Məhkəmə qərarları › İş №2(025)-517/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-517/2022

10.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-517/2022 10.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada yol-nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş 21987 (iyirimi bir min doqquz yüz səksən yeddi) manatın, avtomobilinin qəza nəticəsində əmtəə dəyərinin itkisi - 34000 (otuz dörd min) manatın, avtomobilsiz qaldığı müddət üçün taksi xərcləri - 2780 (iki min yeddi yüz səksən) manatın, hüquqi yardım üçün vəkilə ödədiyi xərc - 200 (iki yüz) manatın, ödədiyi dövlət rüsumu - 300 (üç yüz) manatın, ümumilikdə 59267 (əlli doqquz min iki yüz altmış yeddi) manatın alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 26 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsinə əsasən, **-EM-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtobilin mülkiyyətçisi Cavabdeh3 cavabdeh qismində mülki işə cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə özünə məxsus **-OV-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobillə Novxanı qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətinə doğru saatda 60 km sürətlə hərəkətdə olarkən əks istiqamətdən gələn **-BD-*** dövlət qeydiyyat nişanlı “Vaz-2104” markalı və **-EM-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtobillərin səhvi ucbatından qəza baş vermişdir. Həmin zaman toqquşmadan yayınmaq məqsədilə idarə etdiyi nəqliyyat vasitəsini yolun sağ kənarında olan ehtiyat hissəyə çəkərək sürətini azaltsa da “Mitsubishi Pajero” markalı avtomobil sürətini azaltmadan onun maşınının üzərinə gələrək toqquşma baş vermiş, zərbənin təsirindən onun avtomobili yolun sağ kənarındakı ən azı 3 metr hündürlükdə olan dərəyə düşərək ərazidə olan su və ya qaz turbasına (ana xətt) çırpılaraq dayanmışdır. Yuxarıda qeyd olunan hər iki avtomobilin sürücüləri özlərini təqsirkar bilmişlər. Beləliklə, Cavabdeh1 sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələblərini pozmaqla, Cavabdeh2 Oqtay oğlu isə əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etməklə həmin Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişlər. Həmin qəza nəticəsində avtomobilinə vurulmuş ziyan 26987 (iyirmi altı min doqquz yüz səksən yeddi) azn məbləğindədir. Cavabdehlərin avtobillərinin icbari sığortalandığı “Paşa Siğorta” və “Xalq Siğorta” tərəfindən lazımi tədbirlər görülmüş və artıq "xxxx" tərəfindən 4226.1 (dörd min iki yüz iyirmi altı manat 10 qəpik) azn ona ödənmişdir. “Xalq Sığorta” tərəfindən qalan təqribi 774 (yeddi yüz yetmiş dörd) azn də tezliklə ödənilməsi üçün şirkət tərəfindən lazimı prosedurlar yerinə yetirilir. Bundan başqa məlum qəza nəticəsində avtomobilinin əmtəə dəyəri əhəmiyyətli dərəcədə itkiyə məruz qalmışdır. Nəqliyyat vasitəsinin əmtəə dəyəri üçün ən əhəmiyyətli nüans olan ümumi rama qəza nəticəsində əyilmişdir. Belə ki, 2013-cü il buraxılış olan və öz nəslinin ən full komplektasiyası sayılan avtobilinin bazar qiyməti (dəri salon, lyuk, Lexus 570 salon, Lexus 570 disk-təkərlər, Lexus qabaq və arxa şarlotta buferlər və s.) qəza olmamışdan öncə 50 min ABŞ dolları idisə, hal-hazırda bütün təmir işləri aparıldıqdan sonra maksimum 30 min ABŞ dollarına satıla bilər. Göründüyü kimi məlum qəza nəticəsində avtomobilimin əmtəə dəyəri 20 min ABŞ dolları (34000 AZN) aşağı düşmüşdür (“Yolnəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları ”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin qərarı). O, Novxanı qəsəbəsində yaşayır və hər gün “Bakmil” metrosunun yaxınlığında yerləşən iş yerinə taksi ilə getmək məcburiyyətində qalmışdır. Hələ gün ərzində başqa yerlərə getməyini nəzərə almasa, təxminən gündəlik 15 azn taksilərə pul xərcləyir. Mart ayının son gününədək hesablasaq 182 gün ərzində (01 okyabr 2021-31 mart 2022) taksi xidmətinə ən azı 2730 (iki min yeddi yüz otuz) azn pul xərcləmişdir. Cavabdehlər ona dəymiş ziyanı ödəməkdən müxtəlif bəhanələrlə yayınırlar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçının maddi ziyan tələbinə dair iddiasını qəbul etmir. xx.xx.2021-ci il tarixdə “Vaz 2104” markalı “**-BD-***” dövlət qeydiyyat nömrəli avtomobil ilə Novxanı istiqamətində hərəkətdə olarkən sol qabaq təkəri yerindən çıxaraq dövrə vurmuş və onunla eyni istiqamətdə hərəkət edən **-EM-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtobillin altına girmişdir. Nəticədə həmin avtomobil idarəetməni itirmiş **-OV-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İddia ərizəsində tələb olunan maddi ziyan məbləğləri ilə razı deyil. Məbləğ həddindən artıq şişirdilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə verdiyi izahatında iddia tələbinə etiraz edərək, bildirdi ki, xx.xx.2021-ci il tarixində saat 11 radələrində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq Cavabdeh2 özü də zərərçəkmiş şəxsdir. Belə ki, qeyd olunan tarixdə etibarnamə ilə idarə etdiyi “Mitsubishi Pajero” markalı “**-EM-***” dövlət qeydiyyat nömrəli avtomobil ilə Mehdiabad qəsəbəsindən Novxanı istiqamətinə yola düşmüşdü. Onunla eyni istiqamətdə hərəkət edən “Vaz 2104” markalı “**-BD-***” dövlət qeydiyyat nömrəli avtomobilin sol qabaq təkəri yerindən çıxaraq dövrə vurmuş və idarə etdiyi maşının alt hissəsinə daxil olmuşdur. Təkər maşının altına ilişdiyindən o, sükanı hərəkət etdirə bilmədiyi üçün sağa-sola döndərə bilməmişdir. Nəticə etibari ilə avtomobilin idarəetməni itirmiş və yoldan çıxaraq əks hərəkət zolağına daxil olmuşdur. Konkret hal üzrə onun qəsdlə yaxud ehtiyatsızlıqla törətdiyi inzibati xəta əməli yoxdur. Təkərin bir anda qabağına çıxması ilə həmin halda edə biləcəyi başqa bir hal olmamışdır. Yəni niyyəti sükanın idarəetməsini itirib manevr etməklə “X5” markalı “**-OV-***” dövlət qeydiyyat nömrəli avtomobil ilə toqquşmaq deyildi. Sadəcə olaraq nəqliyyat vasitəsinin altına digər nəqliyyat vasitəsinin təkəri girdiyindən nəqliyyat vasitəsini idarə etməyi mümkün olmamışdır. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda izahatı alınmış VAZ 2104 markalı 61BD443 №-li nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 da bildirmişdir ki, onun idarə etdiyi avtomobilin sol ön tərkəri yerindən çıxaraq onun avtomobilinin (Mitsubi Pajero 90EM974) altına girmişdir. Onun yol nəqliyyat hadisəsinin baş verməsində heç bir günahı olmamışdır. Ona görə də barəsində qaldırılan iddia əsassızdır. Odur ki, iddia tələbinin Cavabdeh2 aid olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan 12 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış materialdan müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində İddiaçı özünə məxsus «X5» markalı, **-OV-*** d.q.n avtomobillə Novxanı qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətinə doğru saatda 60 km sürətlə hərəkətdə olan zaman əks istiqamətdən gələn Cavabdeh1 idarə etdiyi «Vaz-2104» markalı, **-BD-*** d.q.n avtomobilin sol ön təkəri yerindən çıxaraq onunla eyni istiqamətdə arxadan gələn, Cavabdeh2 Oqtay oğlunun idarə etdiyi «Mitsubishi Pajero» markalı, **-EM-*** d.q.n avtomobilin qarşısına çıxmış və sonuncu təkərlə toqquşmamaq üçün əks hərəkət zolağına çıxaraq «Toyota» markalı avtomobilin qarşısına çıxıb onu sol yan hissəsindən vurub dayanmış, «Toyota» markalı avtomobil isə idarəetməni itirərək öz hərəkət zolağının sağ hissəsindəki dərəyə düşmüşdür. Nəticədə hər 2 avtomobil zədələnmiş, İddiaçı ilə X2 isə sağlamlığa zərər vurmayan bədən xəsarətləri almışlar. Göstərilən xüsusatlar araşdırma zamanı alınmış izahatlar və materiala əlavə edilmiş digər sənədlərlə də təsdiqini tapmışdır. Həmçinin qeyd olunan qərara əsasən toplanmış HK-1/ 275 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh2 Oqtay oğlu və Cavabdeh1 barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Abşeron RPİ-nin DYPŞ-nə verilmişdir. İşdə olan “Motor Clınıc” tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “X5” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı motosikletə avtomobilə zərərin ümumi məbləği 26987.2 (iyirmi altı min doqquz yüz səksən yeddi manat iyirmi qəpik) manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 4226.1 manat sığorta ödənişi faydalanan şəxs İddiaçı ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 200 manat hüquqi xidmət haqqı BHM və Partnyorları Vəkil bürosuna ödənilmişdir. İşdə olan TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh1 İXM-in 342.2.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. İşdə olan TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh2 Oqtay oğlu İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Obyektiv araşdırma aparılmasına nail olmaq, tərəflərin hər birinin hüquqlarının təmin olunması, həmçinin yaranmış suallara cavab alınması üçün məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında müvafiq suallar qoyulmuşdur.

1. "X5" minik markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləği nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli 9/4498 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində "X5 " minik markalı **-OV-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 21508 (iyirmi bir mın beş yüz səkkiz) manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, "X5" minik markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. İş materialları ilə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində İddiaçı özünə məxsus «X5» markalı, **-OV-*** d.q.n avtomobillə Novxanı qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətinə doğru saatda 60 km sürətlə hərəkətdə olan zaman əks istiqamətdən gələn Cavabdeh1 idarə etdiyi «Vaz-2104» markalı, **-BD-*** d.q.n avtomobilin sol ön təkəri yerindən çıxaraq onunla eyni istiqamətdə arxadan gələn, Cavabdeh2 Oqtay oğlunun idarə etdiyi «Mitsubishi Pajero» markalı, **-EM-*** d.q.n avtomobilin qarşısına çıxmış və sonuncu təkərlə toqquşmamaq üçün əks hərəkət zolağına çıxaraq «Toyota» markalı avtomobilin qarşısına çıxıb onu sol yan hissəsindən vurub dayanmış, «Toyota» markalı avtomobil isə idarəetməni itirərək öz hərəkət zolağının sağ hissəsindəki dərəyə düşmüşdür. Hadisə zamanı "X5" minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, yol nəqliyyat hadisəsi nəticəsində "X5" minik markalı **-OV-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 21508 (iyirmi bir mın beş yüz səkkiz) manat manat olduğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə iclasında iddiaçı 21987 (iyirmi bir min doqquz yüz səksən yeddi) manat məbləğində zərər dəydiyini iddia etsə də bu tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin İddiaçı iddia tələbinin Cavabdeh3 qarşı olan hissədə əsassız hesab edir. Belə ki, iş materillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 22 aprel 2022-ci il tarixli 48138-2222 saylı məktubundan görünür ki, «Mitsubishi Pajero» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2008-ci il tarixdən Cavabdeh3 adına qeydiyyatdadır. Mülkiyyətçi Cavabdeh3 özünə məxsus «Mitsubishi Pajero» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahyiyətini xx.xx.2010-cu il tarixdən xx.xx.2060-cı il tarixə kimi etibar edilən X1 vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin maddənin 2-ci bəndinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom eneıjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüwəniiı təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur, Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzəfinə qoyula bilər. Göründüyü kimi, «Mitsubishi Pajero» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili üzrə idarəetmə səlahiyyəti avtonəqliyyat hadisəsi baş verməmişdən əvvəl xx.xx.2010-cu il tarixində X1 verilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh3 hər hansı təqsirli qanunazidd hərəkət etmədiyindən, avtomobil sürücüsünün vurduğu zərər üçün Cavabdeh3 məsuliyyət daşımalı deyil. Bundan başqa, məhkəmə həmçinin iddianın “avtomobilinin qəza nəticəsində əmtəə dəyərinin itkisi - 34000 (otuz dörd min) manatın və avtomobilsiz qaldığı müddət üçün taksi xərcləri - 2780 (iki min yeddi yüz səksən) manatın alınıb verilməsi” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı iddianı bu hissədə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin məbləği 21508 manat 20 qəpik, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu 300 manat olmaqla, cəmi 22008,20 (iyirmi iki min səkkiz manat iyirmi qəpik) manat pul tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin məbləği 21508 manat 20 qəpik, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu 300 manat olmaqla, cəmi 22008,20 (iyirmi iki min səkkiz manat iyirmi qəpik) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar