Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-535/2020 02.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə,İddiaçı x1 nümayəndəsiNümayəndə iştirakıilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh “İddiaçı" ASC-nin xeyrinə 26 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 699.28 AZN əsas borc, 15.77 AZN faiz borcu və 3.92 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 718.97 AZN borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh 26 oktyabr 2015-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 22 faizlə 27 ay müddətinə 1200 ABŞ dolları kredit götürmüşdür. 23.11.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 961.27 USD Mərkəzi Bankın 25.11.2018-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə ) konvertasiya edilməklə 1867.57 AZN təşkil edir, kreditin müddəti 25.11.2020-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il martın 29-dək Cavabdeh banka 26 oktyabr 2015-cü il tarixli kredit müqaviləsi üzrə 699.28 AZN əsas borc, 15.77 AZN faiz borcu və 3.92 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 718.97 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı x1 nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı «xxxxxx» İKB ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 26.10.2015-ci il tarixli 5-Y-1-0- 1446-15 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 1200 USD məbləğində illik 22 % olmaqla 27 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 26.10.2015-ci il tarixli 5-Y-1-0-1446-15 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 1200 USD məbləği illik 22 %-lə, 27 ay müddətinə aylıq 56,75 manat, son ayda isə 56.62 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 26.10.2015-ci il tarixdə 1200 USD məbləğində pul vəsaitini imza edərək qəbul etmişdir. İş materiallarında olan 26.10.2015-ci il tarixli 5-Y-1-0-1446-15 nömrəli kredit müqaviləsinə əlavə Sazişə əsasən kreditin qalıq məbləği 1086.05 USD Mərkəzi Bankın 25.11.2016-cı il tarixə olan məzənnəsi il konvertasiya edilməklə 1867.57 manat təşkil edir. Kredit müqaviləsinin müddəti 25.11.2020-ci il tarixə qədər uzadılır. İş materiallarında olan 25.11.2016-cı il tarixli ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh 1867.57 manat məbləği illik 19.76 %-lə, 48 ay müddətinə aylıq 56,59 manat, son ayda isə 56.73 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26.10.2015-ci il tarixli 5-Y-1-0-1446-15 nömrəli kredit müqaviləsi üzrə 699.28 manat əsas borcu, 15.77 manat faiz borcu və 3.92 manat cərimə borcu olmaqla, cəmi 718.97 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 18.12.2019-cu il tarixli arayışdan görünür ki, borclu Cavabdeh xx.xx.1973-ci ildə Qəbələ rayonu, Böyük Pirəlli kəndində doğulmuşdur həmin ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 16.12.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinə əsasən kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 29.03.2020-ci il tarixə Cavabdeh əsas borcu 699.28 manat, faiz borcu 15.77 manat, cərimə borcu 3.92 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 699.28 manat, faiz borcu üzrə 15.77 manat və cərimə borcu üzrə 3.92 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, 3.92 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib hesablanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh (borclu) Cavabdeh699 manat 28 qəpik əsas borc, 15 manat 77 qəpik faiz borcu və 3 manat 92 qəpik cərimə borcu olmaqla, cəmi 718 manat 97 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh699 manat 28 qəpik əsas borc, 15 manat 77 qəpik faiz borcu və 3 manat 92 qəpik cərimə borcu olmaqla, cəmi 718 manat 97 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-535/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-535/2020
02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver