Məhkəmə qərarları › İş №2(025)-542/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-542/2022

28.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-542/2022 28.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı cavabdehlər X3 və X1rşı “maddi ziyanın ödənilməsi, torpaq sahəsinin ölçülməsinə əsaslı şərait yaradılması və torpaqdan istifadə hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və X1rşı “maddi ziyanın ödənilməsi, torpaq sahəsinin ölçülməsinə əsaslı şərait yaradılması və torpaqdan istifadə hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələbində bir neçə cavabdehə bir biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlər tərəfindən istifadəsində və mülkiyyətində olan torpaq sahəsindəki fındıq, qovaq və göyrüş ağaclarının kəsilməsi nəticəsində ona dəyən maddi ziyanın ödənilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi əməkdaşlarının iştirakı ilə münaqişə predmeti sayılan 1,49 ha torpaq sahəsinin ölçülməsinə şərait yaradılması və torpaqdan istifadə hüququnun bərpa olunmasını tələb etmişdir. Göründüyü kimi hazırkı tələblər eyni tərəflər arasında olsa da, mahiyyət və predmet baxımından fərqlənən iddialardır. Ona görə də, hazırki iddia tələblərinin bir icraatda baxılması qeyrimümkündür. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmiş, iddiaçı tərəfindən tələbinin əsası ilə əlaqədar sübutların əsli və ya notarial qaydada təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı iddia ərizəsində qoşma kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin imtina məktubu, Qəbələ rayon Polis şöbəsinin imtina məktubunu əlavə etdiyini qeyd etsə də, sözügedən məktublar iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı özünün və cavabdehlərin eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi), o cümlədən əlaqə nömrələrini iddia ərizəsində göstərməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Bundan əlavə iddia ərizəsi iki cavabdehə qarşı verilsə də, onların hər birinə qarşı yönələn tələbin nədən ibarət olması iddia ərizəsində göstərilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlərdən maddi ziyanın tələb etsə də, maddi ziyanın konkret olaraq nə qədər olmasını göstərməmiş, bununla bağlı sübutları iddia ərizəsinə əlavə etməmiş və eyni zamanda hansı cavabdehdən nə qədər maddi ziyan tələb etməsini göstərməmişdir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən tələbinin əsası ilə əlaqədar sübutların əsli və ya notarial qaydada təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı iddia ərizəsinə sübut kimi əlavə etdiyi sənədlərin cavabdehə çatacaq surətlərini əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X3 və X1rşı “maddi ziyanın ödənilməsi, torpaq sahəsinin ölçülməsinə əsaslı şərait yaradılması və torpaqdan istifadə hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar