Məhkəmə qərarları › İş №2(025)-583/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-583/2023

19.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-583/2023 19.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin istifadəyə törədilən maneənin aradan qaldırılması”tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin istifadəyə törədilən maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin istifadəyə törədilən maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 15 aprel 2021-ci il qeydiyyat tarixli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evindən cavabdehin və ailə üzvlərinin məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, maneələrin cavabdeh tərəfindən və onun hesabına aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 15 aprel 2021-ci il qeydiyyat tarixli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına və torpaq sahəsinin planı və ölçüsünə əsasən onun xüsusi mülkiyyətinə Qəbələ rayonunun Mıxlıqovaq kəndi ərazisində 0.08 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə AA 609531 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Plan və ölçüdə torpaq sahəsinin cizgiləri konkret olaraq göstərilmişdir. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, cavabdeh qanunsuz və əsassız olaraq 2010-cu ildən etibarən sözügedən torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamaqdadır. Cavabdehə hər dəfə mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini tərk etməyini bildirsə də və hər dəfə bir bəhanə edərək Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən öz mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa edib onun torpaq sahəsini və fərdi yaşayış evini tərk edəcəyini bildirsə də vədinə bu günə qədər əməl etməmişdir. Qeyd edir ki, o, məcburi köçkündür və məcburi köçkün olmağına dair AA seriyalı, 383770 nömrəli vəsiqə də verilmişdir. Çətinliklə özünə yaşamaq üçün torpaq sahəsi və fərdi yaşayış evi alsa da, cavabdeh öz mülkiyyətindən lazımınca istifadə etməyinə imkan vermir. Bildirir ki, cavabdehə bu barədə irad bildirmiş, qanunsuz zəbt etdiyi torpaq sahəsini tərk etməyi tapşırmışdır. Lakin cavabdeh onun bu tələbinə məhəl qoymamışdır. Beləliklə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli 0,08 ha topaq sahəsində heç bir fərdi yaşayış evi yoxdur. Həmin torpaqda “vaqon” tipli bir tikili vardır. Zorla heç bir hərəkət etmək fikri yoxdur. Müəyyən bir vaxt verilsə daxmasını söküb aparacaqdır. Buna görə də, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1 və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1, 217.3 və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********69 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən Çıxarış”ın müvafiq olaraq təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,08 hektar yaşayış məntəqələri torpaqlarından torpaq sahəsi onun adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasl Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixdə İddiaçı adına tərtib etdiyi “Torpaq sahəsinin plan və ölçüsü”ndə görünür ki, onun adına **********69 reyestr nömrəsi ilə qeydə alınmış 0,08 ha torpaq sahəsinin 1:2000 miqyasında planı, kadastr göstəriciləri haqqında məlumatlar qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 9 saylı Qəbələ Ərazi İdarəsinin 25 avqust 2023-cü il tarixli məktubla məhkəməyə ünvanlanmış mütəxəssis rəyindən görünür ki, işin araşdırılması məqsədi ilə DƏDKR X1 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi 13 iyun 2023-ci ii tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,08 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,08 hektar torpaq sahəsi Cavabdeh istifadəsindədir. İddiaçıya məxsus lakin cavabdehin istifadəsində olan 0,08 hektar torpaq sahəsində cavabdeh tərəfindən bir ədəd fərdi yaşayış evi və bir ədəd yarımçıq tikili inşa edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-6-16/2-10/7631 nömrəli 25 oktyabr 2023-cü il tarixli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0.08 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0.08 ha torpaq sahəsinin Cavabdeh istifadəsindədir. İddiaçıya məxsus lakin cavabdehin istifadəsində olan 0.05 hektar torpaq sahəsində cavabdeh tərəfindən bir ədəd fərdi yaşayış evi və bir ədəd yarımçıq tikili inşa edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ziya Tağıyevin məhkəməyə 19 dekabr 2023-cü il tarixdə ünvanladığı “texniki səhvə yol verilməsi barədə məlumat”ın surətində 3-6-16/2-10/7631 nömrəli ekspert rəyinin nəticə hissəsində qərardadın 3-cü sualı cavablandırılarkən mübahisə predmeti olan 0.08 ha torpaq sahəsinin texniki səhv nəticəsində 0.05 ha qeyd olunduğu göstərilmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasl Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********69 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən Çıxarış”la İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,08 hektar yaşayış məntəqələri torpaqlarından torpaq sahəsi onun adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixdə İddiaçı adına tərtib etdiyi “Torpaq sahəsnin plan və ölçüsü”ndə görünür ki, onun adına **********69 reyestr nömrəsi ilə qeydə alınmış 0,08 ha torpaq sahəsinin 1:2000 miqyasında planı, kadastr göstəriciləri haqqında məlumatlar qeyd edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və mütəxəssisin qarşısında mülki işin araşdırılmasında əhəmiyyət kəsb edən bir neçə suallar qoyulmuşdur. Bundan sonra məhkəmə mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması və məhkəmə aktının ədalətli və əsaslı olması məqsədi ilə xx.xx.2023-cü il tarixli qərardadıla mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında suallar qoyaraq ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 3-6-16/2- 10/7631 nömrəli 25” oktyabr 2023-cü il tarixli tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0.08 ha torpaq sahəsinin hüdudları müəyyən edilmiş, Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi Cavabdeh istifadəsindədir və iddiaçıya məxsus lakin cavabdehin istifadəsində olan 0.08 hektar torpaq sahəsində cavabdeh tərəfindən bir ədəd fərdi yaşayış evi, bir ədəd yarımçıq tikili inşa edilmişdir. İddiaçı iddia tələbindən məlum olduğu kimi, o, Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 15 aprel 2021-ci il qeydiyyat tarixli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində mülkiyyətinə verilmiş olan 0,08 ha torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evindən cavabdehin və ailə üzvlərinin məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, maneələrin cavabdeh tərəfindən və onun hesabına aradan qaldırılması barədə iddia qaldırmışdır. İşin halları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-6-16/2-10/7631 nömrəli 25” oktyabr 2023-cü il tarixli tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0.08 ha torpaq sahəsinin hüdudları müəyyən edilmiş, Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi Cavabdeh istifadəsindədir. İşin məlum hallarını və qanunveruculiyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********69 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.08 ha torpaq sahəsi Cavabdeh zəbtindən azad edilməli və cavabdeh tərəfindən həmin torpaq sahəsindən iddiaçının istifadəsinə törədilən maneələrə son qoyulmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********69 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, adı çəkilən mülkiyyətə dair sənədlə İddiaçı mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi onun adına qeyd edilmişdir. Mülkiyyətə dair sənəddə həmin torpaq sahəsində fərdi yaşayış evi iddiaçının adına qeyd edilməmişdir. Yəni, İddiaçı Cavabdeh qarşı mübahisələndirilən 0.08 ha torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evindən cavabdehin və ailə üzvlərinin məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən törədilən manelərə son qoyulmasını irəli sürsə də, mübahisələndirilən fərdi yaşayış evinin mülkiyyətçisi olduğuna dair (fərdi yaşayış evinin hüquqi statusuna dair) onun tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, qeyd olunan xüsusatları və qanunvericiliyin şərh olunan müddəalarını nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********69 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.08 ha torpaq sahəsi Cavabdeh zəbtindən azad edilməli və cavabdeh tərəfindən həmin torpaq sahəsindən iddiaçının istifadəsinə törədilən maneələrə son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********69 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilsin və cavabdeh tərəfindən həmin torpaq sahəsindən iddiaçının istifadəsinə törədilən maneələrə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar