Məhkəmə qərarları › İş №2(025)-47/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-47/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-47/2023 06.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul vəsaitinin qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "pul vəsaitinin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəməyə gəlmədiyinə görə onun işin mahiyyəti üzrə həll olunmasını tələb edibetmədiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul vəsaitinin qaytarılması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalıdır. Həmçinin, X2 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə 67 manat 50 qəpik ödənilmişdir. Göstərilənlərə əsasən, hesab edirəm ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 67 manat 50 qəpik məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.7, 260, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı "pul vəsaitinin qaytarılması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın və ərizə baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 67 manat 50 qəpik məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verlilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar