Məhkəmə qərarları › İş №2(025)-52/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-52/2020

13.08.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-52/2020 13.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı (cavabdeh) İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdeh (iddiaçı, həm də iddiaçılar Cavabdeh, X33, Osmanova (Babayeva) Türanə Oqtay qızı və X25 nümayəndəsi) X26, X26 vəkili X4, cavabdeh X8, cavabdeh Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin sədri (nümayəndəsi) X34 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X50 nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair, İddiaçılar Cavabdeh, X33, Osmanova (Babayeva) Türanə Oqtay qızı, X46 və X26 cavabdehlər İddiaçı, X27, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X42rşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və onlar tərəfindən hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən mülkiyyətində olan torpaqdan istifadəyə maneə olan hallara son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2010-cu ildə X2 paylı mülkiyyət hüququ əsasında aqrar islahatı zamanı onlara verilmiş 0,334317 ha torpaq sahəsi almışdır. Paylı mülkiyyətin mülkiyyətçiləri X5, X14, X28, X9, X21 və X10 olmuşlar. Alqı-satqı müqaviləsi xx xxxxxx 2010-cu ildə Qəbələ rayon notariat kontorunda aparılmış və mülkiyyətçilərin hamısı buna razılıq vermişlər. Alqı-satqı müqaviləsi əsasında adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində xx xxxxxxx 2016-cı il tarixdə A № 106268 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və DƏDRX 9 saylı Qəbələ ərazi idarəsindən həmin tarixdə Seriya RX № ******* saylı adına “Çıxarış” almışdır. Torpağın təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı üçün müəyyən edilmişdir. O, alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsindən istifadə edə bilmir. Çünki, cavabdeh və onun ailə üzvləri onu həmin torpaq sahəsinə keçməyə imkan vermirlər. Belə ki, hər dəfə hansısa işi görmək üçün torpaq sahəsinə getmək istəyəndə cavabdeh ünvanına çox nəlayiq söyüşlər söyür, onu hədələyir və bildirir ki, həmin torpaqdan onu istifadə etməyə qoymayacaqdır. Bu səbəbdən də torpaqdan istifadə edə bilmir. Bununla əlaqədar olaraq o, kənd icra nümayəndəsinə və bələdiyyəyə müraciət etmişdir. Lakin nəticəsi olmamışdır. Bütün bunları nəzərə alaraq hüquqların məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. İddiaçı (cavabdeh) İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun xx xxxxxx 2019-cu il il tarixdə keçirilən məhkəmə iclasında izahat verib, iddiaçıların (cavabdehlərin) ərizəsinə münasibət bildirərək göstərdi ki, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Torpaq sahəsini 2010-cu ildə alqı-satqı müqaviləsi əsasında almışdır. Torpaq sahəsi ona verilərkən bələdiyyənin nümayəndələri ona bildirmişlər ki, ola bilsin ki, həmin torpaq sahəsində bələdiyyəyə məxsus torpaq sahəsi də vardır. Bu da gələcəkdə elektronlaşdırma zamanı məlum olacaqdır. Torpaq sahəsinin istifadəçisi onun özü olduğuna görə torpaq sahəsini ala biləcəyini bildirmişlər. Torpaq sahəsini alqı-satqı yolu ilə necə qəbul etmişsə, elə də qalır. Həmin torpaq sahəsindəki hasar isə 80-ci illərdə çəkilmişdir. Hasarın onun vəsaiti hesabına sökülməsini tələb etsələr də, hasar onun tərəfindən çəkilməmişdir. Məhkəmə iclasında iddiaçı (cavabdeh) İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehin törətdiyi maneələr dedikdə bütövlükdə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadəyə törədilən maneələr nəzərdə tutulur. Yol yerindən işləməyə qoymur, təhqir edir. Onların torpaq sahələri yanaşıdır. Baş yoldan İddiaçı torpaq sahəsinə yol vardır, lakin Orxan Babayev ona həmin yoldan istifadə etməyə imkan vermir. Azərbaycan Respublikası İqtisadyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin tərtib etdiyi mütəxəssis rəyində JN-173 A nömrəli (kod 40613018) şəhadətnamə əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi-**********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestindən Çıxarışa əsasən Cavabdeh, X15, X26, X29 və X16 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin 0,0588 ha hissəsinin cavabdeh İddiaçı, 0,20 ha hissəsinin cavabdeh X11 istifadəsində olduğu qeyd olunmuşdur. 0,0588 ha hissəsinin İddiaçı tərəfindən tutulmasına etiraz etmir, lakin iddialarını da müdafiə edərək təmin təmin olunmasını məhkəmədən xahiş etməklə, İddiaçıa qarşı olan iddia üzrə qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır. İddiaçılar Cavabdeh, X33, Osmanova (Babayeva) Türanə Oqtay qızı, X46 və X47 cavabdehlər İddiaçı, X27 və Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X42rşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və onlar tərəfindən hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1xx xxx 40613018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli, reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında xüsusi mülkiyyətlərinə verilmiş 1,14 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlərin çıxarılması, hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh İddiaçı tərəfindən qanunsuz bağlanılmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması və ödədiyi 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1460/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair iddiası üzrə 2(025)-1359/2019 nömrəli mülki iş, iddiaçılar Cavabdeh, X33, Osmanova (Babayeva) Türanə Oqtay qızı, X46 və X26 cavabdehlər X43, X27 və Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi və müstəqil tələb irəli sürməyən şəxs Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X42rşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və onlar tərəfindən hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması” tələbinə dair iddia üzrə 2(025)-1460/2019 nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir. İddiaçılar Cavabdeh, X33, Osmanova (Babayeva) Türanə Oqtay qızı, X46 və X47 iddia tələblərini onunla əsaslandırmışlar ki, onlara, yəni - Cavabdeh, X22, X35, X36 və Babayeva (Osmanova) Türanə Oqtay qızına Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisindən Qəbələ rayon X20 xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı fərdi yaşayış evi tikmək məqsədilə 1.14 ha həyətyanı torpaq sahəsinə JN-172A Kod 40613018 olan «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə, sahiblik və sərəncam vermək hüquqları yaranmış, hər il rəsmi sənəd üzrə müəyyən olunmuş torpaq sahəsinə görə vergi ödəmişlər. JN-172A Kod 40613018 olan «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»si əsasında xx.xx.2015-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX №0592522, reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan Çıxarış da alınmışlar. Mülkiyyətlərinə həyətyanı torpaq sahəsi verilərkən onlara sərhəd nöqtələri dəqiqliklə tanıdılmamış, ona görə də iddiaçı kimi o, (Cavabdeh) cavabdeh DTXK-nın Qəbələ rayon şöbəsinə qarşı JN-172A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin naturada tanıdılması tələbinə dair məhkəmədə iddia qaldırmış və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2/025-235/2010 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Qəbələ rayon X20 xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-172A Kod 40613018 olan şəhadətnamə üzrə iddiaçı Cavabdeh və dörd nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,14 hektar torpaq sahəsi naturada tanıdılmaqla iddiaçı Cavabdeh verilməsi və qeyd olunan 1,14 ha torpaq sahəsinin naturada ölçülməklə Cavabdeh verilməsi DTXK-nın Qəbələ rayon şöbəsinə həvalə olunması qət edilmişdir. xx xxxxxx 2010-cu il tarixli 2/025-235/2010 saylı qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Qəbələ rayon İcra Şöbəsinə icra vərəqəsi göndərilmişdir. Qanunu bilmədiklərindən qətnamənin icra olunması üçün məhkəmə tərəfindən Qəbələ rayon İcra Şöbəsinə göndərilmiş, icra vərəqəsi bir neçə il icra olunmamışdır. Nəhayət, məhkəməyə qaytarılmış icra vərəqəsinin yenidən icra olunması üçün Qəbələ rayon İcra və Probasiya Şöbəsinə verilməsi barədə ərizə təmin olunmuş və icra vərəqəsi yenidən icra olunması üçün aidiyyatı üzrə göndərilmişdir. Qəbələ rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra vərəqəsi üzrə icra işi açılmış və icra tədbirlərinə başlanılaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xitmətinin (bundan sonra DƏDRX-nin) 9 saylı X50 və Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssislərinin iştirakı ilə də xx xxxx 2019-cu il tarixdə, qeyd olunan torpaq sahəsinin məhz JN-172 A saylı kod 40613018 olan şəhadətnaməyə uyğun vəziyyətinin araşdırılması məqsədi ilə, Cavabdeh və dörd nəfər ailə üzvlərinin istifadəsində olan ümumilikdə torpaq sahəsinin faktiki vəziyyətinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xitməti tərəfindən qeyd olunan torpaq sahəsinin yerləşmə sxemi tərtib edilərək Qəbələ rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx xxxx 2019-cu il tarixdə qeyd olunan məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə JN-172A saylı kod 40613018 olan şəhadətnaməyə uyğun vəziyyətinin və yerində koordinatlarının göstərilməsi məqsədi ilə təyin edilmiş icra tədbirləri zamanı mütəxəssislər tərəfindən sözü gedən sxem üzrə “1-ci nöqtədən qərbə doğru, daha dəqiqi 30-cu nöqtədən qərbə doğru 10.51 metr, torpaq sahəsinin cənubundakı 26-cı nöqtədən 9.54 metr qərbə, 26-cı nöqtədən cənuba doğru 20.66 metr, yekun olaraq 26-cı nöqtədən verilmiş qərbə doğru 9.54 metr, cənuba doğru 20.66 metrdən sonra qoyulmuş nöqtə düz xətt üzrə 18 və 17 nöqtənin arasına qədər uzanmaqla həmin noqtədə sıfırlandığı” bildirilmişdir. DƏDRX-nin 9 saylı X50 Qəbələ rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********24 saylı məktubunda göstərilmişdir ki, Ərazi İdarəsində mövcud olan DWJ baza məlumatına görə torpaq sahəsinin naturada müəyyən olunmuş koordinatlara əsasən aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Şəki LTİ-nin xx.xx.2019-cu il tarixdə tərtib etdiyi torpaq sahəsinin yequruluşu sxemində torpaq sahəsinin cənub sərhəddi boyunca göstərilən torpaq sahəsinin 18 nömrəli döngə nöqtəsindən 26 nömrəli döngə nöqtəsinə qədər və torpaq sahəsinin qərb sərhəddi boyunca 26 nömrəli döngə nöqtəsindən 30 nömrəli döngə nöqtəsinə qədər olan və həmin istiqamətdə X30 istifadəsində olmayan sxemdə qırmızı xətlə işarələnən sahə bələdiyyə mülkiyyətinə aiddir. Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin Qəbələ rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 46 saylı məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sxemə əsasən 30-cu nöqtədən qərbə doğru 10.51 metr, torpaq sahəsinin cənubundakı 26-cı nöqtədən qərbə döğru 9.54 metr torpaq sahəsi İddiaçı istifadəsindədir.(sxemdə rənglənmiş hissə) 26-cı nöqtədən qərbə doğru 9.54 metr, 26-cı nöqtədən cənuba doğru 20.66 metrdən sonra qoyulmuş nöqtə düz xəttlə 18-ci nöqtəyə qədər hissə(sxemdə rənglənmiş hissə) X27 tərəfindən istifadə olunur. Həmçinin 20 ilə yaxındır ki, həyətyanı torpaq sahələrinin zəbt olunmuş hissəsi tərəfdə gediş-gəliş yolu da mövcud olmuşdur ki, həmin ümumi gediş-gəliş yolu da İddiaçı tərəfindən qanunsuz bağlanıldığından hal-hazırda istifadə etməkləri mümkün deyildir. Ona görə də İddiaçı tərəfindən qanunsuz bağlanılmış gediş-gəliş yolunun əvvəlki vəziyyətə qaytarılaraq açılması üçün məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh (iddiaçı, həm də iddiaçılar Cavabdeh, X33, Osmanova (Babayeva) Türanə Oqtay qızı və X25 nümayəndəsi) X26 vəkili X12 iddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmakın Kadastr və ünvan reyestri Xidmətinin Şəki LTİ-nin rəyində Cavabdeh faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəinin 0.0759 ha hissəsi Mirzəbəyli bələdiyyəsinin torpaqlarıdır. Buna etiraz etmirlər, lakin onlara məxsus torpaq sahəsinin 0.0588 ha hissəsi cavabdeh İddiaçı və 0.20 ha hissəsi cavabeh X27 tərəfindən zəbt edilmişdir. Cavabdeh İddiaçı sənədi üzrə 0.33 ha torpaq sahəsi olsa da faktiki istifadəsində 1 hektardan da çox torpaq sahəsi vardır. 1.14 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulsa da reallıqda belə bir yol mövcud deyildir. Buna görə də iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı (cavabdeh, həm də iddiaçılar Cavabdeh, X33, Osmanova (Babayeva) Türanə Oqtay qızı və X25 nümayəndəsi) X47 məhkəmə iclasında iddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh X27 iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, istifadəsində 1.50 ha torpaq sahəsi vardır. Lakin həmin torpaq sahəsinin rəsmi sənədi yoxdur. Torpaq sahəsini vaxtilə Rafik Vartanovdan almışdır. Azərbaycan Respublikası İqtisadyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mütəxəssis rəyində JN-173 A nömrəli (kod 40613018) şəhadətnamə əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi – **********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestindən Çıxarışa əsasən Cavabdeh, X15, X26, X29 və X16 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin 0,20 ha hissəsinin cavabdeh olaraq onun istifadəsində olduğu göstərilmişdir. Buna etiraz edir, çünki heç kimə məxsus torpaq sahəsini zəbt etməmişdir.1992-ci ilin iyun ayının 18-də həmin həyətə köçmüşdür. Həyətin divarları (hasarı) və qapısı həmin müddətdən bu yana necə vardırsa elə də qalmışdır. Buna görə də ona qarşı olan iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdeh Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin sədri (nümayəndəsi) X52 verdiyi izahatında göstərmişdir ki, İddiaçı sənəd üzrə 0.33 hektar torpaq sahəsi vardır. Lakin onun istifadəsində olan torpaq sahəsi 1 hektardan çoxdur. Yaşadıqları ərazidə aqrar islahatları 1996- 1998-ci illərdə keçirilmişdir. 2003-cü ildə tərtib olunmuş xəritə mövcuddur. Aparılmış ekspertiza araşdırılması zamanı Cavabdeh mülkiyyətinə gedən yol yerinin İddiaçı tərəfindən tutulduğu müəyyən edilmişdir. Həmin yol yeri Mirzəbəyli bələdiyyəsinin mülkiyyətindədir və Mirzəbəyli bələdiyyəsi həmin ərazidən (qərbdən şimala doğru, əsas yol istiqamətində 6 metr enində, uzunluğu həmin yola qədər) Cavabdeh yol yerilməsinə etiraz etmir. Buna görə də məhkəmədən qanuni və ədalətli qərar qəbul olunmasını xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X50 nümayəndəsi X6 çıxışında ədalətli və qanuni qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X44 qarşı «mülkiyyətində olan torpaq sahəsindən istifadəyə mane olan hallara son qoyulması» tələbinə dair iddia tələbi təmin edilməməli, iddiaçılar Cavabdeh, X33, Osmanova (Babayeva) Türanə Oqtay qızı, X46 və X26 cavabdehlər X43, X37, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X42rşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və onlar tərəfindən hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması» tələbinə dair iddiaları təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2010-cu il tarixdə Qəbələ rayon dövlət notariat kontorunda 4Ə /1-26 nömrəsi ilə qeydə alınmış AN-İ ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»ndən (torpaq sahəsinə dair) görünür ki, X5, X14, X28, X9, X21 və X10 DƏDRX-nin X50 xx.xx.2010-cu il tarixdə verilmiş 152 nömrəli arayışına əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,334317 ha torpaq sahəsini (Qəbələ rayon X20 xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-123, kod 40613018 nömrəli dövlət aktı əsasında onların mülkiyyətindəki) aralarında bağlanmış bu müqaviləyə əsasən İddiaçı 4000.00 manata satmaqla onun mülkiyyətinə vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X50 seriya RX ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0.334317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tam paylı mülkiyyətinə verilməklə (daşınmaz əmlakın reyestr nömrəsi **********90) danışmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 1993-cü il tarixdə Qəbələ rayon dövlət notariat kontorunda qeydə alınmış müqavilənin surətindən müəyyən edilir ki, Qəbələ rayonu Mirzəbəyli kəndində X31 1200 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evini X1. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X50 xx.xx.2016-cı il tarixdə İddiaçı Quban oğlunun adına tərtib etdiyi A 106268 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü»ndə 0.334317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kadastr göstəriciləri, əsas döngə nöqtələrinin koordinatları və s. göstərilmişdir. İşdə olan JN-172 A, kod 40613018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon X20 xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə Qəbələ rayonu Mirzəbəyli kəndində X30, X15, X32, X25 və X18 mülkiyyətinə 1.14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X50 seriya RX ******* nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha yaşayış məntəqələrinin torpaqları Cavabdeh paylı mülkiyyətinə verilməklə (daşınmaz əmlakın reyestr nömrəsi **********4) danışmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Paylı torpaq sahəsinin hüquq sahibləri olaraq çıxarışda onunla birlikdə ümumi birgə mülkiyyətçilər kimi X33, X47, X48 və X38 qeyd olunmuşlar. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(025)-235/2010 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X49 cavabdeh DTXK Qəbələ rayon şöbəsinə qarşı mülkiyyətinə verilmiş torpaq sahəsinin naturada tanıdılması tələbinə dair məhkəmədə iddia qaldırmış və həmin qətnamə ilə Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli 09 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-172 A saylı kod 40613018 olan şəhadətnamə üzrə iddiaçı Oqtay Babayev və dörd nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,14 hektar torpaq sahəsinin naturada tanıdılmaqla ona verilməsi, qeyd olunan torpaq sahəsinin naturada ölçməklə ona verilməsinin DTXK Qəbələ rayon şöbəsinə həvalə olunması qət edilmişdir. İşdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin Şəki layihətədqiqat İdarəinin xx.xx.2019-cu il tarixli arayışında JN-172 A saylı şəhadətnamənin uyğun vəziyyətinin DWG baza məlumatlarına əsasən araşdırılaraq naturada tanıdıldığı, qeyd olunan sərhədlər daxilində Oqtay Babayevin istifadəsində olmayan torpaq sahəsinin kimin mülkiyyətində olduğuna dair MMC-yə icra və probasiya şöbəsindən ünvanlanmış məktubda göstərilən suala cavab kimi arayışa əlavə olunmuş sxemdə 18-ci nöqtədən qərbə doğru 26-cı nöqtəyə qədər və 26cı nöqtədən şimala doğru 30-cu nöqtəyə qədər olan qonşu torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X50 xx.xx.2019-cu il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə ünvanladğı məktubda da eynilə qeydlər aparılmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından müəyyən olunur ki, tərəflər arasında yaranmış torpaq mübahəisəsinin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməklə ədalətli və qanuni qərar qəbul olunması məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertin qarşısında: 1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********90; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2016) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,334317 ha torpaq sahəsinin hüdudları müəyyən edilsin. 2. JN - 172 A nömrəli (kod: 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********44; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh, X33, X47, X46 və X19 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1,14 ha torpaq sahəsinin hüdudları müəyyən edilsin. 3. JN-172 A nömrəli (kod: 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********44; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh, X33, X47, X46 və X19 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1,14 ha torpaq sahəsinə gedişgəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdurmu və reallıqda belə bir yol mövcuddurmu? 4. JN-172 A nömrəli (kod: 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********44; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh, X33, X47, X46 və X19 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1,14 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmuşdurmu? Olunmuşdursa hansı həcmdə? (kordinatları müəyyən edilsin) kimi suallar qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanladığı müxətəssis rəyində qeyd edilmişdir ki, işin araşdırılaması üçün Şəki LTİ-nin mütəxəssisləri xx xxx 2020-ci il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron bazasına əsasən araşdırma zamanı məlum olmuşdur: 1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********90; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi -xx.xx.2016) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0.334317 ha torpaq sahəsinin hüdudları müəyyən edildi. 2. JN-172 A nömrəli (kod 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi- **********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh, X33, X47, X48 və X16 birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin hüdudları müəyyən edildi. 3. JN-172 A nömrəli (kod 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi- **********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh, X33, X47, X48 və X16 birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinə şərq tərəfdən gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda belə bir yol mövcuddur. Sözügedən 1.14 ha torpaq sahəsinə qərb tərəfdən gediş-gəliş yolu mövcud deyil. 4. JN-172 A nömrəli (kod 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi- **********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh, X33, X47, X48 və X16 birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin 0,0588 ha cavabdeh İddiaçı, 0,20 ha hissəsi cavabdeh X8 istifadəsindədir. İddiaçı Cavabdeh faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəsinin 0,0759 ha hissəsi Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan torpaqlarda yerləşir. Rəyə 1:2000 miqyasda mübahisə predmeti olan torpaq sahəsinin koordinatları və torpaq sahəsinin yerləşmə sxemi də əlavə olunmuşdur. Həmçinin rəyə əlavə olunmuş mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərcələrinin 02/12/86 nömrəli smetasında 295,10 qəpik qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 5449 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyində qeyd olunmuşdur: qərardadın birinci sualı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi- **********90; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2016) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0.334317 ha torpaq sahəsinin hüdudları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, JN-172 A nömrəli (kod 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi- **********44; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi -xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh, X33, X47, X48 və X16 birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin hüdudları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, JN-172 A nömrəli (kod 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi- **********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh, X33, X47, X48 və X16 birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinə şərq tərəfdən gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda belə bir yol mövcuddur. Sözügedən 1.14 ha torpaq sahəsinə qərb tərəfdən gediş-gəliş yolu mövcud deyil. Qərardadın üçüncü sualı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, 4. JN-172 A nömrəli (kod 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi- **********44; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh, X33, X47, X48 və X16 birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin 0,0588 ha cavabdeh İddiaçı, 0,20 ha hissəsi cavabdeh X8 istifadəsindədir. İddiaçı Cavabdeh faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəsinin 0,0759 ha hissəsi Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan torpaqlarda yerləşir. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X50 seriya RX ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0.334317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tam paylı mülkiyyətinə verilməklə (daşınmaz əmlakın reyestr nömrəsi **********90) danışmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin hazırda onun istifadəsində 1 hektardan artıq torpaq sahəsi vardır. Onun iddia tələbi üzrə Cavabdeh tərəfindən həmin torpaq sahəsi tutulmamış və İddiaçı mülkiyyətindəki torpaq sahəsindən istifadə olunmasında ona sonuncu tərəfindən heç bir maneələr törədilmir. Mülki iş üzrə təyin olunmuş məhkəmə mühəndis-texniki ekspertizasının və mütəxəssis rəyi ilə də sübut edilmişdir ki, Cavabdeh iddiaçı Namaz Quliyevin mülkiyyətindəki torpaq sahəsinin tutmamışdır. Bir sözlə, qanunvericiliyin tələblərinə görə iddia tələbinin əsaslandığı hallara dair sübutların məhkəməyə təqdim olunması ilə sübutetmə vəzifəsi və yükü iddiaçının üzərinə düşdüyü halda İddiaçı mülkiyyətindəki 0,33 ha torpaq sahəsindən istifadə olunmasında cavabdeh Oqtay Babayev tərəfindən ona maneələrin törədilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mülkiyyətində olan torpaq sahəsindən istifadəyə mane olan hallara son qoyulması» tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Mülki işin məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X50 seriya RX ******* nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha yaşayış məntəqələrinin torpaqları Cavabdeh paylı mülkiyyətinə verilməklə (daşınmaz əmlakın reyestr nömrəsi **********4) daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Paylı torpaq sahəsinin hüquq sahibləri olaraq çıxarışda onunla birlikdə ümumi birgə mülkiyyətçilər kimi X33, X47, X48 və X38 qeyd olunmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020ci il tarixli 5449 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyi və mütəxəssis rəyləri ilə sübut olunmuşdur ki, iddiaçı Cavabdeh faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəsinin 0,0759 ha hissəsi Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan torpaqlarda yerləşir. JN- 172 A nömrəli (kod 40613018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********44; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyeestrindən çıxarışa əsasən Cavabdeh, X33, X47, X48 və X16 birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinə şərq tərəfdən gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda belə bir yol mövcuddur. Sözügedən 1.14 ha torpaq sahəsinə qərb tərəfdən gediş-gəliş yolu mövcud deyil. RX seriyalı ******* (reyestr nömrəsi - **********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi-xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh, X33, X47, X48 və X16 birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinin 0,0588 ha hissəsi cavabdeh İddiaçı, 0,20 ha hissəsi cavabdeh X8 qanunsuz istifadəsindədir. Buna görə də həmin torpaq sahələrindən cavabdehlər İddiaçı və Leyli Hüseyinova çıxarılmalı, onlar tərəfindən hörülmüş dəmir tor hasar öz hesablarına sökülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası MülkiMəcəllənın 175.1-cimaddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Qanunun mənasından göründüyü kimi, öz sahəsindən ictimai yola keçidi olmayan torpaq sahəsinin mülkiyyətçisi qonşulardan tam əvəzi ödənilməklə ona zəruri keçid ayırmasını tələb edə bilər və tələb ilk növbədə keçidin daha yolverilən və daha az zərər vurduğu qonşuya yönəlməli, qarşılıqlı mənafelər nəzərə alınmalıdır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi- **********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - xx.xx.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyeestrindən çıxarışa əsasən Cavabdeh, X33, X47, X48 və X16 birgə mülkiyytinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.14 ha torpaq sahəsinə gedən yol yeri Mirzəbəyli bələdiyyəsinin mülkiyyətindədir. Lakin yol yeri cavabdeh X43 tərəfindən bağlanmışdır. Mülki işin məhkəmə araşdırılması zamanı bələdiyyənin sədri (nümayəndəsi) Vüqar Əliyev verdiyi izahatında həmin ərazidən (qərbdən şimala doğru, əsas yol istiqamətində 6 metr enində, uzunluğu həmin yola qədər) Cavabdeh yol yerilməsinə etiraz etmədiyini bildirmişdir. İşin sadalanan hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyeestrindən çıxarışa əsasən Cavabdeh, X33, X47, X48 və X16 birgə mülkiyytinə verilmiş 1,14 ha həyətyanı torpaq sahəsinə Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan Namaz Quliyev tərəfindən bağlanmış gedii-gəliş yolu açılmaqla sonuncu tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair iddia tələbləridə təmin edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçılar Cavabdeh, X33, Osmanova (Babayeva) Türanə Oqtay qızı, X46 və X26 cavabdehlər İddiaçı, X27, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X42rşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və onlar tərəfindən hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ına əsasən Cavabdeh, X33, X47, X46 və X19 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində 1,14 ha həyətyanı torpaq sahəsinin 0,0588 ha hissəsindən cavabdeh İddiaçı, 0,20 ha hissəsindən cavabdeh X27 çıxarılmalı və hörülmüş dəmir tor hasar onların hesabına sökülməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ına əsasən Cavabdeh, X33, X47, X46 və X19 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində 1,14 ha həyətyanı torpaq sahəsinə Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan, İddiaçı tərəfindən bağlanmış gedişgəliş yolu açılmalı və X43 tərəfindən manelər aradan qaldırılmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər İddiaçı və X13 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 295,10 (iki yüz doxsan beş manat on qəpik) manat məbləğində pul cavabdehlər İddiaçı və X13 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. HəminMəcəllənin119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçılar Cavabdeh, X33, Osmanova (Babayeva) Türanə Oqtay qızı, X46 və X26 cavabdehlər X43, X27, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi və müstəqil tələb irəli sürməyən şəxs Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X42rşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və onlar tərəfindən hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ına əsasən Cavabdeh, X33, X47, X46 və X19 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində 1,14 ha həyətyanı torpaq sahəsinin 0,0588 ha hissəsindən cavabdeh İddiaçı, 0,20 ha hissəsindən cavabdeh X27 çıxarılsın və hörülmüş dəmir tor hasar onların hesabına sökülsün. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ına əsasən Cavabdeh, X33, X47, X46 və X19 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində 1,14 ha həyətyanı torpaq sahəsinə Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan, İddiaçı tərəfindən bağlanmış gedişgəliş yolu açılsın və X43 tərəfindən manelər aradan qaldırılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər İddiaçı və X7 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 295,10 (iki yüz doxsan beş manat on qəpik) manat məbləğində pul cavabdehlər İddiaçı və X7 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar