Məhkəmə qərarları › İş №2(025)-556/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-556/2020

16.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-556/2020 16.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı x5 nümayəndəsi x6, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı x5 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı x7 cavabdehlər Cavabdeh1, x3 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, x3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 30 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1150,84 ABŞ dolları əsas, 634,03 ABŞ dolları faiz, 458,55 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.11.2017-ci il tarixdən 20.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 239,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2482,97 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 25 iyun 2020-ci il tarixdə İddiaçı x5 məhkəmə orqanları ilə iş şöbəsinin müdiri İsa Hacıyev məhkəməyə iddia tələbinə əlavə barədə ərizə göndərərək, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və x2 qarşı “borcun tutulması” tələbinə dair 2(025)-556/2020 saylı mülki iş üzrə cavabdeh x1 hüquqi varisi Qəbələ rayonu, Aydınqışlaq kəndində yaşayan arvadı Cavabdeh3 ilə əvəz olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASCnin xeyrinə 30 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1150,84 ABŞ dolları əsas, 634,03 ABŞ dolları faiz, 458,55 ABŞ dolları cərimə borcu olmaqla 19.11.2017-ci il tarixdən 20.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 239,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2482,97 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 30 yanvar 2014-cü il tarixli kredit müqaviləsinə əsasən «xxxxxx» İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 6.400 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq x3 ilə 30 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 19.11.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 19.11.2017-ci il tarixədək təyin edilir. «xxxxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən Cavabdeh1 kompensasiya verilmiş və bununla da Cavabdeh1 əsas borcu 1454,32 ABŞ dolları azaldılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il aprelin 20-dək Cavabdeh1 banka 30 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1150,84 ABŞ dolları əsas, 634,03 ABŞ dolları faiz, 458,55 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 2243,42 ABŞ dollar borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan başqa 20 aprel 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 30 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1150,84 ABŞ dolları əsas, 634,03 ABŞ dolları faiz, 458,55 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.11.2017-ci il tarixdən 20.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 239,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2482,97 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi x6 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı «xxxxxx» İKB-nin nümayəndəsi x6 həmçinin göstərdi ki, Cavabdeh1 tələb olunan faiz borcu 30.01.2014-cü il tarixli 5-M-1-0-275-14 nömrəli kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni 19.11.2017-ci il tarixə olan faiz borcudur. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək göstərdi ki, onunla «xxxxxx» İKB ASC arasında bağlanmış 30.01.2014-cü il tarixli 5-M-1-0-275-14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 28 faizlə 24 ay müddətə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq x3 və Cavabdeh2 ilə 30.01.2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. O, bir müddət ödənişləri etsə də, sonradan ölkədə devalvasiyaların baş verməsi nəticəsində ödənişlərini dayandırmaq məcburiyyətində qalmışdır. Bank ona əsas borcunu ödədikdən sonra digər borcların silinməsini təklif etmişdir. Lakin onun hal-hazırda əsas borcu ödəməyə maddi imkanı çatmır. Hazırda ondan həddindən artıq məbləğdə faiz və cərimə borcu tələb olunur ki, bu da onun maddi vəziyyətini olduqca ağırlaşdıracaqdır. O, hazırda borcunu birdəfəyə ödəmək iqtidarında deyil. Borcunu yalnız hər ay müəyyən məbləğdə hissə-hissə ödənişlər etməklə ödəyə bilər. Odur ki, Cavabdeh1 məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən etiraf edərək göstərdiki, Cavabdeh1 ilə iddiaçı «xxxxxx» İKB arasında bağlanmış 30.01.2014-cü il tarixli 5-M-1-0-275-14 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 28 faizlə 24 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda onunla iddiaçı bank arasında həmin tarixdə zaminlik müqaviləsi imzalanmış və o borcun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 bir müddət ödəniş etmiş, lakin ölkədə baş vermiş devalvasiyalar nəticəsində ödənişlərində ləngimələr yaranmışdır. Sonuncu hazırda borcunu birdəfəyə ödəmək iqtidarında deyil. Borcunu yalnız hər ay müəyyən məbləğdə hissə-hissə ödənişlər etməklə ödəyə bilər. Odur ki, Cavabdeh2 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh x1 vərəsəsi Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, «xxxxxx» İKB ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 30.01.2014-cü il tarixli 5-M-1- 0-275-14 nömrəli Kredit müqaviləsinə əsasən Borc alana 6.400 ABŞ dolları məbləğində illik 28 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 30.01.2014-cü il tarixli 5-M-1-0-275-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 6,400 ABŞ dolları məbləği illik 28 %-lə, 24 ay müddətinə aylıq 352 ABŞ dolları, sonuncu ay isə 333 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.2.14 və 8.2-ci bəndlərinə görə, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün Banka dəbbə pulu ödəməlidir. İş materiallarında olan 30.01.2014-cü il tarixli 5-M-1-0-275-14 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, müqaviləyə əsasən “xxxxxx” İKB ASC-i “Borcalan” Cavabdeh1 6400 ABŞ dolları məbləğində krediti istehlak məqsədi ilə, 24 ay müddətinə, illik 28 % faiz dərəcəsi olmaqla kredit verilmişdir. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən “Zamin” və “Borclu” Bank qarşısında birgə cavabdehdirlər. İş materiallarında olan 07 aprel 2015-ci il tarixli « 30.01.2014-cü il tarixli 5-M-1-0-275-14 nömrəli BANK HESAB, KREDİT VƏ ZAMİNLİK müqaviləsinə Əlavə»nin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə üzrə kredit müqaviləsinin 1.2.6, 1.2.8 və 1.2.11-ci bəndlərinə dəyişikliklər edilərək, kreditin qaytarılma müddəti 24 aydan 32 aya, kreditin qaytarılma tarixi 30.09.2016-ci ilə, kreditin qaytarılma faizi isə 26 %-ə dəyişdirilmişdir. Həmçinin, edilmiş dəyişikliyə uyğun olaraq yeni ödəniş cədvəli tərtib olunmuş və Cavabdeh1 kreditin qalıq hissəsini birinci ay 332,51 ABŞ dolları, sonrakı aylar 239,35 ABŞ dolları, sonuncu ay isə 239,45 ABŞ dolları məbləğində ödənişlər etməklə 18 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 19 noyabr 2015-ci il tarixli «30.01.2014-cü il tarixli 5-M-1-0-275-14 nömrəli BANK HESAB, KREDİT VƏ ZAMİNLİK müqaviləsinə Əlavə»nin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə üzrə kredit müqaviləsinin 1.2.6, 1.2.8 və 1.2.11-ci bəndlərinə dəyişikliklər edilərək, kreditin qaytarılma müddəti 24 aydan 45 ay 19 günə, kreditin qaytarılma tarixi 19.11.2017-ci ilə, kreditin qaytarılma faizi isə 26 %-ə dəyişdirilmişdir. Həmçinin, edilmiş dəyişikliyə uyğun olaraq yeni ödəniş cədvəli tərtib olunmuş və Cavabdeh1 kreditin qalıq hissəsini aylıq 140,35 ABŞ dolları, sonuncu ay isə 140,41 ABŞ dolları məbləğində ödənişlər etməklə 24 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda Cavabdeh2 isə kredit müqaviləsi üzrə borcalanın bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür və öhdəliyin icrası üçün onlar bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 20.04.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30.01.2014-cü il tarixli 5-M-1-0-275-14 nömrəli kredit müqaviləsi üzrə 1150,84 ABŞ dolları əsas, 634,03 ABŞ dolları faiz, 458,55 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.11.2017-ci il tarixdən 20.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 239,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2482,97 ABŞ dolları borcu vardır. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 13.05.2015-ci ildə vəfat etmiş x1 vərəsəsi Qəbələ rayonu, Aydınqışlaq kəndində yaşayan arvadı Cavabdeh3dır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 03.12.2011-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1973-cü il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 18.09.2010-cu il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2xx.xx.1975-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 30.01.2014-cü il tarixdə 6400 ABŞ dollarını imza edərək qəbul etmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1, x3 və Cavabdeh2 ünvanlanmış 23.04.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 sonuncu dəfə 19.04.2019-cu il tarixdə 1,135.95 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsvirici-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh (zamin) x1 vərəsəsi Cavabdeh3 münasibətdə iddia tələbi qismən əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mərhum x1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsisi olan Cavabdeh3 07.11.2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh (mərhum) x1 vərəsəsi Cavabdeh3 kreditor (iddiaçı) qarşısında məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə əsas borc tələbi ondan tutulmalıdır. Həmçinin məhkəmə zamanı Cavabdeh3 (vərəsənin) təqsirli hərəkətləri nəticəsində öhdəliyin icra və lazımınca icra edilməməsi müəyyən edilməmişdir. Cavabdeh (zamin) x3 2015-ci ildə vəfat etsə də, İddiaçı ASC tərəfindən məhkəmə zamanı onun ölməsi məlum olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh (zamin) x1 vərəsəsi Cavabdeh3 əsas borcun tutulması hissəsində əsaslı, digər borclara münasibətdə əsaslı deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 19.11.2017-ci il tarixə (müqavilə müddəti bitən tarixə) Cavabdeh1 faiz borcu 634,03 ABŞ dolları olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehlərdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 1150,84 ABŞ dolları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faiz borcu üzrə isə 634,03 ABŞ dolları borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 458,55 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 5 ABŞ dollarına endirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, kredit müqaviləsi üzrə 19.11.2017-ci il tarixdən 20.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 239,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər (borclu)Cavabdeh1, (zaminlər) x1 vərəsəsi Cavabdeh3 və Cavabdeh2 24 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla müştərək qaydada 1150,84 ABŞ dolları əsas borc, eyni zamanda cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla müştərək qaydada 634,03 ABŞ dolları faiz, 5 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.11.2017-ci il tarixdən 20.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 239,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1, (zaminlər) x1 vərəsəsi Cavabdeh3 və Cavabdeh2 24 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla müştərək qaydada 1150,84 ABŞ dolları əsas borc, eyni zamanda cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla müştərək qaydada 634,03 ABŞ dolları faiz, 5 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.11.2017-ci il tarixdən 20.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 239,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar