Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-490/2021 02.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-'686/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx xxxxxx 2003-cü il təvəllüdlü X4, xx xxxx 2005-ci il təvəllüdlü X7, xx xxxx 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(025 )-686/2019 savlı qətnaməsinə əsasən cavabdehlə olan nikahı pozulmuş, xx xxxxxx 2003-cü il təvəllüdlü X4, xx xxxx 2005-ci il təvəllüdlü X7, xx xxxx 2006-cı il təvəllüdlü X5 onun yanında qalması müəyyən olunmuş və onların yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2019-cu il tarixdən alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh hər uşaq üçün 100 manat olmaqla 300 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Uşaqlara görə ödənilən alimentin məbləği onların təlabatlarını ödəmir, cavabdeh şəxs isə fərdi işlərlə məşğul olaraq kifayət qədər qazancı vardır. Ona görə də cavabdehdən qət olunmuş aliment pulunun qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutularaq ona verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, fəhlədir, hal-hazırda heçbir yerdə işəmir. Əvvəldən yığılmış aliment borcu da mövcuddur. İddiaçı uşaqlara baxa bilmir. O, ata olaraq uşaqlara öz himəyəsinə götürmək istəyir. Uşaqlar ad günlərini bayramları onunla keçirir. İmkan daxilində nə qazanır onu da aliment ödənişi olaraq karta köçürdür. Hal-hazırda qazana bilmir. Ona görə aliementin artırılmasına razı deyil. İddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə onun maddi vəziyyəti imkan verməyəcək. Odur ki, iddia tələbini təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qəbələ rayon Bum kənd İƏN tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ № 359745 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2003-cü il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 37 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X2r. İşdə olan Qəbələ rayon Bum kənd İƏN tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ № 078435 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 2005-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 47 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X2r. İşdə olan Qəbələ rayon Bum kənd İƏN tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ № 078436 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxx 2006-cı il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 43 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X2r. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-686/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə X6 arasında Qəbələ rayon VVADQ şöbəsi tərəfindən 2001-ci il noyabrın 09-da qeydə alınmış 609 nömrəli nikahın pozulması, xx xxxxxx 2003-cü il təvəllüdlü X8, xx xxxx 2005-ci il təvəllüdlü X10 və xx xxxx 2006-cı il təvəllüdlü X9 - iddiaçı X1 yanında saxlanılması, Cavabdeh 2019-cu il fevralın 08-dən başlayaraq uşaqları - xx xxxxxx 2003-cü il təvəllüdlü X8, xx xxxx 2005-ci il təvəllüdlü X10 və xx xxxx 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən üç övladı anadan olmuş, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2003-cü il təvəllüdlü X8, xx xxxx 2005-ci il təvəllüdlü X10 və xx xxxx 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni zamanda, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat təşkil etdiyi halda, 2021-ci ildə bu məbləğ 175 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün 100 manat vəsait yetərli sayıla bilməz. Ancaq məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün 150 manat olmaqla ümumilikdə 450 manat həddində artırılmasını da ədalətli və qanunauyğun hesab etmir. İddiaçı cavabdehin əlavə gəlirlərin, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq hər uşaq üçün 120 manat olmaqla ümumilikdə 360 manat həddində müəyyən edilməsini məqsədə və qanuna müvafiq hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2003-cü il təvəllüdlü X4, xx xxxx 2005-ci il təvəllüdlü X7 və xx xxxx 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2003-cü il təvəllüdlü X4, xx xxxx 2005-ci il təvəllüdlü X7 və xx xxxx 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-490/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-490/2021
02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver