Məhkəmə qərarları › İş №2(025)-514/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-514/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-514/2020 08.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, X3 Kredit Təşkilatı «xxxxxxxx» MMC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cəlı̇lova Səfayə Yaqub qızının və Cəlı̇lov Fəxrəddı̇n Nurəddı̇n oğlunun iştirakları ilə, X3 Kredı̇t Təşkı̇latı "Azkredı̇t" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinin ċavabdeh Cəlı̇lova Səfayə Yaqub qızına, Cəlı̇lov Fəxrəddı̇n Nurəddı̇n oğlunaqarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 Kredı̇t Təşkı̇latı "Azkredı̇t" Məhdud Məsulı̇yyətli Cəmı̇yyəti ċavabdehlər Cəlı̇lova Səfayə Yaqub qızına, Cəlı̇lov Fəxrəddı̇n Nurəddı̇n oğlunaqarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edətək cavabdehlər Cəlı̇lova Səfayə Yaqub qızına, Cəlı̇lov Fəxrəddı̇n Nurəddı̇n oğlundan müştərək qaydada «11» fevral 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 495.67 (dörd yüz doxsan beş 67 sent) ABŞ dolları, «11» avqust 2017-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 28.60 (iyirmi səkkiz 60 sent) ABŞ dolları, cərimə üzrə 49.57 (qırx doqquz 57 sent) ABŞ dolları olmaqla ümumilikdə 573.84 (beş yüz yetmiş üç 84 sent) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin X5 Təşkilatı “xxxxxxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 Təşkilatı “X4” MMC-nin Qəbələ filialı ilə Cavabdeh1 arasında bağlanmış «11» Fevral 2016-cı il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə «11» Avqust 2017-ci il il tarixə qədər aylıq qalıq borcun 8.75 % dərəcəsini tətbiq etməklə 681 ABŞ dolları (altı yüz səksən bir ABŞ dolları) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.2 və 4.1-ci bəndləri). BOKT “X4” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və X3 Kredit Təşkilatı “xxxxxxxx” MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh Cəlı̇lova Səfayə Yaqub qızı məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə X1 rəsmi internet səhifəsində yerləşdirilmiş məlumata əsasən onun X5 Təşkilatı «xxxxxxxx» MMC-ə borcunun olmadığını bildirib bununla bağlı müvafiq sənədi məhkəməyə təqdim edərək, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 Kredit Təşkilatı «xxxxxxxx» MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cəlı̇lova Səfayə Yaqub qızı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, X5 Təşkilatı “X4” MMC-nin Qəbələ filialı ilə arasında bağlanmış xx xxxxxx 2016-cı il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən 18 (on səkkiz) ay müddətinə xx xxxxxx 2017-ci il il tarixə qədər aylıq qalıq borcu 8.75 % dərəcəsini tətbiq etməklə 681 ABŞ dolları (altı yüz səksən bir ABŞ dolları) məbləğində kredit verilmişdir. Bankdan aldığı krediti vaxtı-vaxtında ödəmişdir. Onun kredit borcunu ödəməsi ilə bağlı heç bir problemi olmamışdır. Bank ona borcun olması barədə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixli fərmanın təsiri altına düşdüyündən onun borcu sıfırlanıbdır. Onun banka heç bir borcu qalmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cəlı̇lov Fəxrəddı̇n Nurəddı̇n oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 X5 Təşkilatı “X4” MMC-nin Qəbələ filialı ilə «11» Fevral 2016-cı il il tarixli kredit müqaviləsi müqaviləsi bağlamış, o isə zamin durmuşdur. Cavabdeh1 aldığı krediti vaxtı-vaxtında ödəmişdir. Həmçinin Prezidentin fərmanının təsiri altına düşdüyündən onun borcu sıfırlanıbdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilən 16-03929 saylı məktubdan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli fərmanına əsasən Cavabdeh1 müxtəlif kredit təşkilatlarında olan kredit borclarına görə ümumilikdə 1.471,71 manat kompensasiya hesablanmışdır. Fərmanın 2-ci bəndinin tələbləri nəzərə alınmaqla bu məbləğin 448,78 manat hissəsinin “xxxxxxx” KB ASC ilə bağlanmış 1.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş müddəti keçmiş kredit borcuna, 842,63 manat hissəsinin ləğv prosesində olan “X4” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödəniş müddəti keçmiş kredit borcuna ödənilməsi, 180,29 manat hissəsinin isə vətəndaşın sərəncamına verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən birinci və üçüncü hissə ilə bağlı ödənişlər tam şəkildə həyata keçirilsə də, hesablanmış 842,63 manat kompensasiya məbləğinin BOKT “xxxxxxxx” MMC-də kredit borcuna yönəldilməsi hələlik icra olunmamışdır. Belə ki, adıçəkilən kredit təşkilatı tərəfindən ötürülmüş bütün məlumatlarla bir sıra texniki dəqiqləşmələrin həyata keçirilməsinə ehtiyac yaranmışdır. Hazırda icrası zəruri olan bütün tədbirlər başa çatdığından yaxın günlərdə 842,63 manat kompensasiya məbləğinin qeyd edilən kredit borcuna yönəldilməsi ilə bağlı tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-cı maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını ümumiləşdirərək belə hesab edir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tam tətbiq olunmadan irəli sürülmüş iddialar məhkəmədənkənar həll qaydasına riayət olunmaması əsası ilə X3 Kredı̇t Təşkı̇latı "Azkredı̇t" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinin ċavabdeh Cəlı̇lova Səfayə Yaqub qızına, Cəlı̇lov Fəxrəddı̇n Nurəddı̇n oğlunaqarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X3 Kredı̇t Təşkı̇latı "Azkredı̇t" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinin ċavabdeh Cəlı̇lova Səfayə Yaqub qızına, Cəlı̇lov Fəxrəddı̇n Nurəddı̇n oğlunaqarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar