Məhkəmə qərarları › İş №2(025)-49/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-49/2022

28.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-49/2022 28.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, əldən çıxmış fayda və maddi zərər” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, əldən çıxmış fayda və maddi zərər) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndələri Nümayəndə1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, əldən çıxmış fayda və maddi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, əldən çıxmış fayda və maddi zərər” tələbinə dair məhkəmədə iddia qaldıraraq, mülkiyyət hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq mülkiyyətlərində olan, Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,70 ha torpaq sahəsindən istifadələrinə Cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılması, həmin torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq onlara təhvil verilməsi, əldən çıxmış faydanın və vurulmuş zərərin əvəzi olaraq 48.000 (qırx səkkiz min) manat məbləğində pulun Cavabdeh tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, torpağa mülkiyyət hüququna dair JN- 0674 №-li, 40614018 kodlu dövlət aktına əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0,81 hektar torpaq sahəsi “kənd təsərrüfatı məhsulları istehsalı” məqsədilə X10 və onun ailə üzvləri İddiaçı1, X2 və X5 mülkiyyətinə verilmişdir. Cavabdeh uzun illərdir mülkiyyətlərində olan torpaq sahəsini zəbt edərək onları torpaq sahəsinə buraxmır. Dəfələrlə oraya getsələr də, cavabdeh qanunsuz olaraq onların həmin torpaq sahəsindən istifadə etməklərinə maneələr yaradır və 1997-ci ildən həmin torpaq sahəsindən özü istifadə etməklə gəlir əldə edir. Onlar bununla bağlı dəfələrlə müxtəlif orqanlara, Qəbələ Rayon İcra Hakimiyyətinə, Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə, Qəbələ rayon Polis şöbəsinə və Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət etmişlər, lakin heç bir müsbət nəticə əldə edə bilməmişlər. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin onlara ünvanlığı 196 №-li, 11 fevral 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, sözügedən ərazidə qarşı tərəf olan Rüstəmov X1 İƏN-ə dəvət edilmiş və məsələ ilə bağlı ətraflı söhbət aparılmışdır. Vətəndaş bildirmişdir ki, “mənim özüm əkib becərdiyim bağ sahəsidir heç kimə veriləsi torpağım yoxdur”. Bu hal bir daha onu təsdiq edir ki, Cavabdeh qəsdən mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt etmişdir və onların həmin torpaq sahəsindən istifadə etməklərinə maneə yaradır. Göründüyü kimi, onlar mülkiyyətçi olduğu halda, öz mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə və ondan gəlir əldə edə bilmirlər, yəni xüsusi mülkiyyətlərindən qanunsuz olaraq məhrum edilmişlər, cavabdeh torpaq sahələrinə qeyri-qanuni sahiblik və ondan istifadə edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndələri Nümayəndə1 qeyd edilənlərə uyğun izahat verib göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş rəylərilə tanış olmuşdur. Rəylərdə onun mülkiyyətində olan verilmiş 0,70 ha torpaq sahəsinin 0,6873 ha hissəsinin Cavabdeh tərəfindən zəbt olunduğu müəyyən olunmuşdur. Lakin 0,70 ha torpaq sahəsinin rəydə göstərilməyən hissəsi isə Cavabdeh və Nümayəndə2 aid torpaq sahələri arasında hasar yerinin altında qalan hissədir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onun atası sovet hakimiyyəti dövründə müəyyən bir yararsız, daşlıq ərazini (podrata), yəni icarəyə götürərək həmin torpaq sahəsini yararlı hala gətirərək bağ salmışdır. Atası həmin bağı yetişdirmək üçün ağır zəhmət çəkmişdir. Həmçinin iddiaçıların atası Qurbanov Qərib də zəbt edərək bağ salmışdır. Qurbanov Qəribə məxsus torpaq sahəsi hansı yollarlasa gizlədilərək bələdiyyə adı altında saxlanmış, onun zəhmətlə becərdiyi bağdan isə ona pay torpaq verilmişdir. Beləliklə, Qurbanovlar ailəsinin onun bağından iddia etdiyi 70 sot torpağı onların gizlətdiyi bələdiyyə torpağından verilməsini və onların bağındakı torpaq sahəsinin bələdiyyə mülkiyyətinə keçirilməsini xahiş edir. Göstərilənləri nəzərə alıb, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən İddiaçı1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların etibarnamə üzrə nümayəndəsini və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarınıdinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan JN-0674 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X10, İddiaçı1, X2 və X5 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0594 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən Cavabdeh, X6, Nümayəndə2, X9 və X3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 02 iyun 2022-ci il tarixli, **********74 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə X10, İddiaçı1, X2 və X5 ümumi birgə mülkiyyətinə JN-0674 (Kod:********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının 674A cizgisinə əsasən verilmiş 0,70 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə X10, İddiaçı1, X2 və X5 ümumi birgə mülkiyyətinə JN-0674 (Kod:********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının 674A cizgisinə əsasən verilmiş 0,7 ha torpaq sahəsinin 0,6873 ha hissəsi Cavabdeh istifadəsindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4681 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə X10, İddiaçı1, X2 və X5 ümumi birgə mülkiyyətinə JN-0674 (Kod:********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının 674A cizgisinə əsasən verilmiş 0,70 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə X10, İddiaçı1, X2 və X5 ümumi birgə mülkiyyətinə JN-0674 (Kod:********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının 674A cizgisinə əsasən verilmiş 0,7 ha torpaq sahəsinin 0,6873 ha hissəsi Cavabdeh istifadəsindədir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Kredo” Vəkil Bürosunun vəkili Elvin Səlimova ünvanlanmış 07 dekabr 2020-ci il tarixli, 74 nömrəli ekspert rəyində göstərilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-0674 №-li 40614018 kodlu dövlət aktına əsasən X10, İddiaçı1, X2 və X5 ümumi birgə mülkiyyətinə verilmiş, cizgidə göstərilən sərhəd daxilində 0,81 hektar torpaq sahəsinin hüdudları müəyyən edilməklə naturaya uyğundur. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən tam həcmdə zəbt olunmuşdur. İşdə olan Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən Qəbələ rayon Mıxlıqovaq kənd sakini İddiaçı1 ünvanlanmış 26 fevral 2019-cu il tarixli, 2/300/Q-8-038 nömrəli məktubdan görünür ki, torpaq məsələsi mülki işə aid olduğuna görə bununla əlaqədar Qəbələ rayon məhkəməsinə müraciət etmək tövsiyə olunmuşdur. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı1 ünvanlanmış 11 fevral 2019-cu il tarixli, 196 nömrəli məktubda göstərilmişdir ki, sözügedən ərazidə qarşı tərəf olan Rüstəmov X1 İƏN-də dəvət edilmiş və məsələ ilə bağlı ətraflı söhbət aparılmış, vətəndaş onun özünün əkib becərdiyi bağ sahəsi olduğunu, heç kimə veriləsi torpağı olmadığını, mülki məsələnin həlli onların səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə Daşınmaz Əmlakın Reyestr Xidmətinə və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 28 nömrəli məktubda göstərilmişdir ki, torpaqdan istifadəyə maneçilik göstərən şəxs və ya şəxslər haqqında aidiyyatı üzrə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon Polis şöbəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, müraciətlərində göstərdikləri xüsusatlara bağlı aidiyyatı üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0674 (Kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən X10, İddiaçı1, X2 və X5 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Lakin iddiaçılar mülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir hissəsinin cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 02 iyun 2022-ci il tarixli, **********74 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində Qəbələ rayon AİKin 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə X10, İddiaçı1, X2 və X5 ümumi birgə mülkiyyətinə JN-0674 (Kod:********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının 674A cizgisinə əsasən verilmiş 0,7 ha torpaq sahəsinin 0,6873 ha hissəsi Cavabdeh istifadəsində olması göstərilmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçıların cavabdehin torpaq sahəsini boşaldılmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçıların təqdim etdiyi JN-0674 (Kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı və mütəxəssis rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılarıniddia etdikləri və ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi0,81 hektar təşkil edir. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə X10, İddiaçı1, X2 və X5 ümumi birgə mülkiyyətinə JN-0674 (Kod:********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının 674A cizgisinə əsasən verilmiş 0,7 ha torpaq sahəsinin 0,6873 ha hissəsi Cavabdeh istifadəsində və həmin hissə Cavabdeh tərəfindən tutulduğundan, iddiaçılarnın mülkiyyətində olan torpaq sahəsindən istifadələri məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçıların iddia etdikləri maneələr qismən mövcud olduğundan, iddia tələbi torpaq sahəsindən törədilən maneələrə son qoyulması hissəsində qismən əsaslıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıların mübahisələndirdikləri torpaq sahəsi mülkiyyət hüququ ilə onlaravə ailə üzvlərinə məxsus olmasına baxmayaraq, bir hissəsi Cavabdeh tərəfindən zəbt olunmaqla onun tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçılarınqanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələblərində mülkiyyətlərinə verilmiş 0,70 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılmasını tələb etsələr də, mütəxəssis rəyi ilə cavabdehin faktiki istifadəsində olan sahənin 0,6873 ha olması müəyyən edilmişdir və bu səbəbdən iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçılar iddia ərizəsində əldən çıxmı faydanın və vurulmuş zərərin əvəzi olaraq 48.000 (qırx səkkiz min) manat məbləğində pulun cavabdehdən tutularaq onlara ödənilməsini xahiş etmişlər. Məhkəmə, mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunan hallarını və qanunvericiliyin yuxarıda sadalanana müddəalarını, qanunvericiliyin tələblərinə görə sübutetmə vəzifəsinin tərəflərin üzərinə qoyulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıların cavabdehə qarşı torpaq sahəsindən istifadəyə görə 48.000 manat məlbəğində maddi ziyan tələbinə dair hissələri əsasızdır və təmin edilməməlidir. Bundan başqa, iddiaçılar maddi ziyanla bağlı tələb etdikləri məbləğlərə, yəni iddia tələblərinin əsaslandıqlıra hallara dair lazımi və iş üçün əhəmiyyət kəsb edəcək - mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi iddiaçıların üzərinə düşsə də, onlar, öz iddia tələblərini, yəni cavabdeh tərəfindən subyektiv hüququn və qanunla qorunan obyektiv hüquqlarının (sosial və hüquqi aspektdə) pozulduğuna dair halları sübuta yetirə bilməmişdir. Buna görədə məhkəmə hesab edir ki, iddia cavabdehdən 48000 manat məbləğində əldən çıxmış faydanın və maddi zərərin alınaraq iddiaçılara verilməsi hissəsində də əsassızdır və təmin olunmamalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdehvə onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 həm məhkəmə iclasında verdiyi ifadəsində, həm də məhkəmə təqdim etdiyi etiraz ərizəsində göstərmişlər ki, iddiaçılarnın iddia etdikləri torpaq sahəsində neçə illlər əziyyət çəkərək bağ salmışdır. Cavabdehə izah edilməlidir ki, gələcəkdə iddiaçılarnın mülkiyyətində, faktiki isə onun istifadəsində olmuş torpaq sahəsinə çəkilmiş xərclərlə bağlı və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabınakeçirilməlidir. Eyni zamanda aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 375,0 (üç yüz yetmiş beş) manat məbləğində pul iddiaçılar tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq hesabına ödənilmiş və iddiaçı həmin məbləği cavabdehhən tələb etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-0674 (Kod:********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində X10, İddiaçı1, X2 və X5 birgə mülkiyyətinə verilmiş 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-674A cizgisində göstərilmiş 0,6873 ha hissəsi Cavabdeh tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməli və həmin torpaq sahəsindən cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən tələbi təmin edilsin. JN-0674 (Kod:********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində X10, İddiaçı1, X2 və X5 birgə mülkiyyətinə verilmiş 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-674A cizgisində göstərilmiş 0,6873 ha hissəsi Cavabdeh tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilsin və həmin torpaq sahəsindən cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar