Məhkəmə qərarları › İş №2(025)-531/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-531/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-531/2022 08.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kreditor "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti borclular X2 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə 28 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1149,86 ABŞ dolları əsas borc, 846,98 ABŞ dolları faiz borcu və 173,85 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 2170,69 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1249/2018 saylı, 28 iyun 2018-ci il tarixli məhkəmə əmri ilə xx.xx.1991-ci ildə Qəbələ rayonu Yengicə kəndində doğulmuş, Qəbələ şəhəri Z.Əliyeva küçəsi ev 19-da yaşayan Cavabdeh1 və xx.xx.1994-cü ildə Qəbələ şəhərində doğulmuş, Qəbələ şəhəri Şəhriyar küçəsi ev 13-də yaşayan Cavabdeh2 məhkəmə əmri icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentinə hesablanmaqla) kredit müqaviləsi 1149,86 ABŞ dolları əsas, 846,98 ABŞ dolları faiz və 173,85 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2170,69 ABŞ dolları məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat pul tutularaq "xxxx" İKB-nın xeyrinə ödənilməsi müəyyən edilmişdir. Qəbələ Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 18 iyun 2021-ci il tarixli qərardadı ilə borclu X3 tərəfindən verilmiş etiraz geri qaytarılmışdır. Qəbələ Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(025)-1249/2018 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və bаxılmаsı üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1818/2021 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı tam, həmin məhkəmənin 13 avqust 2021-ci il tarixli, 2(025)-1249/2018 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi, mülki iş məhkəmə əmrinə verilmiş etiraza baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(025)-1249/2018 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 2(025)-1249/2018 saylı, 28 iyun 2018-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və mülki iş iddia icraatına keçirilmişdir. Hazırkı mülki iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh X3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 1149,86 ABŞ dolları əsas, 846,98 ABŞ dolları faiz, 173,85 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 248,4 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2416,15 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2022-ci il tarixli, 9/3008 saylı rəyi məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə təqdim edərək, Cavabdeh1 ilə məhkəmədən kənar razılaşma olduğunu, bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 15-ci maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar