Məhkəmə qərarları › İş №2(025)-58/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-58/2024

25.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-58/2024 25.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, X2, Cavabdeh3 və Cavabdeh2 qarşı “mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh5, X2, Cavabdeh3 və Cavabdeh2 qarşı mülkiyyətə qəsd edən qanuaazidd hərəkətlərə son qoyulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ : İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh5, X1, Cavabdeh3 və Cavabdeh2 qarşı mülkiyyətə qəsd edən qanuaazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia qaldıraraq ona məxsus olan A 909678 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********91) sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.0533 ha həyətyanı torpaq sahəsində inşa edilmiş daş hasar və digər tikililərin cavabdeh tərəfin hesabına sökülməsi, torpaq sahəsindən istifadəyə və barəsində sərancam verilməsinə törədilən maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, islahat nəticəsində Cavabdeh1 altı nəfərdən ibarət olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsi verilmiş və JN 004F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsində qeyd olunan plan əsasında təhkim edilmişdir. Lakin o, evlənərək yaşayış yerini dəyişmiş və Cavabdeh1 ailə üzvləri sırasından çıxdığı üçün torpaq sahəsindən ona düşən 1/6 hissənin naturada ayrılmasını tələb edərək A 909678 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********91) sənədində sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.0533 ha həyətyanı torpaq sahəsini şəxsi mülkiyyət hüququ ilə əldə etmişdir. Lakin Cavabdeh1 torpaq sahəsinin bütün hüdudları boyunca daş hasar tikməklə əraziyə daxil olmaq imkanını aradan qaldıraraq onu faktiki surətdə mülkiyyətdən məhrum etmişdir. Ona görə də, şəxsi mülkiyyətində olan A 909678 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********91) sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.0533 ha həyətyanı torpaq sahəsində inşa edilmiş daş hasar və digər tikililərin Cavabdeh1 və onun ailə üzvləri (Cavabdeh5, X2, Cavabdeh3 və Cavabdeh2) hesabına sökülməsi, torpaq sahəsindən istifadəyə və barəsində sərancam verilməsinə törədilən maneçiliyin aradan qaldırılması barədə iddia qaldırılmışdır. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, islahat nəticəsində onun altı nəfərdən ibarət olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsi verilmiş və JN 004F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsində qeyd olunan plan əsasında təhkim edilmişdir. İddiaçı evlənərək yaşayış yerini dəyişmiş və torpaq sahəsindən ona düşən 1/6 hissənin naturada ayrılmasını tələb edərək A 909678 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********91) sənədində sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.0533 ha həyətyanı torpaq sahəsini şəxsi mülkiyyət hüququ ilə əldə etmişdir. JN 004F saylı planda sərhədləri göstərilən 0.32 ha həyətyanı torpaq sahəsi bütünlüklə daş hasara alındığı üçün İddiaçı düşən 1/6 hissəni əhatə edən A 909678 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********91) sənədində sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.0533 ha həyətyanı torpaq sahəsi naturada ayrıldıqdan sonra çəpər daxilində qalmışdır. İddiaçı məxsus olan 0533 ha həyətyanı torpaq sahəsindən istifadəyə heç kim tərəfindən maneçilik törədilməmişdir. İddiaçı özünə məxsus olan 0533 ha həyətyanı torpaq sahəsini çəpərə alan daş hasarın bir hissəsini sökməklə əraziyə gediş-gəlişi sərbəst şəkildə təmin edə bilər. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən A 909678 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********91) sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.0533 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-554/2024 saylı Mütəxəssis Rəyinə əsasən A 909678 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********91) sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.0533 ha həyətyanı torpaq sahəsi (Əlavə edilmiş Yerquruluşu planında qeyd olunmuş 1;2;3;4;5 döngə nöqtələrini əhatə edən ərazi) bütünlüklə mişar daşı, metal vərəqə və saman kərpici ilə hasarlanmışdır və ərazisində heç bir tikili yoxdur. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2547 nömrəli ekspert rəyində göstərilmişdir ki, AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi-**********91; qeydiyyat nömrəsi-**********; qeydiyyat tarixi xx.xx.2023) Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0.0533 ha torpaq sahəsi bütünlüklə Cavabdeh1, Cavabdeh5, X2, Cavabdeh3 və Cavabdeh2 istifadəsindədir. Torpaq sahəsi bütövlükdə mişar daşı, metal vərəqə və saman kərpici ilə hasarlanmışdır və ərazisində heç bir tikili yoxdur. İşdə olan AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-554/2024 saylı Mütəxəssis Rəyinə əsasən A 909678 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********91) sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.0533 ha həyətyanı torpaq sahəsi (Əlavə edilmiş Yerquruluşu planında qeyd olunmuş 1;2;3;4;5 döngə nöqtələrini əhatə edən ərazi) bütünlüklə mişar daşı, metal vərəqə və saman kərpici ilə hasarlanmışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, A 909678 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********91) sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.0533 ha həyətyanı torpaq sahəsi bütünlüklə daş hasara alınaraq İddiaçı özünə məxsus olan torpaq sahəsinə daxil olmaq və ərazidən istifadə etmək imkanı aradan qaldırılmışdır. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətində olan A 909678 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,0533 ha həyətyanı torpaq sahəsinin girişində (AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2- 554/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş Yerquruluşu planında qeyd olunmuş 8,6 metr (3-4) torpaq sahəsində) inşa edilmiş daş hasar cavabdehlər, Cavabdeh1, Cavabdeh5, X2, Cavabdeh3 və Cavabdeh2 hesabına sökülərək torpaq sahəsindən istifadəyə törədilən maneçilik aradan qaldırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 277, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan A 909678 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,0533 ha həyətyanı torpaq sahəsinin girişində (AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-554/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş Yerquruluşu planında qeyd olunmuş 8,6 metr (3-4) torpaq sahəsində) inşa edilmiş daş hasar Cavabdeh1, Cavabdeh5, X2, Cavabdeh3 və Cavabdeh2 hesabına sökülərək torpaq sahəsindən istifadəyə törədilən maneçilik aradan qaldırılsın. Cavabdeh1, Cavabdeh5, X2, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 50,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar