Məhkəmə qərarları › İş №2(025)-463/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-463/2022

28.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-463/2022 28.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Nümayəndə2 (eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi) və cavabdeh Nümayəndə1 (eyni zamanda Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) və üçüncü şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, icra məmuru Nümayəndə3 iştirakları ilə İddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı"vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı "vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025) - 103/2017 nömrəli qətnaməsi əsasında miras əmlak olaraq naturada bölücüsü aparılan (qətnamə icra olunmaqla) fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən (məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılmış) istifadə olunmasında cavabdehlərin onlara törətdikləri maneələrə, miras evdən və torpaqdan paylarına düşən hissəsinə cavabdehlərin qanunsuz girib çıxmalarına son qoyulması, Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən ona giriş-çıxış qapılarının, yolunun açılması ilə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, o, İddiaçı1 xx xxxx 1941-ci ildə Qəbələ rayonu Həmzəlli kəndində doğulmuş, 23 mart 1972 -ci ildə Qəbələ şəhər sakini Mustafayev Əmir Dəmir oğlu ilə ailə həyatı qurmuşdur. Nikahları 23 mart 1972-ci ildə Qutqaşm rayon VYADQ şöbəsində qeydiyyata alınmış və həmin nikahdan iki uşaqları doğulmuş, onlar da artıq böyüyüb boya-başa çatmışdır. Oğlu Gündüz onunla bir ailədə yaşayır. Mustafayev Əmir Dəmir oğlu 09 iyun 2003-cü ildə vəfat etmişdir. Əmirin əvvəlki ailəsindən də üç övladı olmuş, Eynulla adlı övladı 2013-cü ildə vəfat etmişdir. Mərhum əri hələ sağlığında övladları arasında heç bir vəsiyyətnamə olmadan əmlak bölgüsü aparmış, öz ata yurdundan qalan hissəni Eynulla adlı övladına vermiş, özü isə həmin həyətdən və evdən köçərək həyətyanı, torpaq sahəsi alıb ev tikmişdir. Mərhum ərinin birinci nikahından olan digər oğlu - cavabdeh Mustafayev Əmir Dəmir oğlu isə hazırda yaşadıqları damın altında olan evlərdən birində ailəsi ilə yaşamağa başlamışdır. Həyatyanı torpaq sahəsindən ona həmçinin kifayət qədər ölçüdə torpaq sahəsi də verilmişdir. Bu minvalla yaşayışları davam etmişdir. Sonradan övladlıq və ailə münasibətlərinin olmasını nəzərə alaraq, Dəmirə yaşadıqları evdən müəyyən kvadratda sahənin verilməsinə etiraz etməmişdir. Bütün bunların müqabilində isə Dəmir ona ana münasibəti göstərməmiş, əksinə ona və övladlarına soyuq münasibət bəsləmişdir. Dəfələrlə miras əmlaka dair qarşılıqlı razılıq əldə olunmasını təklif etməyi isə tam faydasız olmuşdur. Aralarında heç bir razılıq əldə olunmadığı üçün evin dam örtüyünü və dam hissəsini təmir edə bilməmişlər. Dəmirin isə həmin həyətdən alt hissədə yerləşən və mərhum əri tərəfindən bölgüsü aparılmış torpaq sahəsində təzə tikilmiş, fərdi yaşayış evi vardır. Buna baxmayaraq, sonuncunu həmin evə köçməyə heç cür razı sala bilməmişlər. Buna görə də, yaranmış vəziyyəti nəzərə alaraq, əri Mustafayev Əmir Dəmir oğlundan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin işlənib hazırlanması üçün notariat orqanına müraciət etmiş, müraciətləri əsasında vərəsəlik işi açılmış və vərəsəlikdən sonra paylarına düşən hissəyə dair Azərbaycan Respublikası Əmək Məcəllələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı ******* nömrəli Çıxarış almışlar. Çıxarış 18 fevral 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışa görə onun, X7, Nümayəndə2 hər birinin fərdi yaşayış evindən 1/5 hissədə, torpaq sahəsindən 6/25 hissədə, İddiaçı3 isə torpaq sahəsindən 5/25 hissədə payları müəyyən edilərək mülkiyyətlərinə verilmişdir. Cavabdehə isə fərdi yaşayış evindən 2/5, torpaq sahəsindən isə 2/25 hissədə pay müəyyənləşdirilmişdir. Odur ki, yaşayış evindən və torpaq sahəsindən istifadə ilə bağlı cavabdehlə razılığa gələ bilmədiklərindən həmin əmlaklardan paylarının naturada ayrılması barədə məhkəmədə iddia qaldırmışlar. Qəbələ Rayon Məhkəməsinnin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Adı çəkilən qətnamə ilə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onlar, iddiaçılar - İddiaçı1 (ev 5/1, torpaq 6/25), X7 (ev 1/5, torpaq 6/25), Nümayəndə2 (ev 1/5, torpaq 6/25), İddiaçı3 (torpaq 5/25) və Cavabdeh1 ( ev 2/5, torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən onların (İddiaçı1,X7, Nümayəndə2 və İddiaçı3) birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə payları məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılması, yaşayış evindən 3/5 hissədə paylarının ayrılması üçün “A” literli yaşayış evinin texniki pasportu üzrə sahəsi 24,0 m2 olan 2 saylı yaşayış otağının və sahəsi 15,6 m2 1 saylı eyvanın onlara verilməsi, evin yerləşdiyi 0,07 ha 23/25 payları ayırmaq üçün “A” literli yaşayış evinin texniki pasportu üzrə 3 saylı yaşayış otağının xarici divarının küncündən küçə hasarına bitişik birinci sərhəd hasarı və evin texniki pasportunda “S” hərfi ilə nişanlanmış sahəsi 18,2 m2 olan tikilinin xarici divarının həyətə tərəf olan künc hissəsindən zəbt sahə kimi qeydə alınmış həyətin sərhəddinə bitişik ikinci sərhəd hasarının çəkilməsi qət edilmişdir. Qətnamədən cavabdeh və onun nümayəndəsi Nümayəndə1 əvvəlcə apellyasiya və sonra da kassasiya şikayəti vermişdir. Lakin hər iki instansiya məhkəməsində, apellyasiya və kassasiya şikayətləri təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna görə də qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Qətnamə icra olunan zaman Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə1 qətnamənin icrasına maneçilik törətmək və hər vəchlə qətnamənin icrasından yayınmaq, məqsədlərinə nail olmamaqları üçün müxtəlif məhkəmələrdə (Qəbələ Rayon Məhkəməsində, Şəki İnzibati Məhkəməsində) onlara qarşı müxtəlif iddialar qaldıraraq vaxt əldə etmişdir. Bütün bunların bir nəticəsi olmamış, sonda haqq və ədalət yerini tapmışdır. Yəni, qətnamə Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən icra edilmişdir. Qətnamə icra edilən zaman icra məmurları əsassız olaraq bölüşdürülən, yeni naturada payları müəyyən olunmasım nəzərdə tutan, adı çəkilən qətnamədə cavabdehə payından istifadə olunması ilə bağlı qaydalar müəyyən olunmadığı bəhanə edərək onun payına düşən ev və torpaq sahəsinə giriş çıxışlar, qapı qoymamış və yol yeri müəyyən etməmişlər. Cavabdehlər isə bundan istifadə etməyə başlamışlar. Onlar evin, yəni paylarına düşən ev sahəsinin içindən istənilən kimi keçməklə istifadə etməyə başlamışılar. Bir sözlə, mülkiyyətlərindəki miras payından lazımi qaydada istifadə etməklərinə açıq-aşkar maneələr yaratmağa başlamışlar. Qətnamə icra olunan zaman qanun onların tərəfində olduğunu deyən icra məmurları isə bir gün sonra (görünür ki, cavabdehlərin vəzifədə işləyən qohumlarının təkidi və təsiri ilə) əvvəlki fikirlərini heç dilə gətirməmiş və yuxarıda qeyd etdikləri kimi hərəkətlər edərək qətnaməni öz istədikləri kimi, bir növ cavabdehlərin istəklərinə uyğun icra etmişlər. Nəticədə miras əmlakdan lazımi qaydada istifadələrinə cavabdehlər tərəfindən maneələrin törədilməsinə icra məmurları münbüt şərait yaratmışlar. Bununla da qətnamə üzrə qanunla qorunan hüquqları məhdudlaşdırılmışdır. Dəfələrlə bu barədə icra məmurlarının qəbullarında olmaqla etiraz etməklərinin isə heç bir faydası olmamışdır. İcra məmurları cavabdehlərin vəkilləri funksiyalarını yerinə yetirməklə onlara hüquqlarını izah etməklə kifayətlənmiş, cavabdehlərin maneçilik hərəkətlərinə göz yummuş, bu maneələrin aradan qaldırılması üçün yenidən məhkəməyə iddia qaldırmalı olduqlarınl bildirmişlər. Cavabdehlərin isə belə hərəkətləri hazırda da davam olunur. Buna görə də məhkəməyə belə bir iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Nümayəndə2 (eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi) iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Nümayəndə1 (eyni zamanda Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, iddiaçılar hazırki iddia tələbi ilə 2021-ci ildə də məhkəməyə müraciət etmişlər və məhkəmə tərəfindən həmin vaxt ekspertiza keçirilmişdir. Ekspert rəyində də göstərilmişdir ki, hazırki iş üzrə cavabdehlərin payına ayrılmış, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağından giriş-çıxış qapısının açılması mümkündür. Lakin 13.09.2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin 26.05.2021-ci il tarixli rəyindən görsənir ki, hazırki iş üzrə qapı açılması nəzərdə tutulan, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağı yaşayış üçün yararsızdır və təhlükəlidir. Bu da hazırkı iddia tələbinin təmin edilməsinin mümkünsüz olduğunu göstərir. Həmçinin iddiaçılar iddia tələblərində onlara məxsus evin yaşayış hissəsindən və torpaq sahəsindən istifadayə maneə törətdiklərini qeyd etsələr də, belə bir hal mövcud deyildir. Əksinə iddiaçılar onlara maneə göstərməkdədirlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, icra məmuru Nümayəndə3 izahatında göstərdi ki, Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsi icra olunması şöbəyə göndərilmiş və icra məmuru Sənan Quliyevin icraatında olmuşdur. Sözügedən icra sənədi icra olunaraq 27.09.2019-cu il tarixdə “icraata xitam verilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərardan Cavabdeh1 tərəfindən Qəbələ məhkəməsinə şikayət verilmiş, şikayət təmin edilməmişdir. Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin qərarından da verdiyi şikayət apellyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədi tamamilə icra edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17.02.2016-cı il tarixdə hüquq subyektləri İddiaçı1 (1/5), Nümayəndə2 (1/5), X12 (2/5) və X11 (1/5) tərtib etdiyi reystr nömrəsi **********36-10301 olan «Fərdi yaşayış evinə daşınmaz əmlakın texniki pasportu»nun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin (tikililərin) mərtəbələr üzrə M 1:100 miqyasında, torpaq sahəsinin M 1:500 miqyasında planı, torpaq sahəsi haqqında məlumatlar, yaşayış evlərinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatı, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri, eləcə də tikili və qurğuların təsviri göstərilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli, 2(107)-2302/2017 saylı qətnaməsinin surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 qətnaməsindən iş üzrə Cavabdeh1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)-103/2017 saylı qətnaməsinə əsasən isə iddiaçılar İddiaçı1, Nümayəndə2, İddiaçı3 və Qafarova Könül Əmir qızı Cavabdeh1 qarşı payın naturada ayrılması tələbi ilə məhkəmədə iddia qaldırmışlar. Həmin qətnamə ilə iddia təmin edilmişdir. Qətnaməyə görə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçılar İddiaçı1 (ev 1/5, torpaq 6/25), Qafarova Könül Əmir qızı (ev 1/5, torpaq 6/25), Nümayəndə2 (ev 1/5, torpaq 6/25), İddiaçı3 (torpaq 5/25) və Cavabdeh1 (ev 2/5, torapq 2/25) ümumi mülkiyyətində olub, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, Nümayəndə2, İddiaçı3 və Qafarova Könül Əmir qızının birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə payları məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyindən göstərilmiş qaydada naturada ayrılması, yaşayış evindən iddiaçıların 3/5 hissədə paylarının ayrılması üçün «A» literli yaşayış evinin texniki pasportu üzrə sahəsi 24,0 kv.m olan 2 saylı yaşayış otağının və sahəsi 15,6 kv.m 1 saylı eyvanın onlara verilməsi, evin yerləşdiyi 0,07 ha torpaq sahəsindən iddiaçıların 23/25 payını ayırmaq üçün «A» literli yaşayış evinin texniki pasportu üzrə 3 saylı yaşayış otağının xarici divarının küncündən küçə hasarına bitişik birinci sərhəd hasarı və evin texniki pasportunda «S» hərfi ilə nişanlanmış sahəsi 18,2 kv.m olan tikilinin xarici divarının həyətə tərəf olan künc hissəsindən zəbt sahə kimi qeydə alınmış həyətin sərhədinə bitişik ikinci sərhəd hasarının çəkilməsi, bölgü nəticəsində mübahisəli evin 3/5 və torpaq sahəsinin 23/25 hissələrinin mülkiyyətlərinə düşən sahələrin onların payına yaxın olmaq şərti ilə müəyyən edildiyi nəzərə alınması və tərəflərə onların ayrılma nəticəsində yarana biləcək mübahisəni sülh yolu ilə həll edə bilməsələr, bununla bağlı (fiziki bölgü nəticəsində bərabər olmayan payların əvəzinin pulla ödənilməsi və s.) məhkəmədə müstəqil iddia qaldıra bilmələrinin izah edilməsi qət olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 27.09.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-103/17 nömrəli, 28.07.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 8(025)-128/2019 nömrəli qərardadından görünür ki, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Sənan Quliyevin 27 sentyabr 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının əsassız hesab edilərək ləğv edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş şikayət rədd edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 11.10.2019-cu il tarixli 8(107)- 87/2019 nömrəli qərardadından görünür ki, borclu Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 8(025)-128/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 8(025)- 110/2019 nömrəli qərardadından görünür ki, təqdimat təmin olunaraq Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(025)-103/2017 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh1 Qəbələ rayon İcra və probasiya şöbəsinə icra hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21 avqust 2018-ci il tarixli 2- 1(84)-1013/2018 nömrəli qərardadından görünür ki, iddiaçılar Cavabdeh1, X4, X1, X2 və X5 cavabdeh Qəbələ rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi, İddiaçı1, X9, X3 və Nümayəndə2 mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi hissəsində və həmin torpaq sahəsinə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli 2-1(107)-559/2018 nömrəli qərardadından görünür ki, iddiaçılar Cavabdeh1 və Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21 avqust 2018-ci il tarixli 2-1(84)-1013/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli 8(107)-61/2019 nömrəli qərardadından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 28.07.2017-ci il tarixli 2(025)-103/2017 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair borclu Cavabdeh1 ərizəsinin təmin edilməməsi ilə bağlı Qəbələ Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 8(025)-88/2019 nömrəli qərardadından iş üzrə borclu Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2(025)- 748/2021 nömrəli qərardadının surətindən görünür ki, iddiaçılar İddiaçı1, Nümayəndə2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı "vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli 2(025)-748/2021 nömrəli qərardadından görünür ki, iddiaçılar İddiaçı1, Nümayəndə2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı "vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş, Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(025)-103/2017 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəy nəzərə alınmaqla torpaq sahəsindən və fərdi yaşayış evindən payları naturada ayrılmış iddiaçıların həmin paylardan (həmin fərdi yaşayış evindən, həm də torpaq sahəsindən) istifadəyə cavabdehlər tərəfindən hər hansı maneə törədilirmi? Əgər cavabdehlər tərəfindən maneələr törədilərsə bu maneələr konkret olaraq nədən ibarətdir?; Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(025)-103/2017 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəy nəzərə alınmaqla torpaq sahəsindən və fərdi yaşayış evindən payları naturada ayrılmış iddiaçıların həmin paylarına (həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə) qanunsuz giriş-çıxışlar mövcuddur mu? Əgər qanunsuz giriş-çıxış varda konkret olaraq nədən ibarətdir? Əgər qanunsuz girib-çıxma mövcuddursa bu mümkün olmadan cavabdehlər öz mülkiyyətlərindən (həm torpaq sahəsindən, həm də fərdi yaşayış evindən) istifadə edə bilərlər mi?; Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(025)-103/2017 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 aprel 2017ci il tarixli 2508 nömrəli rəy nəzərə alınmaqla cavabdehlərin mülkiyyətinə (fərdi yaşayış evinə və torpaq sahəsinə) əlavə giriş-çıxış qapısının açılması ilə yol yeri, yəni mülkiyyətlərindən istifadə mümkündür mü? İş materiallarına Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş 2(025)-748/2021 nömrəli mülki işdən əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.10.2021-ci il tarixli, 10/3451 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.04.2021-ci il tarixli, 2508 nömrəli ekspert rəyində qeyd olunan bölgü variantı naturada icra olunmadığından qərardadın 1-ci və 2-ci suallarının cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2017-ci il tarixli 2508 nömrəli ekspert rəyində qeyd olunmuş bölgü variantında, hazırki iş üzrə cavabdehlərin payına ayrılmış, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağından giriş-çıxış qapısının açılması mümkündür. Lakin 13.09.2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin 26.05.2021-ci il tarixli rəyindən görsənir ki, hazırki iş üzrə qapı açılması nəzərdə tutulan, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağı yaşayış üçün yararsızdır və təhlükəlidir. Son nəticədə bu məsələyə məhkəmə tərəfindən qiymət verilə bilər. İş materiallarında olan Qəbələ rayon İcra və probasiya şöbəsinin 27.09.2019-cu il tarixli aktından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-130/2017 saylı, 23.07.2017-ci il tarixli icra vərəqəsi ilə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindn çıxarışa əsasən İddiaçı1, X14, Nümayəndə2, İddiaçı3 Feruz qızı və Cavabdeh1 ümumi paylı mülkiyyətlərində olub ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən İddiaçı1, Könül Qafarova, Nümayəndə2 və İddiaçı3 birlikdə yaşayış evindən 3/5 hissədə, torpaq sahəsindən isə 23/25 hissədə payları məhkəmə tikinti-texniki ekspertizanın 18 aprel 2017-ci il tarixli 2508 saylı rəyində göstərilmiş qaydada naturada ayrılmalı olduğu göstərilmişdir. Aktda həmçinin qeyd edilmişdir ki, yaşayış evindən iddiaçıların 3/5 hissədə paylarının ayrılması üçün «A» literli yaşaış evinin texniki pasportu üzrə sahəsi 24 kv.m olan 2 saylı yaşayış otağı və sahəsi 15,6 kv.m olan 1 saylı eyvan onlara verilməlidir. Evin yerləşdiyi 0,07 ha torpaq sahəsindən iddiaçıların 23/25 payını ayırmaq üçün «A» literli yaşayış evinin texniki pasportu üzrə 3 saylı yaşayış otağının xarici divarının küncündən küçə hasarına bitişik birinci sərhəd hasarı və evin texniki pasportunda “S” hərfi ilə nianlanmış sahəsi 18,2 kv.m olan tikilinin xarici divarının həyətə tərəf olan künc hissəsindən zəbt sahə kimi qeydə alınmış həyətin sərhədinə bitişik ikinci sərhəd çəkilməlidir. Məhkəmə qərarına uyğun olaraq iddiaçılara evin yerləşdiyi 0,07 ha torpaq sahəsindən 23/25 hissədə payın ayrılması üçün qərarda qeyd olunan sərhədləri müəyyən edən sərhəd hasarı çəkilmiş, sərhədlər arasında paylara müvafiq torpaq sahələri tərəflərə tanıdılmaqla naturada ayrılması təmin edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə görə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçılar Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017ci il tarixli, 2(025) - 103/2017 nömrəli qətnaməsi əsasında miras əmlak olaraq naturada bölücüsü aparılan (qətnamə icra olunmaqla) fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən (məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılmış) istifadə olunmasında cavabdehlərin onlara törətdikləri maneələrə, miras evdən və torpaqdan paylarına düşən hissəsinə cavabdehlərin qanunsuz girib çıxmalarına son qoyulması, Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən ona giriş-çıxış qapılarının, yolunun açılması ilə istifadə qaydalarının müəyyən edilməsini xahiş edirlər. CavabdehNümayəndə1 (eyni zamanda Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) isə iddiaçılara fərdi yaşayış evindən və həmin evin yerləşdiyi sahədə istifadə olunmasında heç bir maneə törətmədiklərini bildirmişdir. Həmçinin Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən ona giriş-çıxış qapılarının, yolunun açılması ilə istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı onu bildirmişdir ki, Qəbələ rayon məhkəməsinin icraatında eyni tələblər bağlı iş olmuş və həmin iş üzrə də ekspert rəyindən göründüyü kimi istifadə qaydalarının başqa formada müəyyənləşdirilməsi qeyrimümkündür. Eyni zamanda məhkəmənin icraatında olmuş digər iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi TikintidəX6 Agentliyi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Fərdi yaşayış evinin daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışında (3-cü otaq 19.4 kv.m) arxa tərəfdə sol küncdə olan hissəsi qəzalı vəziyyətdədir. Çiy kərpicdən olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları ətrafında keçici çatlar mövcuddur. Döşəmə və tavanın divarla birləşmə yerlərində aralanmalar müşahidə olunur. Kürsü divarlarında çiy kərpiclər aşınmaya məruz qalmışdır.Fərdi yaşayış evinin uzun illər təmirsiz istismar olunması, atmosfer sularının təsiri ilə fiziki köhnəlmə səbəbindən həmin hissə qəzalı vəziyyətə düşmüşdür.Fərdi yaşayış evinin həmin hissəsi (3-cü otaq 19.4 kv.m) yaşayış üçün yararsızdır və təhlükəlidir. Həmin otağa giriş məhdudlaşdırılmalıdır.Bu səbəbdən göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş edir. Beləliklə, məhkəmə araşdırması zamanı da müəyyən edildi ki, hal-hazırkı tərəflər arasında eyni predment üzrə mülki işə baxılaraq Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)103/2017 saylı qətnaməsi ilə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçılar İddiaçı1 (ev 1/5, torpaq 6/25), X14 (ev 1/5. torpaq 6/25), Nümayəndə2 (ev 1/5, torpaq 6/25), İddiaçı3 Feruz qızı (torpaq 5/25) və Cavabdeh1 (ev 2/5 torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, X14, Nümayəndə2 və İddiaçı3 Feruz qızının birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə paylarının məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli. 2508 nömrəli, rəyində göstərilmiş qaydada naturada ayrılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli, 2(107)-2302/2017 saylı Qətnaməsi ilə Cavabdeh1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025)- 103/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 21 sentyabr 2018-ci il tarixli, 2(102)- 6365/2018 saylı Qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 25 oktyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 27.09.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-103/17 nömrəli, 28.07.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 8(025)- 128/2019 nömrəli qərardadına əsasən Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Sənan Quliyevin 27 sentyabr 2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının əsassız hesab edilərək ləğv edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş şikayət rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 11.10.2019-cu il tarixli 8(107)-87/2019 nömrəli qərardadına əsasən borclu Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 8(025)-128/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda iddiaçılar hazırki tələblə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişlər və Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş 2(025)-748/2021 nömrəli mülki işdən əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.10.2021-ci il tarixli, 10/3451 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.04.2021-ci il tarixli, 2508 nömrəli ekspert rəyində qeyd olunan bölgü variantı naturada icra olunmadığından qərardadın 1-ci və 2-ci suallarının cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2017-ci il tarixli 2508 nömrəli ekspert rəyində qeyd olunmuş bölgü variantında, hazırki iş üzrə cavabdehlərin payına ayrılmış, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağından giriş-çıxış qapısının açılması mümkündür. Lakin 13.09.2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin 26.05.2021-ci il tarixli rəyindən görsənir ki, hazırki iş üzrə qapı açılması nəzərdə tutulan, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağı yaşayış üçün yararsızdır və təhlükəlidir. Son nəticədə bu məsələyə məhkəmə tərəfindən qiymət verilə bilər. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin verdiyi 26.05.2021-ci il tarixli 37/34-03784 saylı rəydən görünür ki, Fərdi yaşayış evinin daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışında (3-cü otaq 19.4 kv.m) arxa tərəfdə sol küncdə olan hissəsi qəzalı vəziyyətdədir. Çiy kərpicdən olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları ətrafında keçici çatlar mövcuddur. Döşəmə və tavanın divarla birləşmə yerlərində aralanmalar müşahidə olunur. Kürsü divarlarında çiy kərpiclər aşınmaya məruz qalmışdır.Fərdi yaşayış evinin uzun illər təmirsiz istismar olunması, atmosfer sularının təsiri ilə fiziki köhnəlmə səbəbindən həmin hissə qəzalı vəziyyətə düşmüşdür.Fərdi yaşayış evinin həmin hissəsi (3-cü otaq 19.4 kv.m) yaşayış üçün yararsızdır və təhlükəlidir. Həmin otağa giriş məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13.02.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23.02.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Beləliklə məhkəmə hesab edir ki, yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunur ki, iddiaçıların istifadə qaydalarının müəyyən edilməsini tələb etdikləri fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölgüsü müəyyən edilmiş, icra məmuru tərəfindən isə icra sənədi icra edilərək icraata xitam verilmişdir. Daha sonra isə iddiaçılar hazırkı tələblə məhkəmə müraciət etmiş, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.10.2021-ci il tarixli, 10/3451 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2017-ci il tarixli 2508 nömrəli ekspert rəyində qeyd olunmuş bölgü variantında, hazırki iş üzrə cavabdehlərin payına ayrılmış, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağından girişçıxış qapısının açılması mümkündür, lakin 13.09.2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin 26.05.2021-ci il tarixli rəyindən görsənir ki, hazırki iş üzrə qapı açılması nəzərdə tutulan, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağı yaşayış üçün yararsızdır və təhlükəlidir. Məhkəmə qeyd edir ki, iddiaçılar Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən giriş-çıxış qapılarının, yolunun açılması ilə istifadə qaydlarını müəyyən edilməsini xahiş etsə də, ekspert rəyləri ilə qapı açılması nəzərədə tutulan, sahəsi 19.4 kv.m olan 3 saylı yaşayış otağının yaşayış üçün yararsız və təhlükəli olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 payına düşən sahəyə (evə və torpağa) uyğun yerdən giriş-çıxış qapılarının, yolunun açılması ilə istifadə qaydlarını müəyyən edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə belə qənaətə gələrkən, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini və məhkəmə zamanı iş materiallarına əlavə edilmiş ekspert rəyini nəzərə alır. İddiaçılar isə iddia tələblərinin əsaslılığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar tələblərində Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025) - 103/2017 nömrəli qətnaməsi əsasında miras əmlak olaraq naturada bölücüsü aparılan (qətnamə icra olunmaqla) fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən (məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılmış) istifadə olunmasında cavabdehlərin onlara törətdikləri maneələrə, miras evdən və torpaqdan paylarına düşən hissəsinə cavabdehlərin qanunsuz girib çıxmalarına son qoyulmasını tələb etmişlər. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçılar isə cavabdehlərə qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(025) - 103/2017 nömrəli qətnaməsi əsasında miras əmlak olaraq naturada bölgüsü aparılan (qətnamə icra olunmaqla) fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən (məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2017-ci il tarixli 2508 nömrəli rəyində göstərilmiş qaydada naturada ayrılmış) istifadə olunmasında cavabdehlərin onlara törətdikləri maneələrə, miras evdən və torpaqdan paylarına düşən hissəsinə cavabdehlərin qanunsuz girib çıxmalarına son qoyulmasını xahiş etsələr də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Həmçinin iddiaçılar cavabdehlər tərəfindən törədilən maneələrin konkret nədən ibarət olmasını göstərməmiş, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsinə gedən yoldan istifadəyə cavabdeh tərəfindən tərəfindən törədilən maneələrin nədən ibarət olması barədə heç bir sübut təqdim etməmişdir. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşsədə onlar, cavabdehlər tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişlər. Əksinə məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyində iddiaçının iddiaçının maneə törədilməsinə son qoyulmasını tələb etdiyi yol yerindən cavabdeh tərəfindən heç bir manənin törədilmədiyi müəyyən olunmuşdur. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçılar isə öz iddialarının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı "vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiaları təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar İddiaçı1, Nümayəndə2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Nümayəndə1 qarşı "vərəsəlik qaydasında paylarının müəyyən olunaraq naturada bölünmüş əmlakdan istifadə olunmasına törədilən maneələrə son qoyulması və əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiaları təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar