Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-565/2021 30.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərcləri” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 noyabr 2009-cu il təvəllüdlü Muradova Aişə Mənsur qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin artırılaraq hər ay 175 manat sabit pul məbləğində alimentin və müalicə xərclərinin ödənilməsi üçün hər ay 250 manat, əməliyyat olunması 5000 manat pul vəsaitinin məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 24 oktyabr 2008-ci ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 27 noyabr 2009-cu ildə Muradova Aişə Mənsur qızı anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah Qəbələ rayon Məhkəməsinin 06 iyun 2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahdan anadan olmuş övladı Aişənin onun himayəsinə verilməsi, uşağın saxlanılması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda, maddi vəziyyəti ağırdır. Uşağın ehtiyaclarını təkbaşına qarşılaya bilmir. Həmçinin övladı anadangəlmə çəpgözdür və bundan əziyyət çəkir. Onun müalicəsi və əməliyyatı mütləqdir. Həkim tezliklə əməliyyat olunmazsa bunun təhlükə yarada biləcəyini bildirib. Qeyd olunan əməliyyat üçün 5000 manal pula ehtiyac var. Cavabdeh uşağı ilə qətiyyən maraqlanmır, alimenti ödəməkdən boyun qaçırır. Uşağın müəyyən qədər xəstəxana xərcləri var ki, heç birini elətdirə bilmir. Çünki müayinə və müalicəsi kifayət qədər pul vəsaiti hesabına başa gəlir. Bacardığı qədər müalicəsini davam etdirmiş, lakin hazırki dövrdə artıq maddi durumu buna imkan vermir. Bu da artıq bir valideyn kimi onu narahat edir. Cavabdehin uşağına maddi dəstək ola biləcək imkanı var və bu onun atalıq borcudur. Bütün bunları nəzərə alaraq, o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehə dəfələrlə bildirmişdir ki, uşağın müalicəsinə və əməliyyatına külli miqdarda pul lazımdır. Lakin cavabdeh bütün bunlara məhəl qoymurdu. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, Bakıda fermada çoban kimi qeyri-rəsmi işləyir. 300 manat maaş alır, onun 100 manatını alimentə ödəyir. Özü də xəstədir, ürəyindən əməliyyat olunub, bu səbəbdən daha ağır işlərdə fəhlə kimi işləyə bilmir. Özünün təzə qurduğu ailəsi, 2 uşağı vardır. Qazancı az miqdarda olduğu üçün ərizədə göstərilən məbləği ödəməyə çətinlik çəkəcək. Odur ki, cavabdeh göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ rayon Nic qəsəbə İ.Ə.D-si tərəfindən 02 iyul 2012-ci il tarixdə verilmiş AZ-lİ № 925999 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, Muradova Aişə Mənsur qızı 27 noyabr 2009-cu ildə Qəbələ şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 01 sentyabr 2012-ci il tarixdə verilmiş AZ-İ № 145567 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikah 01 sentyabr 2012-ci il tarixdə ləğv edilmiş və bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 47 nömrə ilə qeyd aparılmışdır. Nikah ləğv olunandan sonra ərə Muradov, arvada İslamova soyadı verilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 06.06.2012-ci il tarixli 2(025)-113/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaı qismən təmin edilmiş, Cavabdeh ilə X5 arasında 24 oktyabr 2008-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 149 nömrə ilə bağlanmış nikah pozulması, Cavabdeh ilə X1 nikahından 27 noyabr 2009-cu ildə anadan olmuş X4 anası X1 yanında qalması, Cavabdehdan hər ay qazancının və ya baqşqa gəlirlərinin (1/4) dörddə bir hissəsi miqdarında aliment, 25 yanvar 2012-ci il tarixdən başlayaraq birgə nikahdan 27 noyabr 2009-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anası X2 nəfinə verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 16.02.2018-ci il tarixli 2(025)-251/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaı qismən təmin edilmiş, 27 noyabr 2009cu il tarixdə anadan olmuş Muradova Aişə Mənsur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2014-cü il tarixli, 2(025)-1198/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilərək, Muradova Aişə Mənsur qızının yetkinlik yaşma çatanadək saxlanılmas üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğ aliment qətnamə qanuni qüvvəsini aldığı vaxtdan tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni zamanda, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat təşkil etdiyi halda, 2021-ci ildə bu məbləğ 175 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün 100 manat miqdarında aliment vəsaiti yetərli sayıla bilməz. Ancaq məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi Muradova Aişə Mənsur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat həddində artırılmasını da ədalətli və qanunauyğun hesab etmir. İddiaçı cavabdehin əlavə gəlirlərin, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi tibbi sənədlərdən göründüyü kimi, tərəflərin birgə nikahdan doğulmuş övladları - 27 noyabr 2009-cu il təvəllüdlü Muradova Aişə Mənsur qızının sağlamlıq durumu ilə bağlı ciddi narahatçılığı olmaqla, mütəmadi müayinəyə və davamlı müalicəyə ehtiyacı var. Cavabdeh öz övladının sağlamlıq durumunun bu vəziyyətdə olmasından xəbərdardır, həmin halı mübahisələndirmir, lakin maddi imkanın aşağı olduğunu bildirir. Ailə Qanunvericiliyinə əsasən valideyn övladının digər zəruri xərclərinin təmin edilməsində iştiraka cəlb edilə bilər (Ailə Məcəlləsinin 81-ci maddəsi). Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehdən uşağın əməliyyat olunması üçün 5000 manat pulun tutulmasını iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 27 noyabr 2009-cu il təvəllüdlü Muradova Aişə Mənsur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment və müalicə xərcləri üçün hər ay əlavə 60 (altmış) manat pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia tələbi qismən təmin edilsin. 27 noyabr 2009-cu il təvəllüdlü Muradova Aişə Mənsur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment və müalicə xərcləri üçün hər ay əlavə 60 (altmış) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-565/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-565/2021
30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver