömrəsi ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1.6 maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. 9 saylı X15 X8 xx xxxx 2020-ci il tarixdə ünvanladığı 204 nömrəli məktubda qeyd olunan xüsusatları ətraflı olaraq göstərmiş və qanunvericiliyə əsasən daşınmaz əmlaka hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi səbəbləri aradan qaldırıldıqdan sonra müraciətinə qanunamüvafiq qaydada təkrar baxılmasının mümkünlüyü iddiaçının nəzərinə çatdırılmışdır. Mülki işin məhkəmə araşdırılması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddia tələbini etiraf edərək Qəbələ rayonu X7 xx.xx.1990-cı il tarixli, 20 saylı qərarı ilə mərhum X2 fərdi yaşayış evinin tikintisi üçün verilmiş 600.00 kv.m torpaq sahəsinə müvafiq çıxarış verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X11 əməkdaşlara torpaq sahəsinə gəlib ölçü işlərin aparılmasına razılıqlarını bildirməklə ölçü işlərinin aparılmasında 9 saylı X11 əməkdaşlarına heç bir maneçilik törədilməyəcəklərini könüllü iradə ifadələri olaraq verdikləri izahatlarında bildirmişlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mərhum həyat yoldaşı X2 məxsus Qəbələ rayonu X7 xx.xx.1990-cı il tarixli 20 saylı qərarı əsasında hazırlanmış A № 396836 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X15 tərəfindən çıxarış verilməsi üçün həmin ünvanda ölçü aparmağa cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı mərhum həyat yoldaşı X2 məxsus Qəbələ rayonu X7 xx.xx.1990-cı il tarixli 20 saylı qərarı əsasında hazırlanmış A № 396836 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X15 tərəfindən çıxarış verilməsi üçün həmin ünvanda ölçü aparmağa cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən törədilən maneələrə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-462/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-462/2020
27.07.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver