Məhkəmə qərarları › İş №2(025)-590/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-590/2023

25.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-590/2023 25.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dursunalı oğluna qarşı “mülkiyyətində olan torpaq sahəsinə gedişgəliş yolunun eninin daraldılması və gediş-gəlişə törədilən maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Dursunalı oğluna qarşı “mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun eninin daraldılması və gediş-gəlişə törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Cavabdeh Dursunalı oğluna qarşı “mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun eninin daraldılması və gediş-gəlişə törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən Qəbələ rayonunun Nohurqışlaq kəndində mülkiyyətdə olan 0,42 ha torpaq sahəsinə gedən yolun zəbt olunmuş hissəsinin tor hasardan (setkahasardan) cavabdehin hesabına sökülməsi və törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonunun Nohurqışlaq kəndində onun - İddiaçı həyat yoldaşı X2 və qızları X1, X5 mülkiyyətinə 0.42 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasındadır. Həmin torpaq sahəsi reyestr nömrəsi **********21 olmaqla Seriya RX № ******* saylı çıxarışla adlarına rəsmiləşdirilmdir. Hazırda həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evində yaşayırlar. Biidirir ki, Nohurqışlaq kəndində İmamlı məhəlləsində baş yoldan ayrılıb evlərinə həyətlərinə gedən yolun təxminən 30 metr hissəsi iş üzrə cavabdeh X6 tərəfindən daraldılmış və qarşı tərəfdən gələcək maşının hərəkətini tamamilə məhdudlaşdırmışdır. Hətta yük maşını (ot və ya odun -şax aparan maşın) gələndə məktəbli uşaqlar və yaşdı insanlar üçün real həyatı təhlükə yaranır. Dəfələrlə yerli idarə orqanlarına yolun cavabdeh tərəfindən zəbt edilərək daraldılmış hissəsinin genişləndirilməsinə kömək edilməsini xahiş etmişdilər. Ancaq cavabdehlə aparılan söhbətlər nəticə verməmişdir. Nohurqışlaq kənd inzibati Ərazi üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli 5-59-40/2-79-2023 saylı məktubundan da aydın olur ki, şifahi müraciətimə əsasən həmin yola komissiyanın iştirakı ilə dəfələrlə baxış keçirilmiş yolun həqiqətən ensiz olduğu müşahidə olunmuşdur. Nohurqışlaq Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 09 saylı məktubunda da, bələdiyyəyə şifahi müraciəti əsasında həmin yola komissiya üzvülərinin iştirakı ilə baxış keçirildiyi, yolun ensiz olduğu və həmçinin cavabdehin mülkiyyət torpağına bitişik 11 ha bələdiyyə torpağının oiduğu göstərilmişdir. Bildirir ki, cavabdehin yolun enini daraltması səbəbindən o və ailə üzvüləri mülkiyyətlərində olan 0.42 ha torpaq sahəsindən səmərəli istifadə edə bilmirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələblərini qəbul etməyərək, izahatında göstərmişdir ki, cavabdeh X4 qarşı olan İddiaçı iddia ərizəsi tamamıilə əsassızdır. Belə ki, sözü gedən tor hasar (setka) 1985-ci ildə ona məxsus həyət yanı sahənin sərhədlərini ayırmaq üçün çəkilmişdir. Həmin hasar çəkiləndə yaxınlıqda yol və fərdi yaşayış evləri olmamışdır. Həmin ildə cavabdehin üst qonşusu X9 yol verilmişdir. 1987-ci ildə X7 və İddiaçı yola paralel sahələrdən torpaq sahəsi alıb, fərdi yaşayış evi tikmişdilər. 1996-ci ildə torpaq islahatı zamanı hasara aldığı ərazi cavabdehin şəxsi mülkiyyətinə verilmişdir. Ailə üzvüləri 5 nəfərdən ibarət olub, torpaq islahatı zamanı Nohurqışlaq kənd ərazisində adam başına 0.30 ha torpaq hesablanıb və verilib. 0.77 ha cavabdehin və ailə üzvülərimin xususi mülkiyyətidir. l997-ci ildə İddiaçı cavabdehin tor hasarıma paralel olaraq tövlə və darvaza inşa etmişdir. Hətda tikinti zamanı ust qonşu iddiaçıya xəbərdarlıq etmişdir ki, yolu və qapının qabağını geniş saxla lakin onun sözlərinə məhəl qoymayıb və özünə dayanacaq üçün yer saxlamayıb. 2010-cu ildən sonrada X7 cavabdehin tor hasarıma paralel olaraq das hasar, sonralar isə digər tikinti işləri aparılıb. 1985-ci ildə çəkilən tor hasara (setka) cavabdeh tərəfindən heç bir müdaxilə olunmamışdır. İddiaçı iddia edirki cavabdeh yolu daraltmışdır. Axı nece ola bilər ki, 1984 cü ildən bu yana cavabdeh orada hec bir tikinti işləri aparmamış, hasar olduğu kimidir, heç bir müdaxilə olunmayıb. İddiaçı iddiya edir ki həmin yolda nəqliyat vasitələri uşaqlara təhlükə yaradır, tamamiilə yalan danışır, həmin yolda iki (2) fərdi yaşayış evi var. Həmin yol dalan yolu olduğu üşün nəqliyatın hərəkəti intensiv deyil. Demək olar ki, hec nəqliyyatın hərəkəti yoxdur. İddiaçı birdə iddia edir ki, o həyətyanı sahədən səmərəli istifadə edə bilmir, necə olur ki üst qonşusuda həmin yoldan istifadə edir və heç bir şikayyəti yoxdur. Həmin yoldan Bütün nəqliyyat vasitələri rahatlıqla hərəkət edə bilir. İddaçının həyətyanı sahəsinə əsas girişdən başqada iki yerdən giriş mövcudur. Dəfələrlə əraziyə baxış keçirilib və tor hasara müdaxilə olunmadığına şahid olmuşdular. Əraziyə Dövlət reystr xidmətindən, Nohurqışlaq kənd İnzibati Ərazi Nümayəndəliyindən, Nohurqışlaq kənd Bələdiyyəsindən baxış keçirilib və iddiaçının iddiasinin əsassız olduğu ona bildirilib. İddiaçı iddia edir ki, onun mülkiyyətinə bitişik 0.11 ha bələdiyyə mülkiyyəti var. Bəli var və yolun aşağı istiqamətində yerləşir. Ancaq iddiaçı tövlə və darvazasını bələdiyyə mülkiyyəti olan ərazidə inşa etmişdir.tikintini tikən zaman gediş-gəliş və özünə maşın saxlamaq üçün yer saxlamayıb. Məhs buna görə cavabdehin mülkiyyətində olan ərazidən yer istəyir və yolun daraltmağını iddia edir. Odur ki, məhkəmədən iddia tələbini rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən  Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.  Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.  Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.  Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.  Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçılarının “mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun eninin daraldılması və gediş-gəlişə törədilən maneələrə son qoyulması” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********21 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı, X2, X1 və X5 Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.4175 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixdə, AA 005040 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Qəbələ rayon Nohurqışlaq kənd İ.Ə.N-yi tərəfindən verilmiş 5-59-40/2-78-2023 nömrəli 03 fevral 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonunun Nohurqışlaq kəndində yaşayır və orada qeydiyyatdadır. İşdə olan Nohurqışlaq Bələdiyyəsi tərəfindən verilmiş 09 nömrəli 03 fevral 2023-cü il tarixli cavab məktubundan görünür ki, həmin yola komissiyanın iştirakı ilə baxış keçirilmiş və həmin yolun həqiqətən ensiz olması müşahidə olunmuşdur. İddiaçı qonşusu X3 mülkiyyət torpağına bitişik 0.11 ha bələdiyyə torpağı var. İşdə olan Qəbələ Rayon Nohurqışlaq kənd İ.Ə.N-yi tərəfindən verilmiş 5-59-40/2-79- 2023 nömrəli 03 fevral 2023-cü il tarixli cavab məktubundan görünür ki, həmin yola komissiyanın iştirakı ilə dəfələrlə baxış keçirilmiş və həmin yolun həqiqətən ensiz olması müşahidə olunmuşdur. İşdə olan Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsi tərəfindən verilmiş məktubdan görünür ki, sizin Nohurqışlaq bələdiyyəsinə ünvanladığınız özünüzün və ailə üzvülərinizin mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinə gedən gediş-gəliş yolunun eninin həmkəndliniz Cavabdeh Dursunəli oğlu tərəfindən daraldıiması və gediş- gəiişə törədilən maneəiərə son qoyulmasına köməklik ediiməsi barədə ərizənizə baxılmışdır. Mübahisəli yol yerinə baxış keçirilmiş və həqiqətən yol yerinin bir Hissəsinin eninin daraldığı müəyyən edilmişdir. Yolu daraldan Cavabdeh daraldılmış hissədə setka hasarın geri çəkilməsi təklif edilmiş ,ancaq təklif qəbul edilməmişdir. Ona görə də onlara mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməkləri təklif olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb edilmiş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri cavabdeh tərəfindən bağlanmışdırmı?

2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 iyul 2023-cü il tarixli, 3-21-3-42/2-3517/2023 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki;

1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri cavabdeh tərəfindən bağlanmamışdır.

2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etdiyi ərazi Qəbələ rayonu Nohurqışlaq Bələdiyyəsinin mülkiyyətindədir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddianın dəlillərinə aydınlıq gətirmək məqsədi ilə məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 iyul 2023-cü il tarixli, 3-21-3-42/2-3517/2023 saylı mütəxəssis rəyii nəzərə alınaraq məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri cavabdeh tərəfindən bağlanmışdırmı?

2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətindədir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7456 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir

1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri cavabdeh tərəfindən bağlanmamışdır.

2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etdiyi ərazi Qəbələ rayonu Nohurqışlaq Bələdiyyəsinin mülkiyyətindədir. 25 dekabr 2023-cü il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən mübahisəli yol yeri Nohurqışlaq Bələdiyyəsinin mülkiyyətindədir. Mübahisəli əraziyə baxış zamanı müəyyən oldu ki, cavabdeh yol yerini zəbt etməmişdir. Yolun eni təxminən 4, bəzi yerlərdə 3 metrdən az olmayaraq daxilindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********21 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı, X2, X1 və X5 Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.4175 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Hazırda İddiaçı Cavabdeh Dursunalı oğluna qarşı “mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun eninin daraldılması və gediş-gəlişə törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən ********** qeydiyyat nömrəli çıxarış üzrə 0.4175 ha torpaq sahəsinə gediş-gəliş üçün yolun açılmasına törədilən maneələrə son qoyulmasını tələb edir. Cavabdeh Dursunalı oğlu isə Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələrinin onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində mülkiyyətdə olduğunu göstərib, iddiaçıya məxsus torpaq sahəsinə gedən yol yerini zəbt etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı onun xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********21 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.4175 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən açılması tələbi ilə məhkəməyə müraciət etsələr də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı xəritə məlumatları (ərazinin xəritəsi), məhkəmə tikinti-texniki ekspertizasını rəyi və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri cavabdeh tərəfindən bağlanmamış, eyni zamanda iddiaçının yol yeri kimi istifadə etmək istədiyi torpaq sahəsinin Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin olması müəyyən edilmişdir. Beləliklə, İddiaçı irəli sürdüyü tələbinin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Dursunalı oğluna qarşı “mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun eninin daraldılması və gediş-gəlişə törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddiaçı Cavabdeh Dursunəli oğluna və maraqlı şəxs Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun eninin daraldılması və gediş-gəlişə törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar