Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-477/2021 13.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xx xxxxxxx 2019 il tarixli, 600804- 689095/1 nömrəli istehlak kredit üzrə, 2014.93 manat məbləğində əsas borc, 189.06 manat faiz borcu olmaqla, ümumilikdə 2203.99 (iki min iki yüz üç (.99)) manat, və xx xxxxxxx 2019 il tarixli, 600893-PC********** nömrəli istehlak kredit üzrə 393.22 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu və 0 manat cərimə borcu olmaqla, ümumilikdə 393.22 (üç yüz doxsan üç (.22)) manat məbləğində kredit borcun və 30.40 (otuz (.40)) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2019 il tarixli, 600804-689095/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 21% dərəcəsi ilə 3000 (üç min (.00)) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında xx xxxxxxx 2019 il tarixli, 600804-689095/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2019 il tarixli, 600893-PC********** nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 500 (beş yüz) manat olan kredit xətti ayrılmışdır. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında xx xxxxxxx 2019 il tarixli, 600893-PC********** nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Hər iki kredit üzrə zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən xx xxxxxxx 2019 il tarixli, 600804-689095/1 nömrəli və xx xxxxxxx 2019 il tarixli, 600893-PC********** nömrəli kredit müqavilələrin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan kredit müqavilələri üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcalanlara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borcunu ödəməmişdir. xx xxxxxxx 2019 il tarixli, 600804-689095/1 nömrəli istehlak krediti müqaviləsi üzrə xx xxxxxx 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2014.93 manat məbləğində əsas borcu və 189.06 manat faiz borcu olmaqla, ümumilikdə 2203.99 (iki min iki yüz üç (.99)) manat məbləğində kredit borcu yaranmışdır. xx xxxxxxx 2019 il tarixli, 600893-PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə xx xxxxxx 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 393.22 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu və 0 manat cərimə borcu olmaqla, ümumilikdə 393.22 (üç yüz doxsan üç (.22)) manat məbləğində kredit borcu yaranmışdır. Krediti müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmışfaizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəllərində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhəkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhəkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini ismən qəbul edərək izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə bankdan 3000 manat kredit almışdır. Həmin tarixdə həmçinin bankdan 550 manatlıq kredit kartı da almışdır. Müqavilələr üzrə ödəniş edə bilməməyini səbəbi maddi imkanının aşağı olmasıdır. Hərbiçidir, müddətdən artıq hərbi qullu etmişdir. Borcunu ödəməkdən boyun qaçırmır. Lakin qalan borcu yalnız hissə-hissə ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli 600804-689095/1 nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 21 faizlə 18 ay müddətinə 3000 manat məbləğində şəxsi istehlak məqsədləri üçün kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 600804-689095/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli 600804-689095/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İşdə olan «Ödəniş cədvəli»nin surətindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit vəsaitini hər ay 195.73 manat məbləğində, sonuncu ay isə 195.43 manat məbləğində ödənişlər etməklə 18 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 3000 manatı imza edərək qəbul etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh1 xx.xx.2019-cu il tarixli 600804-689095/1 nömrəli Kredit müqaviləsinə əsasən 2014.93 manat əsas, 189.06 manat faiz borcu olmaqla ümumilikdə 2203.99 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2019-cu il tarixli 600893-PC********** nömrəli Smile kredit xətti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə 500 manat məbləğində şəxsi istehlak məqsədləri üçün kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 600893-PC********** saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli 600893- PC********** saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə plastik kredit kartını imza edərək qəbul etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh1 xx.xx.2019-cu il tarixli 600893-PC********** nömrəli Kredit xətti müqaviləsinə əsasən 393.22 manat məbləğində əsas borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh1 xx.xx.2019-cu il tarixli 600804-689095/1 nömrəli Kredit müqaviləsi üzrə əsas borcu 2014.93 (iki min on dörd manat doxsan üç qəpik) manat, faiz borcu 189.06 (bir yüz səksən doqquz manat altı qəpik) manat, həmçinin xx.xx.2019-cu il tarixli 600893-PC********** saylı kredit xətti müqaviləsi üzrə əsas borcu 393.22 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə xx.xx.2019-cu il tarixli 600804-689095/1 nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 2014.93 manat və faiz borcu üzrə 189.06 manat, xx.xx.2019cu il tarixli 600893-PC********** saylı kredit xətti müqaviləsinə əsasən 393.22 borcun tutulmasını əsaslı hesab edir Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 600804-689095/1 saylı kredit müqaviləsi üzrə 2014 manat 93 qəpik əsas, 189 manat 06 qəpik faiz borcu - cəmi 2203 manat 99 qəpik kredit borcu; 600893-PC********** saylı kredit müqaviləsi üzrə 393 manat 22 qəpik əsas borcu - cəmi 393 manat 22 qəpik kredit borcu; ümumilikdə 2597 manat 21 qəpik borc və 30 manat 40 qəpik məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 600804-689095/1 saylı kredit müqaviləsi üzrə 2014 manat 93 qəpik əsas, 189 manat 06 qəpik faiz borcu - cəmi 2203 manat 99 qəpik kredit borcu; 600893-PC********** saylı kredit müqaviləsi üzrə 393 manat 22 qəpik əsas borcu - cəmi 393 manat 22 qəpik kredit borcu; ümumilikdə 2597 manat 21 qəpik borc və 30 manat 40 qəpik məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-477/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-477/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver