Məhkəmə qərarları › İş №2(025)-473/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-473/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-473/2021 06.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı “FİNCA Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0138 saylı kredit müqaviləsi üzrə borcun məbləği 861.84 AZN əsas, faiz borcu üzrə 22.22 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 884.06 (səkkiz yüz səksən dörd manat, altı qəpik) AZN; **********0125 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1530.08 AZN əsas, faiz borcu üzrə 39.67 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1569.75 (min beş yüz altmış doqquz manat, yetmiş beş qəpik) AZN həmçinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 19.08.2019-cu il tarixli, **********0138 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqırida” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1 -ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 861.84 AZN (səkkiz yüz aaltmış bir manat, səksən dörd qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin, eyni tarixli, **********0125 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1 -ci bəndinə əsasən. Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1530.08 AZN (min beş yüz otuz manat, səkkiz qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0138 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.74 AZN, dörd il müddətində isə hər ay 18.30 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. **********0125 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən isə borclunun bir il güzəşt müddətində hər ay 1.32 AZN, dörd il müddətində isə hər ay 32.54 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0138-744438 saylı və **********0125-744438 saylı Zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1,1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1 -ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, X2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 28.01.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən 19.08.2019-cu il tarixli, **********0138 saylı kredit müqaviləsi üzrə borcun məbləği 861.84 AZN əsas, faiz borcu üzrə 22.22 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 884.06 (səkkiz yüz səksən dörd manat, altı qəpik) AZN təşkil edir. 28.01.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən 19.08.2019-cu il tarixli, **********0125 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1530.08 AZN əsas, faiz borcu üzrə 39.67 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1569.75 (min beş yüz altmış doqquz manat, yetmiş beş qəpik) AZN təşkil edir. Məhkəmə iclasında iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək göstərdi ki, onunla iddiaçı “FİNCA Azerbaijan” arasında bağlanmış 19.08.2019-cu il tarixli güzəştli kredit müqavilələri əsasında 5 illik 1% faiz dərəcəsi 861.84 manat kredit götürmüşdür. Maddi imkanı olmadığına görə ödənişləri həyata keçirə bilməmişdir. Borcun qalan hissəsini də hisə-hissə ödəyə bilər. Odur ki, Cavabdeh1 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 19.08.2019-cu il tarixli **********0125 nömrəli Güzəştli Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1530.08 AZN qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1 1530.08 manat məbləği bir il güzəşt müddəti ilə illik 1 %-lə, 60 ay müddətinə aylıq 32.54 manat, son ayda isə 32.58 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.08.2019-cu il tarixli **********0125 – 744438 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 19.08.2019-cu il tarixli **********0125 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 28.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 19.08.2019-cu il tarixli **********0125 nömrəli kredit müqaviləsi üzrə 1530.08 manat əsas borcu və 39.67 manat faiz borcu olmaqla, cəmi 1569.75 manat borcu vardır. İş materiallarında olan, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 19.08.2019-cu il tarixli **********0138 nömrəli Güzəştli Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 861.84 AZN qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1 861.84 manat məbləği bir il güzəşt müddəti ilə illik 1 %-lə, 60 ay müddətinə aylıq 18.33 manat, son ayda isə 18.30 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.08.2019-cu il tarixli **********0138 – 744438 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 19.08.2019-cu il tarixli **********0138 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 28.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 19.08.2019-cu il tarixli **********0138 nömrəli kredit müqaviləsi üzrə 861.84 manat əsas borcu və 22.22 manat faiz borcu olmaqla, cəmi 884.06 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 28.01.2021-ci il tarixə Cavabdeh1 19.08.2019-cu il tarixli **********0125 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 1530.08 manat, faiz borcu 39.67 manat və 19.08.2019-cu il tarixli **********0138 saylı kredit müqaviləsi üzrə əsas borcu 861.84 manat, faiz borcu 22.22 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehlərdən iddiaçı bankın xeyrinə müştərək qaydada 19.08.2019-cu il tarixli **********0125 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1530.08 manat və faiz borcu üzrə 39.67 manat, 19.08.2019-cu il tarixli **********0138 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 861.84 manat və faiz borcu üzrə 22.22 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0138 saylı kredit müqaviləsi üzrə 861 manat 84 qəpik əsas, 22 manat 22 qəpik faiz borcu cəmi 884 manat 06 qəpik kredit borcu; **********0125 saylı kredit müqaviləsi üzrə 1530 manat 08 qəpik əsas, 39 manat 67 qəpik faiz borcu - cəmi 1569 manat 75 qəpik kredit borcu olmaqla, ümumilikdə 2453 manat 81 qəpik borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0138 saylı kredit müqaviləsi üzrə 861 manat 84 qəpik əsas, 22 manat 22 qəpik faiz borcu - cəmi 884 manat 06 qəpik kredit borcu; **********0125 saylı kredit müqaviləsi üzrə 1530 manat 08 qəpik əsas, 39 manat 67 qəpik faiz borcu - cəmi 1569 manat 75 qəpik kredit borcu olmaqla, ümumilikdə 2453 manat 81 qəpik borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar