Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-57/2024 14.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq 2010-cu ildə Qəbələ rayonu Məlikli kəndində yerləşən 1,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınmasından ötrü ödənilmiş 1500,0 manat məbləğində nağd pul vəsaitinin infilyasiya nəzərə alınmaqla indeksasiya olunaraq geri qaytarılması və 100,0 manat dövlət rüsumu alınıb xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan JN 0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən sərhədləri göstərilmiş Qəbələ rayonu Məlikli kəndində yerləşən 1,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2010-cu ildə Cavabdeh cəmi 1.200,0 manat ödəyərək satınalma yolu ilə əldə etmiş və JN 0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının əsli ona verilmişdir. Torpaq sahəsi həmin vaxtdan etibarən onun sahibliyində olmuş və peyinlənib əkinə yararlıvəziyyətə gətirilərək təyinatı üzrə istifadə edilmişdir. Cavabdeh aralarında bağlanmış alqı-satqı müqavilənin notariat qaydasında təsdiq olunmamasından istifadə edərək ötən il torpaq sahəsini tələb edərək geri almışdır. Ona görə də, JN 0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu Məlikli kəndində yerləşən 1,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınmasından ötrü ödənilmiş 1200,0 manat məbləğində nağd pul vəsaitinin və sərf edilən 300,0 manat məbləğində yol xərclərinin infilyasiya nəzərə alınmaqla indeksasiya olunaraq geri qaytarılması haqqında iddia qaldırmışdır. Cavabdeh Qəbələ rayon polis şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, JN 006 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən Planda sərhədləri göstərilmiş Qəbələ rayonu Məlikli kəndində yerləşən 2,99 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi islahat nəticəsində onun və ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 1,99 ha hissəsini 2010-cu ildə İddiaçı satmış və ondan 1200,0 manat alaraq torpağın idarəetməsini faktiki surətdə ona vermişdir. Lakin torpaq sahəsinin sənədləri özündə qalmış və alqı-atqı rəsmiləşdirilməmişdir. İşdə olan JN-0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən, Qəbələ rayon AİK-nin 19 dekabr 1997-ci il tarixli 28 nömrəli qərarı ilə Qəbələ rayonunun Məlikli kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.99 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X10, X4, Cavabdeh, X6, X7 və X1 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan X16, X5, X3, X2, X11, X17 və İddiaçı tərəfindən tərtib edilmiş Akta əsasən, 2010cu ildə Cavabdeh JN-0076 nömrəli Dövlət aktına əsasən ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu Məlikli kəndində yerləşən 2.99 ha torpaq sahəsindən 1.82 ha İddiaçı satmışdır. İşdə olan AR ƏN MEM-i tərəfindən verilmiş 16 may 2024-cü il tarixli 3-16-16/2-9/9303/2023 nömrəli rəydə göstərilmişdir ki, 01 yanvar 2010-cu il tarixdən 04 sentyabr 2023-cü il tarixədək AR Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə 1.500,0 manat = 3.264,00 manat : 1.200,00 manat = 2.611,20 manat müəyyən edilir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ailə üzvlərinin (X10, X4, Cavabdeh, X6, X7 və X1) ümumi birgə mülkiyyətində olan JN 006 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən Planda sərhədləri göstərilmiş Qəbələ rayonu Məlikli kəndində yerləşən 2,99 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1,99 ha hissəsini 2010cu ildə İddiaçı 1200,0 manta şifahi qaydada satmış və sonradan müqavilədən birtərəfli qaydada imtina edərək torpaq sahəsini geri qaytarmışdır. AR Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavlə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb -sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, JN 006 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən Planda sərhədləri göstərilmiş Qəbələ rayonu Məlikli kəndində yerləşən 2,99 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1,82 ha hissəsinin özgəninkiləşdirilməsinə dair İddiaçı ilə Cavabdeh arasında 2010-cu ildə bağlanmış müqavilə notariat qaydasında təsdiqlənmədiyindən etibarsızdır və əmlak əldə edilməsi üçün əsas olmadığından həmin müqavilə üzrə alınanlar geri qaytarılmalıdır. Manatın rəsmi devalivasiya nəticəsinə nominal dəyərini itirməsi və ötən müddətdə bazar qiymətlərində müşahidə edilən əhəmiyyətli artım nəticəsində real dəyəyərinin mütənasib qaydada azalması ilə əlaqədar İddiaçı alınan pulun eyni ilə qaytarılması mümkün olmadığından əvəzində həmin məbləğin hazırkı bazar qiymətlərinə uyğun ekvivalenti ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 2611,0 (iki min altı yüz on bir) manat əsas borc və 47,0 (qırx yeddi) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(025)-57/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-57/2024
14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver