Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-5/2024 05.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X10 qarşı "maddi zərər" tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh X6 vəkili və nümayəndəsi Vəkil2 iştirakları İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X10 qarşı "maddi zərər" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X10 qarşı "maddi zərər" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərər olaraq 992 435 manat, hüquqi yardım üçün xərc olaraq 6840 manat və dövlət rüsumu olaraq 30 manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı Qabaland MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron kabinet vasitəsilə “İddia həcminin dəqiqləşdirilməsinə və dəyişdirilməsinə dair” ərizə ünvanalayaraq, Cavabdeh maddi zərər olaraq 828843 manat, hüquqi xidmət üçün ödənilmiş 6840 manat tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Qəbələ şəhərində fəaliyyət göstərən X8 fəaliyyətini həyata keçirən şirkətdir və həmin mərkəz X9 adı altında fəaliyyət göstərir. Bu Mərkəz ölkənin məşğulluq siyasətinə də öz tövhəsini verməklə bərabər, rayonun iqtisadi göstəricisinə də müsbət təsir edir və iri vergi ödəyicisidir. Həmçinin bu Məhdud Məsuliyyətli Cəmiyyət Gilan Holdinqin tərkibinə daxildir, törəmə cəmiyyətdir və korporativ olaraq Holdinq tərəfindən idarə olunur və hesabatlılıq da Gilan Holdinq üzərindən qurulur. X8 ümumi ərazisi 16 hektardır. Azərbaycanın Disneylandi adlandırılır. Uşaqlar və böyüklər üçün Britaniya, İtaliya, Almaniya və İsrail istehsalı olan 60-dan artıq oyun aparatları, 6D attraksionu, «LaserMaxx», yarış avtomobilləri üçün iki trek, motosikllər üçün yol, buz meydançası, voleybol, basketbol və futbol üçün oyun meydançaları, fıtnes-mərkəz. istər Azərbaycan, istərsə də dünya mətbəxinin xörəklərini təklif edən qəhvəxana və restoranlar, suvenir mağazası fəaliyyət göstərir. "xxxx" əyləncə mərkəzində yeddi süni göl yaradılmışdır. Bura ilin bütün fəsillərində dünyadan turistlər gəlməkdədir. Eyni zamanda qeyd edilməlidir ki, bu Mərkəz unikal turizm mərkəzi kimi ölkənin turizm siyasətində özünə məxsus yer tutmaqdadır. Məhz bu səbəblədir ki, Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet səhifəsində və eyni zamanda Qəbələ Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində bu Mərkəz barədə geniş informasiya tabloları mövcuddur. Dəfələrcə ölkə başçısı cənab X19 şəhərində olanda bu tip mərkəzlərin vacibliyini və ölkənin turizm islahatlarına tövhəsindən bəhs etmişdir. Eyni zamanda bu Mərkəzdə Qəbələdə keçirilən müxtəlif növ mədəni, idman, rəsmi tədbirlərin də əhəmiyyətli ayrılmaz hissəsidir. 01 may 2017-ci il tarixli təsisçilərin qərarı ilə direktor vəzifəsi Cavabdeh həvalə edilmişdir. Eyni zamanda cavabdeh üçün hər dəfəsində 1(bir) illik olmaq şərti ilə 3 (üç) dəfə Dövlət Miqrasiya Xidmətindən əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olması üçün icazə alınmışdır və o, Qəbələ şəhərində yaşamaqla əmək fəaliyyəti də Qəbələdə olmuşdur. Sonuncu əmək fəaliyyətinin qüvvədə olma müddəti 22 iyun 2020-ci il olmuşdur. Aprel ayı 2020-ci il tarixində müəssisəni özbaşına tərk etmiş və heç kimə, təsisçilərə bildirmədən ölkəni tərk etmiş və mail vasitəsilə bildirmişdir ki, işdən azad olunmaq istəyir və ona ödəniləcək son haqq-hesabı tələb etməkdədir. 05 avqust 2020-ci il tarixində Gilan Holdinq tərəfindən Qabaland MMC-yə təyin edilən audit rəyinə əsasən və müəssisə üzrə təqdim olunan sənədlərlə faktiki xərclər arasında böyük fərq olmuş və nəticədə 992 min 435 manat maddi zərər, yəni faktiki uyğunsuzluq müəyyən edilmişdir. Bu isə nəinki iddiaçıya, hətta Azərbaycan iqtisadiyyatına və turizminə vurulan zərərdir. Şirkətə 992 min 435 manat maddi zərər dəymişdir, həmçinin hüquqi xidmətə görə vəkillə müqavilə bağlanmış və vergilər də daxil olmaqla 6840 manat xidmət haqqı ödənilmişdir. Həmçinin 30 manatlıq dövlət rüsumu da cavabdehdən tutulmalıdır. “İddia həcminin dəqiqləşdirilməsinə və dəyişdirilməsinə dair” ərizə isə onunla əsaslandırılmışdır ki, Cavabdeh fəaliyyəti dövründə şirkətə aşağıdakı maddi zərəri vurmuşdur. Bu maddi zərərlər isə real zərər və əldən çıxmış fayda şəkildə müəyyən olunur. Real zərərlər
1. Resul Ercizey 01 mart 2020-ci il tarixində təsisçilərin və direktorlar Şurasının, eyni zamanda Gilan Holdinqin icazəsini almadan, xəbərdarlıq etmədən öz fəaliyyət olaraq X7 ilə müqavilə bağlamış, illik 65000 manata Qabaland MMC-nin ərazisində olan FB (Food and beverage) içki və fast food outletlərini icarə vermis, sonradan həmin məbləğ razılaşma ilə 30000 manat müəyyən edilmişdir. Cavabdeh özü şəxsən icarəçidən 35000 manatı fiziki olaraq təhvil almışdır. Həmin məbləğ isə mənimsənilmiş, şirkətin kassasına və ya bank hesabına bu günə qədər mədaxil edilməmişdir. Sonradan cavabdeh audit yoxlaması başlayan kimi xəbərsiz ölkəni tərk etmiş, həmin icarə verilmiş ərazi üzərində icarəçi ilə mübahisə yaranmış, icarəçi sənədlər təqdim edərək həmin məbləğin nağd şəkilində cavabdehə verildiyini sübut etmişdir. Nəhayət iddiaçı şirkət icarəçinin mövqeyinin haqlı olduğunu görmüş, şirkətin işgüzar nüfuzuna xələl gətirməmək üçün həmin məbləği bank köçürməsi yolu ilə bir neçə dəfəyə icarə götürən X4 ödəmişdir. Müqavilə, təhvil təslim aktı və köçürmələr əlavə edilir. Yekun 30000 manat real zərər 2. Balıq alışı və satışı arasında olan fərq Audit araşdırması xx.xx.2017-ci il tarixindən Resul Ercizeyin müəssisəsni tərk etdiyi tarixi əhatə edir. Resul müəssisəni özbaşına-xəbərsiz tərk etdikdən sonra farel və sazan balıqlarının alışı və satışı arasında bu qədər kəsir qalmışdır. Farel alınıb 17294,256 kiloqram. Farel satılıb 11361,406 kiloqram. Qalmalı idi 5932,85 kilo. Audit zamanı müəyyən edilən faktiki kiloqram 1734 kiloqram farel qalmışdır. Kəsir farek kiloqramı- 4198,85 kiloqram kəsir qalmışdır. Balıqların orta illik çəki artımını nəzərə alan audit faktiki itkini 5644.12 kiloqram müəyyən etmişdir. Həmin kəsir farel kiloqramını orta alış qiymətinə vurduqda (kiloqramı 10.38 manat) farel balığından 58586 manat real zərər olmuşdur. Sazan alınıb 2068.8 kiloqram, satış olub 584.6 kiloqram, qalmalı idi1484.2 kiloqram. Faktiki qalıq 1090.5 kiloqram. Kəsir 393.7 kiloqram. Orta illik çəki artımını nəzərə alan audit faktiki itkini 848.15 kiloqram müəyyən etmişdir. Sazanın orta alış qiymətinə kiloqramı 8.38 manat təşkil edildiyini nəzərə alsaq, 7107 manat real zərər olmuşdur. Ümumi 65693 manat 3. X11-ə quraşdırılan atraksionların (Nautic Jet) demontajı və onun baxımsız saxlanılması nəticəsində sahibkara vurulmuş ziyanın məbləği 116000 Avro təşkil edir. Belə ki, həmin texnika Qabalanda Almaniyanın SUNKİNDWORLD şirkəti tərəfindən yerləşdirilmişdir. Həmin atraksion qurğularının demontajı və saxlanılması zamanı texniki qaydalara və təlimatlara uyğun hərəkət edilməmiş və bu fəsadların aradan qaldırılmasının mümkünlüyünü yoxlamaq üçün həmin şirkətin mütəxəssislərin Qəbələyə ezam edilmiş, nəticədə onlar bu qurğuların lazımı vəziyyətə gətirilməsi üçün 116000 avro tələb etmişlər. Bunu günümüzün məzənnəsinə uyğun olaraq manata çevirdikdə 214600 manat real zərər təşkil edir. Ümumi real zərər- 310 293 manat (30000, 65693, 214600 manatın toplanması) Əldən çıxmış fayda 1. Med Karting maşınlarının və ərazisinin texnikası ilə birlikdə icarəyə verilməsi. 20 mart 2020-ci il tarixində cavabdeh təsisçilərin və sahibkarların icazəsini almadan özbaşına hərəkət edərək Med kartinq ərazisini 3 illik müddətə icarəyə vermişdir. X3 ilə bağlanan müqavilə 19 mart 2023-cü ilə qədər mövcud olmuşdur. Nəticədə həmin kartinq mərkəzi 3 il icarə əsasında məhz icarəçinin istifadəsində və sahibkar kimi sərəncamında olmuşdur. Müqaviləyə görə illik 100000 manat icarə haqqı ödəmişdir. Kartinq xidmətinin 2019-cü ildə 9 ayda (3 ay yenidən bərpaya dayanmışdır) 183233 manat, 2018-ci il tarixində 238989 manat satışı olmuşdur. 2017-ci ildə isə 253606 manat satış etmişdir. Həmin 3 illik satışı hesabladıqda 675828 manat edir. Bu müddətdə şirkət 18 faizlik ƏDV çıxdıqdan sonra 572735 manat net gəlir əldə etmişir. Orta rəqəmlə şirkət 3 illik fəaliyyət zamanı ƏDV ödənildikdən sonra illik kartinq satışından 190900 manat gəlir əldə edir. Təsisçilərin icazəsi və razığı olmadan həmin kartinqin 3 illik icarə verilməsi nəticəsində iddiaçı illik 90900 manat olmaqla 272700 manat gəliri itirmişdir. Cəmi 272700 manat gəlirin itirilməsi. 2. Nautic Jet atraksionu 2017-ci ilin iyul ayında sökülmüş yeni əraziyə isə montaj edilməmişdir. Uzun müddət montajın icra edilməməsi, həmin qurğunun baxımsız və standartlara uyğun olmadan saxlanması səbəbindən əsas vəsait sıradan çıxmışdır. Nautic Jet atraksionu 2016-cı ildə 51483 manat, 2015-ci ildə 45399 manat, 2014-cü ildə isə 48169 manat satış etmişdir. ƏDV çıxıldıqdan sonra 3 illik gəlir 122924 manat təşkil etmişdir. Bu isə illik ortalama 40975 manat gəlir deməkdir. Nautic Jet texnikasının sıradan çıxması və yenidən quraşdırıla bilməməsini nəzərə alsaq bu günə qədər də gəlirdən məhrum edilmə halı qalmaqdadır. 2018-2023-cü illər arasında şirkət 245 850 manat gəlirdən məhrum olmuşdur. Ümumi əldən çıxmış fayda- 518550 manat (272700 və 245850) Nəticədə cavabdehin şirkətə vurduğu maddi zərər 828843 (310 293 real zərər, 518550 əldən çıxmış fayda) manat təşkil edir.
İddiaya etiraz: (iddia müddətinin tətbiqi barədə ərizə) xx.xx.2024-cü il tarixdə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə elektron qaydada iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X10 qarşı "maddi zərərin" ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 maddi zərər olaraq 992435 manat, hüquqi yardım üçün xərc olaraq 6840 manat və dövlət rüsumu olaraq 30 manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Qəbələ şəhərində fəaliyyət göstərən X8 fəaliyyətini həyata keçirən sirkətdir və həmin mərkəz X9 adı altında fəaliyyət göstərir. Bu Mərkəz ölkənin məşğulluq siyasətinə də öz tövhəsini verməklər bərabər, rayonun iqtisadi göstəricisinə də müsbət təsir edir və iri vergi ödəyicisidir. Həmçinin bu Məhdud Məsuliyyətli Cəmiyyət Gilan Holdinqin tərkibinə daxildir və törəmə cəmiyyətdir və korporativ olaraq Holdinq tərəfindən idarə olunur və hesabatlılıq da Gilan Holdinq üzərindən qurulur. X8 ümumi ərazisi 16 hektardır. Azərbaycanın Disneylandi adlandırılır. Uşaqlar və böyüklər üçün Britaniya, İtaliya, Almaniya və İsrail istehsalı olan 60dan artıq oyun aparatları, 6D attraksionu, «LaserMaxx», yarış avtomobilləri üçün iki trek. Motosikllər üçün yol, buz meydançası, voleybol, basketbol və futbol üçün oyun meydançaları, fitnes-mərkəz. İstər Azərbaycan, istərsə də dünya mətbəxinin xörəklərini təklif edən qəhvəxana və restoranlar, suvenir mağazası fəaliyyət göstərir. "xxxx" əyləncə mərkəzində yeddi süni göl yaradılmışdır. Bura ilin bütün fəsillərində dünyadan turistlər gəlməkdədir. Eyni zamanda qeyd edilməlidir ki, bu Mərkəz unikal turizm mərkəzi kimi ölkənin turizm siyasətində özünə məxsus yer tutmaqdadır. Məhz bu səbəblədir ki, Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet səhifəsində və eyni zamanda Qəbələ Rayon lexx Hakimiyyətinin rəsmi internet səhifəsində bu Mərkəz barədə geniş informasiya tabloları mövcuddur. Dəfələrcə ölkə başçısı cənab X19 şəhərində olanda bu tip mərkəzlərin vacibliyini və ölkənin turizm islahatlarına tövhəsindən bəhs etmişdir. Eyni zamanda bu Mərkəzdə Qəbələdə keçirilən müxtəlif növ mədəni, idman, rəsmi tədbirlərin də əhəmiyyətli aynlnaz hissəsidir. 01 may 2017-ci il tarixli təsisçilərin qərarı ilə direktor vəzifəsi Erciyas Resula hovalə edilmişdir. Eyni zamanda cavabdeh üçün hər dəfəsində 1(bir) illik olmaq şərti ilə 3 (üç) dəfə Dövlət Miqrasiya Xidmətindən əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olması üçün icazə alınmışdır və o, Qəbələ şəhərində yaşamaqla əmək fəaliyyəti də Qəbələdə olmuşdur. Sonuncu əmək fəaliyyətinin qüvvədə olma müddəti 22 iyun 2020-ci il olmuşdur. Aprel ayı 2020-ci ii tarixində müəssisəni özbaşına tərk etmiş və heç kimə, təsisçilərə bildirmədən ölkəni tərk etmiş və mail vasitəsilə bildirmişdir ki, işdən azad olunmaq istəyir və ona ödəniləcək son haqq-hesabı tələb etməkdədir. 05 avqust 2020-ci il tarixində Gilan Holdinq tərəfindən Qabaland MMC-yə təyin edilən audit rəyinə əsasən və müəssisə üzrə təqdim olunan sənədlərlə faktiki xərclər arasında böyük fərc olmuş və nəticədə 992 min 435 manat maddi zərər-yəni faktiki uyğunsuzlaq miləyyən edilmişdir. Bu isə nəinki iddiaçıya, hətta Azərbaycan iqtisadiyyatına və turizminə vurtlaa zərərdir. Şirkətə 992 min 435 manat maddi ərər dəymişdir, həmçinin hüquqi xidmətə görə vəkillə müqavilə bağlanmış və vergilər də daxil almaqla 6840 manat xidmət haqqı ödənilmişdir. Həmçinin 30 manatlıq dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Hazırda hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, isagötürən bu Məcəllə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi hazırda iddiaçı tərəfindən əmək qanunveriliyi tərəfindən nəzərdə tutulmuş 1 illik müddət ötürülmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı cavabdehdən 2017-2020- ci illər-ərzində iddiaçı təşkilata vurulmuş maddi ziyanın əvəzini tələb edir. Hazırda cavabdeh eyni zamanda iddia müddəti də ötürülmüşdür. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsini 296.5-ci maddəsinin və MPM-nin tələblərini nəzərə alaraq məhkəmədən, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X10 qarşı "maddi zərərin" ödənilməsi tələbinə dair iddia ərizəsinin iddia tələbinin sübut olunmaması, eyni zamanda iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia həcminin dəqiqləşdirilməsi və dəyişdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bununla bağlı daha əvvəl iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermiş və həmin ərizəyə əlavə olaraq yenidən iddia tələbinin əsası dəyişdiyindən yeni ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi hazırda iddiaçı tərəfindən əmək qanunveriliyi tərəfindən nəzərdə tutulmuş 1 illik müddət ötürülmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı cavabdehdən 2017-2020-ci illər-ərzində iddiaçı təşkilata vurulmuş maddi ziyanın əvəzini tələb edir. Hazırda cavabdeh tərəfindən iddiaçı təşkilata ziyan vurulması sübut olunmamaqla yanaşı, eyni zamanda iddia müddəti də ötürülmüşdür. Həmçinin bildirmək istəyir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə 2020-ci il tarixdə müraciət etməsinə baxmayaraq, 4 il sonra, yəni 2024-cü il tarixdə iddia müddətinin əsasını dəyişmişdir ki, bu da hesab edir ki, iddia müddətinin ötürülməsidir. Çünki işin materiallarından da göründüyü kimi iddiaçı ilkin iddia tələbini sübut edə biləcək sübutlar məhkəməyə təqdim edə bilmədiyindən 2024-cü il tarixdə iddia tələbinin əsasını tamamilə dəyişməklə vurulduğu iddia edilən zərərin mahiyyətini də tamamilə dəyişmişdir. Əgər cavabdeh tərəfindən iddiaçıya hazırkı iddia tələbində göstərilən maddi zərər vurulmuş olsaydı iddiaçı məhz 2020-ci il tarixdə əvvəlki yox, hazırkı iddia ilə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı iddia tələbini təsdiq edəcək sübutlar tapmadığından və qeyd edilən zərər iddiaçıya vurulmadığından iddia tələbinin əsasını dəyişdirməklə manevr etməyə çalışmışdır. Bu isə artıq məhkəmədə baxılan iş üzrə yeni iddia tələbinin verilməsidir ki, həmin tələbə münasibətdə iddia əsaslı olsaydı belə müddət ötürüldüyündən təmin edilə bilməzdi. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsini 296.5-ci maddəsinin və MPM-nin tələblərini nəzərə alaraq məhkəmədən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininn cavabdeh X10 qarşı “maddi zərərin” ödənilməsi tələbinə dair iddia ərizəsinin iddia tələbinin sübut olunmaması, eyni zamanda iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda iddiaçının tələb etdiyi 30000 manat real zərər ilə onu qeyd edir ki, iddiaçı cavabdeh X13 tərəfindən 35000 manatın onların hesabına köçürülməsinə dair məhkəməyə hər hansı sübut, o cümlədən hesabdan çıxarış təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Mülki işdə olan sənədlər:
İş materiallarında olan Təhlükə potensiallı obyektlərin Dövlət reyestrində qeydiyyatdan keçirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi ünvanı ünvan 1lə təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 16 noyabr 2011-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin surətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul ola bilər. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin 01 may 2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh direktor vəzifəsinə təyin olunması qərara alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Əmək müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən müddətsiz olaraq cəmiyyətin direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan İİ № ******* saylı, İİ № ******* və İİ № ******* saylı “İş icazəsi”ndən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X1 15 iyul 2020-ci il tarixli, 122/X nömrəli əmrindən görünür ki, Müəssisənin İdarəetmə şöbəsində Direktorun əmək müqaviləsinə 15 iyul 2020-cı il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “d” bəndinə əsasən (tərəflərin iradəsindən asılı olmayan hallar) xitam verilmişdir. İş materiallarında olan Gilan Holdinq tərəfindən "xxxx" MMC-yə təyin edilmiş 2019-cu ilin may ayından 2020-ci ilin may ayına kimi olan dövrü əhatə edən audit rəyindən görünür ki, təqdim olunan sənədlərlə faktiki xərclər arasında böyük fərq müəyyən olunmuş və nəticədə 992 min 435 manat maddi zərər - faktiki uyğunsuzluq müəyyən edilmişdir. İş materiallarında olan 01 mart 2020-ci il tarixli, 03/2020 nömrəli “İcarəyə verən” şəxsində "xxxx" MMC-nin direktoru Resul Erciyas, "xxxx" şəxsində X7 arasında bağlanmış “İcarə müqaviləsi”ndən görünür ki, müqaviləyə əsasən "xxxx" Qabaland MMC-nin ərazisində olan iaşə obyektlərində iaşə xidmətiylə məşğul olmaq üçün illik (2020) icarəyə götürür və İcarə müqabilində 65000.00 (altmış beş min) manat (18 % ƏDV daxil) nağd olaraq müqavilə bağlandığı vaxtdan son ödəniş tarixi xx.xx.2020-ci il tarixinə olmaqla kirayə haqqı ödəməyi öz üzərinə götürür. İş materiallarında olan 01 mart 2020-ci il tarixli, 03/2020 nömrəli “İcarə müqaviləsi”nə Əlavə 1-dən görünür ki, müqaviləyə əsasən İcarə haqqından İcarəçidən (X2) 30000 (otuz min) manat təhvil alınmış və bunu “İcarə Verən” "xxxx" MMC-nin direktoru Resul Erciyas öz imzası və möhürü ilə təsdiq etmişdir. İş materiallarında olan 01 mart 2020-ci il tarixli, 03/2020 nömrəli “İcarə müqaviləsi”nə Əlavə 2-dən görünür ki, müqaviləyə əsasən İcarə haqqından İcarəçidən (X2) 5000 (beş min) manat təhvil alınmış və bunu “İcarə Verən” "xxxx" MMC-nin direktoru Resul Erciyas öz imzası və möhürü ilə təsdiq etmişdir. İş materiallarında olan 01 mart 2020-ci il tarixli, 03/2020 nömrəli “İcarə müqaviləsi”nə Əlavə 3-dən görünür ki, dünyada və Azərbaycanda baş verən Koronavirus (COVİD-19) pandemiya səbəbindən xx.xx.2020-ci il tarixli, 03/2020 nömrəli müqaviləyə əsasən icarə haqqı 65000 (altmış beş min) manatdan 35000 (otuz beş min) manata endirilmmiş və Koronavirus (COVİD-19) pandemiya səbəbindən karantin rejiminin uzaldığı vaxta qədər müqavilə müddəti artırılır. İş materiallarında olan 11 noyabr 2020-ci il tarixli, 02 fevral 2021-ci il tarixli, 25 fevral 2021-ci il tarixli, 28 aprel 2021-ci il tarixli və 30 mart 2021-ci il tarixli “Ödəniş tapşırığ”larından görünür ki, "xxxx" MMC tərəfindən X4 ümumilikdə 30000 (otuz min) manat pul ödənilmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Məhkəmənin mövqeyi:
İşin faktiki halları ilə müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Əmək müqaviləsinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdən müddətsiz olaraq cəmiyyətin direktor vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin direktoru X1 15 iyul 2020-ci il tarixli, 122/X nömrəli əmri ilə Müəssisənin İdarəetmə şöbəsində Direktorun əmək müqaviləsinə 15 iyul 2020-cı il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “d” bəndinə əsasən (tərəflərin iradəsindən asılı olmayan hallar) xitam verilmişdir. İddiaçı isə Cavabdeh fəaliyyəti dövründə şirkətə maddi zərəri vurduğunu qeyd edir. Cavabdehin vəkili və nümayəndəsi isə iddia tələbinin sübut olunmaması, eyni zamanda iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin təmin olunmamasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi zərər iki hissədən ibarət olmuşdur: Real zərər və əldən çıxmış fayda. Real zərərlərdən birini iddaçi onunla əsaslandırmışdır ki, “Resul Ercizey 01 mart 2020-ci il tarixində təsisçilərin və direktorlar Şurasının, eyni zamanda Gilan Holdinqin icazəsini almadan, xəbərdarlıq etmədən öz fəaliyyət olaraq X7 ilə müqavilə bağlamış, illik 65000 manata Qabaland MMC-nin ərazisində olan FB (Food and beverage) içki və fast food outletlərini icarə vermis, sonradan həmin məbləğ razılaşma ilə 30000 manat müəyyən edilmişdir. Cavabdeh özü şəxsən icarəçidən 35000 manatı fiziki olaraq təhvil almışdır. Həmin məbləğ isə mənimsənilmiş, şirkətin kassasına və ya bank hesabına bu günə qədər mədaxil edilməmişdir. Sonradan cavabdeh audit yoxlaması başlayan kimi xəbərsiz ölkəni tərk etmiş, həmin icarə verilmiş ərazi üzərində icarəçi ilə mübahisə yaranmış, icarəçi sənədlər təqdim edərək həmin məbləğin nağd şəkilində cavabdehə verildiyini sübut etmişdir. Nəhayət iddiaçı şirkət icarəçinin mövqeyinin haqlı olduğunu görmüş, şirkətin işgüzar nüfuzuna xələl gətirməmək üçün həmin məbləği bank köçürməsi yolu ilə bir neçə dəfəyə icarə götürən X4 ödəmişdir. Müqavilə, təhvil təslim aktı və köçürmələr əlavə edilir. Yekun 30000 manat real zərər.” Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 30000 manat real zərər hissəsində idda tələbi əsaslı olduğundan tələb edilməlidir. Belə ki, iş materiallarında olan 01 mart 2020-ci il tarixli, 03/2020 nömrəli “İcarəyə verən” şəxsində "xxxx" MMC-nin direktoru Resul Erciyas, "xxxx" şəxsində X7 arasında bağlanmış “İcarə müqaviləsi”ndən görünür ki, müqaviləyə əsasən "xxxx" Qabaland MMC-nin ərazisində olan iaşə obyektlərində iaşə xidmətiylə məşğul olmaq üçün illik (2020) icarəyə götürür və İcarə müqabilində 65000.00 (altmış beş min) manat (18 % ƏDV daxil) nağd olaraq müqavilə bağlandığı vaxtdan son ödəniş tarixi xx.xx.2020-ci il tarixinə olmaqla kirayə haqqı ödəməyi öz üzərinə götürür. 01 mart 2020-ci il tarixli, 03/2020 nömrəli “İcarə müqaviləsi”nə Əlavə 1-dən görünür ki, müqaviləyə əsasən İcarə haqqından İcarəçidən (X2) 30000 (otuz min) manat təhvil alınmış və bunu “İcarə Verən” "xxxx" MMC-nin direktoru Resul Erciyas öz imzası və möhürü ilə təsdiq etmişdir. 01 mart 2020-ci il tarixli, 03/2020 nömrəli “İcarə müqaviləsi”nə Əlavə 2-dən görünür ki, müqaviləyə əsasən İcarə haqqından İcarəçidən (X2) 5000 (beş min) manat təhvil alınmış və bunu “İcarə Verən” "xxxx" MMC-nin direktoru Resul Erciyas öz imzası və möhürü ilə təsdiq etmişdir. 01 mart 2020-ci il tarixli, 03/2020 nömrəli “İcarə müqaviləsi”nə Əlavə 3-dən görünür ki, dünyada və Azərbaycanda baş verən Koronavirus (COVİD-19) pandemiya səbəbindən xx.xx.2020-ci il tarixli, 03/2020 nömrəli müqaviləyə əsasən icarə haqqı 65000 (altmış beş min) manatdan 35000 (otuz beş min) manata endirilmmiş və Koronavirus (COVİD-19) pandemiya səbəbindən karantin rejiminin uzaldığı vaxta qədər müqavilə müddəti artırılır. 11 noyabr 2020-ci il tarixli, 02 fevral 2021-ci il tarixli, 25 fevral 2021-ci il tarixli, 28 aprel 2021-ci il tarixli və 30 mart 2021-ci il tarixli “Ödəniş tapşırığ”larından görünür ki, "xxxx" MMC tərəfindən X4 ümumilikdə 30000 (otuz min) manat pul ödənilmişdir. Göründüyü kimi iş materialları ilə Cavabdeh 01 mart 2020-ci il tarixli, 03/2020 nömrəli icarə müqaviləsinə əsasən icarəçi X2 35000 (otuz beş min manat) alması Resul Erciyasın öz imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq olunmalıdır. X20 tərəfindən həmin 35000 (otuz beş min) manatın iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə heç bir sübut təqdim edilməmişdir. Əskinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 11 noyabr 2020-ci il tarixli, 02 fevral 2021-ci il tarixli, 25 fevral 2021-ci il tarixli, 28 aprel 2021-ci il tarixli və 30 mart 2021-ci il tarixli “Ödəniş tapşırığ”larından görünür ki, "xxxx" MMC tərəfindən X4 ümumilikdə 30000 (otuz min) manat pul ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 30000 (otuz min) manat real zərərin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi real zərərin digər hissələrində və əldən çıxmış fayda hissəsində əsassız olduğundan təmin edilməməlidir. İddiaçı "xxxx" MMC cavabdeh tərəfindən ona həvalə edilmiş əmək vəzifələrinin layiqincə yerinə yetirilmədiyini və işinə səhlankar yanaşdığına görə iddiaçı hüquqi şəxsə 280293 (310 293 – 30000) real zərər və 518550 əldən çıxmış faydanın vurulduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı bu öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya maddi ziyan dəyməsi (real zərərin və əldən çıxmış fayda) iş materialları ilə sübuta yetməməkdədir. Məhz iddiaçıya iddia tələbində qeyd etdiyi zərər dəysə belə, cavabdehin təqsirli hərəkətləri nəticəsində olması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Göründüyü kimi cavabdehin hərəkətlərində bu əməllərin olması məhkəmə zamanı sübuta yetirilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə - mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində işlədiyi dövrdə, yəni 01 may 2017-ci il tarixdən 22 iyun 2020-ci il tarixədək iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş maddi zərərin məbləği nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2022-ci il tarixli, 9/1525 saylı ekspertiza rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mühasibat sənədləri (gəlir və xərcə dair) və 05 avqust 2020-ci il tarixli auidit rəy təqdim edilmədiyindən iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçının vəkilinin vəsatətinə əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində işlədiyi dövrdə, yəni 01 may 2017-ci il tarixdən 22 iyun 2020-ci il tarixədək iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş maddi zərərin məbləği nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 9/4499 saylı ekspertiza rəyindən görünür ki, Qəbələ şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin fəaliyyətinə dair tikinti və quraşdırılma ilə bağlı çəkilən xərclərin yəni faktiki çəkilmiş xərclərlə sənədlər üzrə çəkilmiş xərclər arasında fərqin müəyyən olunması nəticədə müəssisəyə dəymiş maddi zərərin nə qədər təşkil edilməsi məhkəmə mühasibat ekspertizasının predmetinə aid olmadığından iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçının vəkilinin vəsatətinə əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində işlədiyi dövrdə, yəni 01 may 2017-ci il tarixdən 22 iyun 2020-ci il tarixədək iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş maddi zərərin və əldən çıxmış faydanın məbləği nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2024-cü il tarixli, 3-16-16/2-9/4832/2024 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatında göstərilmişdir ki, ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün "xxxx" MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması üzrə auditor tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli auditor hesabatının hazırlanmasında istinad edilmiş ilkin, törəmə mühasibat sənədləri və auditorun iştirakı təmin edilməmişdir. Bu səbəbdən ekspert rəyi verilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçın iddia etdiyi dəymiş zərərin (real zərərin və əldən çıxmış faydanın) müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən dəfələrlə ekspertiza keçirilmiş, lakin iddiaçı tərəf ekspert vəsatətində tələb olunan sənədlərin onlarda olmaması səbəbindən ekspertizaya təqdim etməmişlər. Bu hal da iddiaçı tərəfin iddiasının əsaslı olması üçün yetərli sübutların olmaması mənasına gəlməkdədir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" MMC cavabdehin təqsirli hüquqa zidd hərəkətləri nəticəsində ona 280293 (310 293 – 30000) real zərər və 518550 manat əldən çıxmış fayda məbləğində maddi zərərin vurulduğunu iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Belə ki, qanunvericiliyin tələblərinə görə maddi zərər dedikdə, iddiaçıya vurulmuş real zərər nəzərdə tutulur. Lakin, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının əlavə xərcləri çəkdiyi, əmlakına hər hansı zərərin yetirildiyi və ya gəlirlərdən məhrum olduğu müəyyən edilmir. Belə olan halda formal mülahizələrə əsaslanan maddi zərərin ödənilməsi ilə bağlı hazırkı iddia əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Belə ki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçıların üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30000 (otuz min) manat məbləğində maddi zərər iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat məbləğində maddi zərər iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Abbas Əliyev