Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-481/2023 13.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə və Cavabdeh3 qarşı "pul tələbi"nə dairmülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və cavabdeh Nümayəndə (eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi) iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə və Cavabdeh3 qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə və Cavabdeh3 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun ailə üzvləri olan Cavabdeh4, Nümayəndə və Cavabdeh3 2,85 ha və 1,36 ha torpaq sahələrinin hazırki bazar dəyəri 13680 (on üç min altı yüz səksən) manat və 5168 (beş min bir yüz səkkiz) manat, ümumilikdə 18848 (on səkkiz min səkkiz yüz qırx səkkiz) manat pulu ona ödəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində 2,85 ha və 1,36 ha torpaq sahələrinin hazırkı bazar dəyəri 13680 manat və 5168 manat, ümumilikdə 18848 manat pulu tələb etsə də, hazırkı halda həmin torpaqlara görə onun tərəfindən ödənilmiş ümumilikdə 3600 manat pulun 2023-cü ildə olan dəyərinin alınması məqsədəmüvafiq hesab edilmişdir. İddia ərizəsində göstərdiyi kimi 2012-ci ildə cavabdehlərə 2,85 ha torpağa görə 2600 manat, 1,36 ha torpağa görə isə 1100 manat olmaqla ümumilikdə 3700 manat pul ödəmişdir. Bununla bağlı banka müraciət etmiş və oradan ona verilmiş məktubda 2009-cu ildən 2022-ci ilə qədər olan orta illik inflyasiya göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2012-ci ildən 2022-ci ilə qədər olan ümumi inflyasiya dərəcəsi 62,6 %-dir. Göstərilən səbəblərdən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh1 və onun ailə üzvləri olan Cavabdeh4, Nümayəndə və Cavabdeh3 2012-ci ildə ödədiyi ümumilikdə 3700 manatın qətnamə icra olunduğu günə inflayasiya dəyərinin hesablanaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qəbələ rayonu Kürd kənd sakini Cavabdeh1 və onun ailə üzvləri olan Cavabdeh4, Nümayəndə və Cavabdeh3 xüsusi mülkiyyətinə JN-0024 saylı Dövlət Aktı ilə verilmiş 4.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.85 ha hissəsinin 2012-ci ildə bazar dəyəri olan 2600 (iki min altı yüz) manat və 1.36 ha hissələrini 2015-ci ildə bazar dəyəri olan 1100 (bir min bir yüz) manat məbləğində pulu Cavabdeh1 ödəmişdir. Bu ödənişi ödədiyini Cavabdeh1 qəbzlə şəxsi imzası ilə təsdiq etmişdir. Həmin qəbzlə Cavabdeh1 torpaq sahəsini satdığını bildirmişdir. Cavabdeh1 və onun ailə üzvləri olan Cavabdeh4, Nümayəndə və Cavabdeh3 isə qısa zamanda öz şəxsiyyətlərini təsdiq edən sənədləri tam hazırlayaraq onunla notarial qaydada alqı-satqı edəcəklərini şifahi olaraq bildirərək öz üzərlərinə öhdəlik götürmüşdülər. Lakin onlar bu öhdəliklərə əməl etmədilər. Belə ki, torpaq sahəsini 2012-ci ildən bu günədək o istifadə edir. Həmin torpaq sahəsinin istifadəsinə mane olan daş və tullantılardan təmizlənməsi üçün traktor və diğər texnika istifadə etməklə böyük vəsaitlər xərcləmişdir. Həmçinin həmin torpaq sahəsində bitmiş yabani kol və bitkilərin biçilməsi və köklərinin texnikalar vasitəsi ilə sökülüb çıxardılması və həmin çökəkliklərin təkrar torpaq tökülərək bərpa edilməsi işləri aparmışdır. Bundan başqa sözü gedən torpaq sahəsinin tam verimli və mümbit hala gətirilməsi üçün hər il mütəmadi olaraq payız və yaz fəsillərində uzun illər təsirini göstərən yüksək keyfiyyətli gübrələri verilmişdir. Həmçinin təbii heyvansal gübrələrlədə həmin torpaq sahəsi tərəfindən zənginləşdirilmişdir. Bununla da sözü gedən torpaq sahələrinə çoxlu əmək və böyük vasaitlər xərclənmişdir. 2012-ci ildən bu günədək onlara dəfələrlə müraciət edərək bu etdikləri hərəkətlərin düzgün olmadığını bildirmişdir. Onlara torpağın dəyərini 2012-ci ildə ödədiyini bildirmişdir. Onları torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirmək üçün Notariat Kontoruna dəvət etmişdir. Lakin onlar müxtəlif bəhanələrlə bu rəsmiləşmədən boyun qaçırıblar. Dəfələrlə onlara ödədiyi pulu qaytarmağı təklif etmişdir. Bu günədək pulu qaytarmayıblar. Hal-hazırda torpaq sahəsinin bazar dəyəri də artıb və 2012-ci ildən bu günədək torpaq sahəsini istifadə edir. Bu il isə müxtəlif bəhanələr gətirərək onun dəyərini ödədiyi torpaq sahələrindən istifadə etməyinə maneə törədirlər. Torpaq sahələrini ona qəbzlə satmalarına baxmayaraq ona müxtəlif bəhanələr gətirərək torpaq sahələrinin sənədlərinin rəsmiləşdirməkdən boyun qaçırırlar. Qeyd olunan 2.85 ha və 1.36 ha torpaq sahəsinin hazırki bazar dəyəri Azərbaycan Respublikası Qəbələ Qiymətləndirmə Mərkəzi MMC-nin arayışına əsasən 13680 (on üçmin altı yüz səksən ) manat və 5168 (beş min bir yüz səkkiz) manat , ümumilikdə 18848 (on səkkiz min səkkiz yüz qırx səkkiz) manat təşkil edir. Yuxarda qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin dəiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Nümayəndə (eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi) iddia tələbini qəbul etməyərək göstərdi ki, 2012-ci ildə atası torpaq sahəsini satmamış, rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmin vaxt anası xəstə olduğuna görə pula ehtiyacları olmuş, ona görə torpaq sahəsini verib pul almışdırlar. Pul verən tərəf İddiaçı olmuşdur, əgər almışdırsa, gəlib alqı-satqı müqaviləsi bağlamağı tələb edərdi. Lakin iddiaçı onlardan şikayət edəndə, onlar polis şöbəsində də bildirmişlər ki, aldıqları 3700 manat pulu qaytarmağa razıdırlar. Ona görə də hesab edirlər ki, iddia tələbi əsassızdır. 19 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd olunmuş aldığı məbləğlər doğrudur. Həmin dövrdə əlacsız vəziyyətdə imiş. Həyat yoldaşında qan xəstəliyi olduğuna görə pula ehtiyacı olub almışdır. O, pulu alanda demişdir ki, vaxt gələcək pulu qaytarıb, torpağını götürəcəkdir. O, istənilən pulu qaytarıb torpağını almağa hazırdır. Ancaq uşaqlarının torpağını geri istəyir. 10 ildən artır müddətdə əkib becərib, xeyir götürüb, götürdüyü xeyirlə bağlı ondan heç nə istəmir. Ona 3-4 ay vaxt verilsə, aldığı pulu geri qaytara bilər. Ya da hər ay hissə-hissə olmaqla, bir neçə aya qaytara bilər. Məhkəmə işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 02 iyun 2012-ci il tarixli “Qəbz”in surətindən görünür ki, Cavabdeh1 tərəfindən yazılmış və imzalanmış qəbzdə “Mən, Cavabdeh1 mənə və ailəmə məxsus 2,85 sot torpaq sahəsini İddiaçı sataraq ondan iki min altı yüz (2600) manat pul aldım” sözləri göstərilmişdir. İş materiallarında olan 09 iyul 2015-ci il tarixli “Qəbz”in surətindən görünür ki, Cavabdeh1 tərəfindən yazılmış və imzalanmış qəbzdə “Mən, Cavabdeh1 mənə və ailəmə məxsus 1 hektar 30 sot torpaq sahəsini İddiaçı sataraq ondan bir min bir yüz (1,100) manat pul aldım” sözləri göstərilmişdir. İş materiallarında olan JN-0024 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən Cavabdeh1, Cavabdeh4, Nümayəndə və Cavabdeh3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Kürd kəndində 4,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “Azərbaycanda orta illik inflyasiya” göstəricisinə əsasən 2009-cu il 1,5 %; 2010-cu il 5,7%; 2011-ci il 7,9 %; 2012-ci il 1,1 %; 2013-cü il 2,4 %; 2014-cü il 1,4 %; 2015-ci il 4 %; 2016-ci il 12,4 %; 2017-ci il 12,9 %; 2018-ci il 2,3%; 2019-ci il 2,6%; 2020-ci il 2,8%; 2021-ci il 6,8% və 2022-ci il 13,9% müəyyən olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1-ci maddəsinə əsasənTərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: İşin məhkəmə zamanı araşdırılan halları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə və Cavabdeh3 ümumi birgə mülkiyyətinə JN-0024 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən Qəbələ rayon AİKin 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən Qəbələ rayonu Kürd kəndində 4,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 2,85 ha hissəsinə görə 2012-ci ildə 2600 manat, 1,36 ha hissəsinə görə isə 2015-ci ildə 1100 manat pul İddiaçı tərəfindən Cavabdeh1 ödənilmişdir. Ödənilmiş pullara görə Cavabdeh1 ümumilikdə 4,86 ha torpaq sahəsini alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə keçirmək barədə öhdəlik götürsə də, sonradan öhdəliyini pozaraq 4,86 ha torpaq sahəsini iddiaçının adına rəsmiləşdirməkdən imtina etmişdir və hal-hazırda da imtina etməkdədirlər. Bu səbəbdən iddiaçı 4,86 ha torpaq sahəsinə görə ödədiyi 3700 manat pulun qətnamə icra olunduğu günə inflayasiya dəyərinin hesablanaraq verilməsini tələb edir. Məhkəmə 3700 manatın qətnamə icra olunduğu günə inflayasiya dəyərinin hesablanaraq iddiaçıya verilməsi ilə bağlı onu qeyd edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd (müqavilə) mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranma əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə öhdəliyi mövcud olmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 1091-1092) Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən 4,86 ha torpaq sahəsinə görə ümumilikdə 3700 manat pulun Cavabdeh1 verilməsini məhkəmə iclasında cavabdehlər izahatlarında etiraf etmişlər və bu işin mübahisəsiz halıdır. Həmçinin iş materillarında olan 02 iyun 2012-ci il tarixli və 09 iyul 2015-ci il tarixli qəbzlərlə də, İddiaçı tərəfindən Cavabdeh1 3700 manat pulun ödənilməsi sübuta yetirilir. Həmçinin Cavabdeh1 iştirak etdiyi məhkəmə iclaslarında qəbzin onun tərəfindən yazılmasını mübahisələndirməmiş və etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən 3700 manat qətnamə icra olunduğu günə inflayasiya dəyəri (dərəcəsi) hesablanaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi cavabdehNümayəndə iddiaçıdan 4,86 ha torpaq sahəsinə görə 3700 manat pul almasını etiraf etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh Nümayəndə iddiaçıdan 3700 manat pul aldığını etiraf etmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iddiaçının 3700 manatın “qətnamə icra olunduğu günə inflayasiya dəyərinin hesablanaraq” verilməsi hissəsinə münasibətdə qeyd edir ki, hazırda mübahisənin yaranmasına səbəb olan Qəbələ rayonu Kürd kəndində yerləşən torpaq sahəsinin qiyməti dəyişdiyindən, yəni inflyasiya prosesləri baş verdiyindən, manatın dəyəri 2012-ci ilə və 2015-ci ilə münasibətdə dəyişdiyindən iddia bu hissədə də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd olunan maddənin təfsirinə görə həmin maddə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsini müəyyən edir. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası məsələlərini xüsusi olaraq tənzim edən ayrıca normativ hüquqi akt qəbul olunmadığına görə məhkəmə hesab edir ki, «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 17 iyun 1992- ci il tarixli 174 saylı Qanunu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 sentyabr 1992ci il tarixli 479 saylı qərarı ilə təsdiq edilmiş «İstehlak mallarının və xidmətlərinin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşməsi qaydası haqqında metodik təlimat» Mülki- Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə uyğun olaraq şərh olunan maddədə nəzərdə tutulmuş məsələnin həlli üçün qanunun analogiyası qaydasında tətbiq edilməlidir. Belə ki, «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, indeksləşdirmə Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləği bu qanunla tənzimlənən indeksləşdirmə obyekti olmasa da, həmin qanunda tənzimlənən indeksləşdirmənin mahiyyətini və məqsədini əks etdirən tərif məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasına da tətbiq oluna bilər. Bu mənada Mülki-Prosessual Məcəlləsinin 232-ci maddəsində ödənilməli olan pul məbləğlərinin indeksasiyasına dair prosessual hüquq normasının müəyyən olunmasının məqsədi tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunmasından ibarətdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “Azərbaycanda orta illik inflyasiya” göstəricisinə əsasən 2009-cu il 1,5 %; 2010-cu il 5,7%; 2011-ci il 7,9 %; 2012-ci il 1,1 %; 2013-cü il 2,4 %; 2014-cü il 1,4 %; 2015-ci il 4 %; 2016-ci il 12,4 %; 2017-ci il 12,9 %; 2018-ci il 2,3%; 2019-ci il 2,6%; 2020-ci il 2,8%; 2021-ci il 6,8% və 2022-ci il 13,9% müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2012-ci ildə ödənilmiş 2600 manatın və 2015-ci ildə ödənilmiş 1100 manat pul vəsaiti indeksləşdirilərək, müəyyən olunmuş ideksasiya məbləği iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə məhkəmə tərəflərə izah edir ki, Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə icra mərhələsində məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, qətnamə icra olunarkən cavabdehlərdən tutularaq iddiaçıya ödəniləcək məbləğə mütənasib olaraq ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə və Cavabdeh3 ödənilmiş 3700 manat qətnamə icra olunduğu günə inflayasiya dəyəri (dərəcəsi) hesablanaraq İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nümayəndə və Cavabdeh3 ödənilmiş 3700 manat qətnamə icra olunduğu günə inflayasiya dəyəri (dərəcəsi) hesablanaraq İddiaçı qaytarılsın. Qətnamə icra olunarkən cavabdehlərdən tutularaq iddiaçıya ödəniləcək məbləğə mütənasib olaraq ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-481/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-481/2023
13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver