Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-577/2023 20.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlaklakdan istifadəyə görə əldə olunan gəlirlə bağlı mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlunun və onun vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Həşı̇ mov Əbdürəhman Həsən oğlunun iştirakları ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlunun qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh Həşı̇ mov Əbdürəhman Həsən oğluna qarşı “pul” tələbinə dair ilkin iddia üzrə, Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh Həşı̇ mov Əbdürəhman Həsən oğlunun ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğluna qarşı “pul” tələbinə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlu qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh Həşı̇ mov Əbdürəhman Həsən oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə cavabdeh Həşı̇ mov Əbdürəhman Həsən oğlundan 4558 (dörd min beş yüz əlli səkkiz) manat pulun və ödədiyi dövlət rüsumunun alınab ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşamış və hazırda da orada yaşayır. Hələ kolxoz dövründən mübahisə predmeti olan 0,19 ha torpaq sahəsi ailəsinin istifadəsində olmuş və orada fındıq, şabalıd və qoz ağacları əkib becərmişdir. Bu günə qədər də oradan istifadə edirlər. Torpaq sahəsinin ətrafının hasarlanması üçün dəmir tordan istifadə etmiş, tikanlı məftil, basdırmalar basdırmış və torpağın yaxşılaşdırılması üçün nə lazımdırsa etmişdir. 2022-ci ilin sentyabr ayına qədər cavabdehlə aralarında torpağa dair heç bir mübahisə olmamışdır. Mübahisə predmeti olan 0,19 ha torpaq sahəsini öz torpağı bilmiş və buna görə də qulluq göstərməklə bütün zəruri işləri görmüşdür. 2022ci ilin sentyabr ayında Qəbələ Rayon Məhkəməsindən ona cavabdeh kimi çaırış gəlmiş və məhkəmədə həmin torpaq sahəsinin mülkiyyətçisinin Həşı̇ mov Əbdürəhman Həsən oğlu olmasını bilmişdir. Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(025)-78/2022 saylı qətnaməsi ilə 0,19 ha torpaq sahəsinin ondan alınaraq Həşı̇ mov Əbdürəhman Həsən oğlu verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə hər hansı bir iradı yoxdur. Lakin qeyd etdiyi kimi orada meyvə ağacları əkmiş, qoruyub saxlamış və ətrafına 180 manat xərc çəkərək hasarlamışdır. Bununla belə Həşı̇ mov Əbdürəhman Həsən oğlu aqrar islahatı keçiriləndən ona hər hansı irad bildirməmişdir. Torpaqda çəkilən xərclər də daxil olmaqla hər bir topanın qiyməti 144 manat olmaqla 17 topa fındıq - dəyəri 17 x 144 = 2448 manat, hər birinin dəyəri 55 manat olan 14 ədəd qoz ağacı - dəyəri 14 x 55 = 770 manat, hər birinin dəyəri 80 manat olmaqla 12 ədəd şabalıd ağacı dəyəri - 12 x 80 = 960 manat və hər birinin dəyəri 20 manat olmaqla 10 ədəd qovaq ağacı dəyəri - 10 x 20 = 200 əkmiş və becərmiş, cəmi 2448 + 770 + 960 + 200 + 180 = 4558 manat xərc çəkmişdir. Əkdiyi meyvə ağaclarının yaxşı bar verdiyini görən Həşı̇ mov Əbdürəhman Həsən oğlu torpaq sahəsinin mülkiyyətində olmasından sui-istifadə edərək torpaq sahəsindən istifadəyə mane olan hallara son qoyulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İndi o, çəkdiyi xərcləri Həşı̇ mov Əbdürəhman Həsən oğlundan tələb edir. Çünki o, ötən 25 ildən bəri orada bağ saldığını görsə də dözümlülük göstərmişdir ki, bu da ona tələbində haqlı olduğuna əsas verir. Yəni Həşı̇ mov Əbdürəhman Həsən oğlu meyvə ağaclarının bar verməsini gözləmiş bundan sonra ona qarşı iddia qaldırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh Həşı̇ mov Əbdürəhman Həsən oğlu ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlundan 4800 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh Həşı̇ mov Əbdürəhman Həsən oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ona və 8 nəfər ailə üzvlərinin mülkiyyətinə 0,19 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0065 saylı kodu 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktl ilə adlarına rəsmiləşdirilmişdir. Mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra cavabdehdən həmin torpaq sahəsinindən qanunsuz istifadənin dayandırılmasını dəfələrlə tələb etsələr də cavabdeh uzun illər müxtəlif bəhanələrlə - başqa torpaqla əvəzləşdirəcəyi, əvəzində pul verəcəyi kimi vədlər versə də sözünə əməl etməmiş, torpaq üzərində mülkiyyət hüquqularını pozmuşdur. Məcbur olub zəbt olunmuş torpaq sahəsinin boşaldılması, törədilən maneələrə son qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-781/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə icra olunmuş, 0,19 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərpa olunmaqla torpaqdan istifadəyə törədilən maneələrə son qoyulmuşdur. Buna görə də hesab edir ki, Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlunun ilkin iddia tələbi tam əsassızdır. O, uzun illər həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə mülkiyyətçi olaraq əldə etdikləri gəlirdən onları məhrum etmiş, torpaqdan istifadəyə maneələrə son qoyulduqdan sonra da yenidən maddi ziyan vurmaq məqsədi ilə hazırkı iddia tələbi ilə torpağa çəkdiyi xərci və gəlir olaraq 4558 manat tələb edir. Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlunun guya 2022-ci ilin sentyabr ayından cavabdeh qismində məhkəməyə çağırılanda həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını bilməsi barədə dedikləri yalandır. O, həmin torpaq sahəsinin mülkiyyətində olmadığını 20 ildən artıq müddət ərzində bilmişdir. Qəsdən həmin torpaqdan istifadələrinə uzun illər maneələr yaratmaqla 4800 manat məbləğində əldə olunacaq real gəlirdən onları məhrum etmişdir. Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlu iddiada 0,19 ha torpaq sahəsində 17 ədəd fındıq topası,14 ədəd qoz ağacı, 12 ədəd şabalıd ağacı və 10 ədəd qovaq ağacı əkdiyini göstərmişdir. Fındıq ağacları kolxoz-sovxoz dövründə əkilmiş, qoz və şabalıd ağacları təbii yolla bitmiş, 200 manat qiymətləndirdiyi 10 ədəd qovaq ağacları isə başqa sahədə olmaqla həmin torpaq sahəsində əkilməmişdir. Meyvə ağaclarının yaxşı bar verdiyini görəndən sonra məhkəmədə iddia qaldırması barədə onun göstərdikləri gülünc yanaşmadır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iİlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlu ilkin iddia üzrə tələbində qalaraq və qarşılıqlı iddianı qəbul etməyərək göstərmişdir ki, aralarında mübahisələndirilən 0,19 ha torpaq sahəsi hələ kolxoz dövründən indiyədək onun və ailə üzvlərinin istifadəsində olmuşdur. 2022-ci ilədək Həşı̇ mov Əbdürəhman Həsən oğlu ilə heç bir mübahisələri olmamışdır.Torpaq sahəsində meyvə ağacları əkib becərmiş, qulluq göstərmişdir. Torpaq sahəsinin ətrafını hasarlamışdır. Buna görə də çəkdiyi xərcləri tələb edir. Qeyd olunanlara əsasən ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlunun vəkili Vəkil ilkin iddai tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh Həşı̇ mov Əbdürəhman Həsən oğlu tələbində qalaraq və ilkin iddianı qəbul etməyərək izahatında qeyd etmişdir ki, Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlu 25 ildən artıqdır ki, mülkiyyət hüququ əsasında özünə məxsus olmayan torpaqdan qanunsuz istifadə edərək ona maneələr yaradır. Dəfələrlə ondan həmin torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulmasını tələb etsə də Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlu tələblərinə əməl etməmişdir. Torpaq sahəsində olan fındıq kolları kolxoz dövründə əkilmiş, qoz və şabalıd ağacları isə təbii yolla bitmişdir. Göstərilənlərə əsasən ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(025)- 1031/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh İddiaçı tərəfindən JN-0065 saylı, kodu 40614018 olan dövlət aktı ilə mülkiyyətlərinə verilmiş 0,19 ha torpaq sahəsindən istifadələrinə törədilən maneələrə son qoyulması, tikanlı məftil və ağac çəpərin onlara aid hissədən cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia təmin edilmişdir. Qətnamə ilə JN-0065 (Kod:********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində iddiaçı Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 65 E cizgisində göstərilmiş 0,19 ha hissəsinin cavabdeh İddiaçı tərəfindən boşaldılması, həmin torpaq sahəsində olan tikanlı məftil və ağac çəpər cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsindən cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində İddiaçı gələcəkdə iddiaçının mülkiyyətində, faktiki isə onun istifadəsində olmuş torpaq sahəsinə çəkilmiş xərclərlə bağlı və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan “X1” MMC-nin 05 iyun 2023-cü il tarixli 023/19 qeydiyyat nömrəli “Meyvə ağaclarının dəyərinin müəyyən edilməsinə dair” İddiaçı xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında verilmiş qiymətləndirici rəyində Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən bağ sahəsindəki 17 ədəd fındıq ağacının dəyərinin 2448 manat, 14 ədəd qoz ağacının dəyərinin 770 manat, 12 ədəd şabalıd ağacının dəyərinin 960 manat və 10 ədəd tikinti materialına uyğun qovaq ağacının dəyərinin 200 manat, ümumilikdə isə 4178 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan “X1” MMC-nin 16 may 2023-cü il tarixli 023/050 qeydiyyat nömrəli “Fındıq bağının illik məhsuldarlığının və əldə edilmiş gəlirin qiymətləndirilməsi barədə” Cavabdeh xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında verilmiş qiymətləndirici rəyində Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən bağ sahəsindəki 17 ədəd fındıq ağacının hər birinin 1 illik orta məhsuldarlığı 12 kiloqram və 1 ağacdan əldə edilən gəlir 36.00 manat təşkil etdiyi göstərilmişdir. Rəydə göstərilir ki, 17 ədəd fındıq ağacından 1 il ərzində ümumilikdə 204 kiloqram qabıqlı fındıq məhsulu əldə etmək mümkündür. 1 kiloqram qabıqlı fındıq məhsulunun dəyəri orta hədd olaraq 3.00 manat təşkil edir. 204 kq x 3.00 azn = 612 azn hesablama metodu ilə müəyyən edilir ki, 17 ədəd fındıq ağacının illik dəyəri 612 manat həddindədir. 16 illik istifadə üçün isə bu məbləğ 9792 manat təşkil edir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə, eləcə də İddiaçı iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən müəyyən olunmuşdur ki, JN-0065 (Kod:********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində iddiaçı Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 65 E cizgisində göstərilmiş 0,19 ha hissəsində cavabdeh İddiaçı tərəfindən uzun illərdir ki, 17 ədəd fındıq kolu, 14 ədəd qoz ağacı, 12 ədəd şabalıd ağacı və 10 ədəd tikinti materialına uyğun qovaq ağacı əkilmiş, qulluq göstərilərək boya-başa çatdırılmışdır. Cavabdeh 2022-ci ildə ona qarşı həmin torpaq sahəsinin boşaldılması və törədilən maneələrə son qoyulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(025)-1031/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Buna görə də ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlu qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh Həşı̇ mov Əbdürəhman Həsən oğlundan 0,19 ha torpaq sahəsində əkib becərdiyi ağaclara çəkilən xərc olaraq 4558 (dörd min beş yüz əlli səkkiz) manat pulun Cavabdeh alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. “X1” MMC-nin 05 iyun 2023-cü il tarixli 023/19 qeydiyyat nömrəli “Meyvə ağaclarının dəyərinin müəyyən edilməsinə dair” İddiaçı xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında verilmiş qiymətləndirici rəyində Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən bağ sahəsindəki 17 ədəd fındıq ağacının dəyərinin 2448 manat, 14 ədəd qoz ağacının dəyərinin 770 manat, 12 ədəd şabalıd ağacının dəyərinin 960 manat və 10 ədəd tikinti materialına uyğun qovaq ağacının dəyərinin 200 manat, ümumilikdə isə 4178 manat təşkil etdiyi göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, JN-0065 (Kod:********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktında mülkiyyət hüququ müəyyən edilmiş və hazırda tərəflər arasında mübahisələndirilən, lakin Cavabdeh 2022-ci ildə məhkəmə qətnaməsi çıxaralanadək susmaqla dözümlülük nümayiş etdirmiş 0,19 ha torpaq sahəsində İddiaçı uzun illər əkib becərdiyi və qulluq göstərdiyi ağaclar İddiaçı məxsusdur və onun mülkiyyətidir. Bir sözlə, mübahisəli torpaq sahəsində uzun müddət əkib becərdiyi ağacların dəyərinin tələb olunmasında və yuxarıda adı çəkilən qətnamənin əsaslandırıcı hissəsində izahı verilən hüquqlardan yararlanmaqla istifadə etməsində haqlıdır. Buna görə də ilkin iddia tələbi qismən təmin edilməli, 17 ədəd fındıq ağacının dəyəri 2448 manat, 14 ədəd qoz ağacının dəyəri 770 manat, 12 ədəd şabalıd ağacının dəyəri 960 manat və 10 ədəd tikinti materialına uyğun qovaq ağacının dəyəri 200 manat, ümumilikdə isə 4178 manat Cavabdeh alınaraq ona verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh Həşı̇ mov Əbdürəhman Həsən oğlunun tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.5-ci maddəsi təşkil edir. Belə ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlu qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh Həşı̇ mov Əbdürəhman Həsən oğlundan 4558 (dörd min beş yüz əlli səkkiz) manat pulun və ödədiyi dövlət rüsumunun alınab ona verilməsinə dair qətnamə çıxarılmasını, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh Həşı̇ mov Əbdürəhman Həsən oğlu isə ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlundan 4800 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları ilə müəyyən olunur ki, Qəbələ Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(025)-1031/2022 saylı qətnaməsinin çıxarılması ilə Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlu aralarında mübahisələndirilən 0,19 ha torpaq sahəsinin Həşı̇ mov Əbdürəhman Həsən oğlunun və onun ailə üzvlərinini mülkiyyətində olduğunu və həmin torpaq sahəsinə sahibliyinin qanunusuz olduğunu artıq bilmişdir. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh Həşı̇ mov Əbdürəhman Həsən oğlunun 2022-ci ildən etibarən cavabdehin həmin torpaq sahəsindən götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, X1” MMC-nin 16 may 2023-cü il tarixli 023/050 qeydiyyat nömrəli “Fındıq bağının illik məhsuldarlığının və əldə edilmiş gəlirin qiymətləndirilməsi barədə” Cavabdeh xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında verilmiş qiymətləndirici rəyində Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən bağ sahəsindəki 17 ədəd fındıq ağacının hər birinin 1 illik orta məhsuldarlığı 12 kiloqram və 1 ağacdan əldə edilən gəlir 36.00 manat təşkil etdiyi göstərilmişdir. Rəydə göstərilir ki, 17 ədəd fındıq ağacından 1 il ərzində ümumilikdə 204 kiloqram qabıqlı fındıq məhsulu əldə etmək mümkündür. 1 kiloqram qabıqlı fındıq məhsulunun dəyəri orta hədd olaraq 3.00 manat təşkil edir. Rəydə həmçinin göstərilir ki, 204 kq x 3.00 azn = 612 azn hesablama metodu ilə müəyyən edilir ki, 17 ədəd fındıq ağacının illik dəyəri 612 manat həddindədir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh Həşı̇ mov Əbdürəhman Həsən oğlunun 0,19 ha torpaq sahəsindən qanunsuz istifadəyə görə Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlundan 4800 manat iddia tələbi qismən təmin edilməklə 17 ədəd fındıq ağacının illik dəyəri olaraq 612 manat Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlundan alınaraq ona verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir. Yəni, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Həşı̇ mov Əbdürəhman Həsən oğlundan 4178 (dörd min yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğluna ödənilməlidir. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Eləcə də qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlundan 612 (altı yüz on iki) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Həşı̇ mov Əbdürəhman Həsən oğluna ödənilməlidir. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Həşı̇ mov Əbdürəhman Həsən oğlundan 4178 (dörd min yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğluna ödənilsin. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Həşı̇ mov Qabı̇ l Rəhı̇ m oğlundan 612 (altı yüz on iki) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Həşı̇ mov Əbdürəhman Həsən oğluna ödənilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-577/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-577/2023
20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver