Məhkəmə qərarları › İş №2(025)-550/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-550/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-550/2023 06.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Kərı̇ mov Sədı̇ yar Fı̇ rı̇ dun oğlunun cavabdeh İbrahı̇ mov Elşən Ağamı̇ rzə oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Kərı̇ mov Sədı̇ yar Fı̇ rı̇ dun oğlunun, iddiaçının vəkili Vəkil və cavabdeh İbrahı̇ mov Elşən Ağamı̇ rzə oğlunun iştirakları ilə, İddiaçı Kərı̇ mov Sədı̇ yar Fı̇ rı̇ dun oğlunun cavabdeh İbrahı̇ mov Elşən Ağamı̇ rzə oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Kərı̇ mov Sədı̇ yar Fı̇ rı̇ dun oğlu cavabdeh İbrahı̇ mov Elşən Ağamı̇ rzə oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İbrahı̇ mov Elşən Ağamı̇ rzə oğlundan 11235.40 (on bir min iki yüz otuz beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti və 127.74 (bir yüz iyirmi yeddi manat yetmiş dörd qəpik) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Qəbələ şəhəri, M.P. Vaqif küçəsi, ev 32də yaşayan Cavabdeh onunla qonşuluqda yaşadığından tanımış və həmin şəxs 2017-ci ilin oktyabr ayında təxminən 3 ay olardı ki, işlətmədiyi bağlı qalmış “Ulduz” marketi şərikli işlətməyi ona təklif etmişdir. O da işə başlamamışdan əvvəl 10.000 manatdan yuxarı malı olan maqazindəki yararsız saxlanılma müddəti ötmüş mallar götürülüb çıxıldıqdan sonra ümümi yerdə qalan malları hesablamış və 5.214 manat 80 qəpik məbləğində olmuş, xx.xx.2017-ci il tarixində mal alınmasına görə 5.000 manat və əlavə olaraq xx.xx.2017-ci il tarixində 5.000 USD(8.485 manat) pul vermişdir. Ümimilikdə xx.xx.2017-ci il tarixində maqazində olan malın pulu və mal alınmasına görə verilən pul 18.714 manat 80 qəpik təşkil etmişdir. xx.xx.2017-ci ildən 2018-ci ilin iyul ayına kimi “Ulduz” marketi aralarında olan razılaşmaya uyğun Cavabdeh ilə şərikli işlətmiş və maqazin gəlirlə işləmiş, həmçinin həmin şəxs ümumi məbləğdən ödənişlər də etməklə xx.xx.2018-ci il tarixdə ona veriləcək qalıq borc 14.675 manat 40 qəpik təşkil etmişdir. xx.xx.2018-ci il tarixindən aralarında olan razılaşmaya görə maqazini özü işlətməli və hər ay icarə haqqı ilə birlikdə ümumi borcdan ödənişlər etməli idi. Cavabdeh xx.xx.2019-cu il tarixinədək 866 manat 50 qəpik ödəniş etmiş və ümumi borcu 13.808 manat 90 qəpik olmuşdur. xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək maqazin fəaliyyətini dayandırdığı günə kimi tanış kafeyə verdiyi nisyə 908 manat pulu da həmin borcdan çıxmış və onun ona olan borcu 12.900 manat 90 qəpik olmuşdur. Maqazində olan malları isə (1214 manat 50 qəpik dəyərində olan spirtli işkilər qaytarmaqla və ümumi borcdan çıxılmaqla) həmin şəxs yaxınlıqda olan maqazinə köçürmüş və maqazindəki olan mallara görə olan 11.686 manat 40 qəpik borcunu hissə-hissə qaytaracağını bildirmişdir. O da onun bu sözünə inanmış və razılaşmışlar. Sonuncu ödənişlər isə xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixindək ona olan borcundan cəmi (43.40+407.60) 451 manat pul qaytarmış və hal-hazıradək 11.235 manat 40 qəpik borcu qalmışdır, Bütün bu alış-verişlər, ona ödəməli olduğu borcu öz xətti ilə ilə yazılmış dəftərdə də öz əksini tapır. Dəfələrlə o ona olan borcunu qaytarmasını təkidlə nəzərinə çatdırmağına baxmayaraq, müxtəlif bahanələrlə “kimdənsə alıb verəcəyini, bankdan kredit götürəcəyini və s.” deməsinə baxmayaraq hal-hazıradək pul borcunu qaytarmamışdır. Son günlərə kimi cavabdehin ona olan borcunu qaytaracağına ümid edirdi. Artıq məlum oldu ki, cavabdeh ona olan borcunu qaytarmaq fikrində deyil, bundan imtina edir. O da məcbur olaraq şikayət ərizəsi ilə prokurorluğa müraciət edərək Cavabdeh etdiyi hərəkətlər barədə məlumat vermişdir. Şikayəti aidiyyatı üzrə göndərilmiş və Qəbələ RPŞ-si araşdırma aparıldıqdan sonra müvafiq şikayətində göstərilən xüsusatların onların səlahiyyətinə aid olmadığını, aidiyyatı üzrə məhkəməyə müraciət etməyini bildirdilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə iddiaçı Kərı̇ mov Sədı̇ yar Fı̇ rı̇ dun oğlu və iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh İbrahı̇ mov Elşən Ağamı̇ rzə oğlu iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçıya məxsus olan Ulduz” marketi şərikli işlətməyi ilə razılaşmışdır. Mağazanı doldurub mal almaq üçün Kərı̇ mov Sədı̇ yar Fı̇ rı̇ dun oğlundan 5000 manat və 5000 ABŞ dolları borc almışdır. O da həmin pula mal almış mağazanı işlətməyə başlamışdır. Mağazanı işlədəndə o da özünə məxsus olam avtomobli satıb həmin pulu mağazanın işlədilməsinə sərf etmişdir. 2 il 7 ay iddiaçıya arenda kimi hər ay 400 manat pul ödəmişdir. Bundn əlavə iddiaçı hər gün işlətdiyi restorana mağazadan mal aparırdı, pulunu axşama qaytaracaq deyib qaytarmamışdır. İddaçı restorana apardığı malın dəyəri 6200 manat olmuşdur. Bir müddət sonra iddiaçı ona mağazanı başqa şəxsə icarəyə verəcəyini bildirib mağazanı boşaldılmasını tələb etdi. Məcbur olub bağqa mağazanı icarəyə götüb mağazanı oraya boşaltmışdır. Bir müddət həmin mağazanı işlətmiş, lakin gəlir əldə etmədiyi üçün mağazanı bağlayaraq malı həyətə boşaltdırmış, müddəd keçən malları da tullamışdır. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur, olan borcunu mal şəkildə qaytarmışdır. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qohumdur, cavabdehi də tanıyır. O, dəfələrlə iddiaçının cavabdeh ilə borcla bağlı söhbətlər edən zaman yanlarında olmuşdur. Hər dəfə iddiaçı cavabdehdən pul istəyəndə pulu olmadığını, olanda qaytaracağını bildirmişdir. Cavabdehin iddiaçıya nə qədər borcu olduğunu bilmir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, iddiaçı ilə cavabdehi tanıyır. Onların şərikli mağazanı işlətdiyini, Elşənin Sədiyara pul borclu olduğunu ancaq nə qədər borcu olduğunu bilmir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, iddiaçı ilə cavabdehi tanıyır. Onlar bir müddət şərikli olaraq mağaza işlətmişlər. X7 pul borclu olduğunu eşitmiş, lakin nə qədər borcu olduğunu bilmir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, iddiaçı ilə cavabdehi tanıyır. Elşən ilə Sədiyar bir müddət şərikli olaraq mağaza işlətdiyini, həmin mağazanı işlədən zaman Elşənin Sədiyara pul borclu olduğunu, lakin nə qədər borcu olduğunu bilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh Qədı̇ rov Xəyal Akı̇ f oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə təeəfələrin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Kərı̇ mov Sədı̇ yar Fı̇ rı̇ dun oğlunun şikayəti əsasında İbrahı̇ mov Elşən Ağamı̇ rzə oğlu barəsində Qəbələ rayon Polis Şöbəsində aparılmış araşdırma nəticələrinə dair sənədlərdən görünür ki, İddiaçı məxsus olan “Bərəkət” marketin 2017-ci ildə bağladığını, dükanın bağlı qalmasından 3 ay müddət keçmiş Cavabdeh İddiaçı bağlı qalan dükanı yenidən işlək vəziyyətə gətirərək şərikli işlətməkləri ilə bağlı təklif verdiyini, bu təklifdən sonra onlar şərikli pul qoyaraq dükanı yenidən işlək vəziyyətə gətirdiklərini, 1 ilə yaxın müddətdə dükanın şərikli işlədildiyini, bundan sonra onlar razılaşmasına əsasən İddiaçı dükanı Cavabdeh icarəyə verdiyini və aylıq 400 manat məbləğində ona kirayə haqqı verdiyini və bu kirə haqqından əlavə olaraq satılan malların aylıq pulundan İddiaçı şərikli olduqları zaman verilən pulun əvəzində aylıq pay qaytardıqlarını bildirmişlər. 2020-ci ildə dükan bağlandığı üçün mallar satılmamış və buna görə də şərikli olunduğu zaman qoyulan puldan Cavabdeh İddiaçı 11235 manat 40 qəpik borcu qaldığını İddiaçı izahatına əlavə etmişdir. Aparıİmış araşdırmanın nəticəsində İddiaçı müraciətində göstərdiyi xüsusatların mülki xarakterli olması məlum olmuşdur. Müraciətində göstərdiyi xüsusatlarla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi barədə İddiaçı rəsmi cavab məktubu göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər mağaza ilətmək üçün müəyyən razılığa gəlmiş, bunun üçün iddiaçı cavabdehə müəyyən pul məbləği vermiş, cavabdeh mağazaya mal alıb doldurmaq üçün iddiaçıdan 5000 manat bir və əlavə olaraq 5000 ABŞ dolları aldığını etiraf etmiş, lakin pulun qaytarıldığını göstərsədə bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Son nəticə etibarı ilə cavabdehin iddiaçıya 11.235 manat 40 qəpik borcu qalmışdır. İddiaçı məcbur olub Qəbələ RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək, cavabdeh İbrahı̇ mov Elşən Ağamı̇ rzə oğlunun etdiyi hərəkətlər barədə məlumat vermişdir. Qəbələ RPŞ-da araşdırma aparıldıqdan sonra məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Daha sonra, iddiaçı Kərı̇ mov Sədı̇ yar Fı̇ rı̇ dun oğlu cavabdeh İbrahı̇ mov Elşən Ağamı̇ rzə oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh İbrahı̇ mov Elşən Ağamı̇ rzə oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, İbrahı̇ mov Elşən Ağamı̇ rzə oğlu iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və 11235.40 (on bir min iki yüz otuz beş manat qırx qəpik) manat məbləğində pul, iddiaçıya cavabdeh tərəfindən qaytarılmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 127.74 (bir yüz iyirmi yeddi manat yetmiş dörd qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh İbrahı̇ mov Elşən Ağamı̇ rzə oğlundan 11235.40 (on bir min iki yüz otuz beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti və 127.74 (bir yüz iyirmi yeddi manat yetmiş dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Kərı̇ mov Sədı̇ yar Fı̇ rı̇ dun oğluna ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh İbrahı̇ mov Elşən Ağamı̇ rzə oğlundan 11235.40 (on bir min iki yüz otuz beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti və 127.74 (bir yüz iyirmi yeddi manat yetmiş dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Kərı̇ mov Sədı̇ yar Fı̇ rı̇ dun oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar