Məhkəmə qərarları › İş №2(025)-591/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-591/2020

30.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-591/2020 30.06.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi x1 ilə, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və x5 nümayəndəsi x4 və Cavabdeh iştirakları ilə, İddiaçı Ekologiya və x3 6 saylı Regional Ekologiya və x5 Cavabdeh qarşı "ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Ekologiya və x3 6 saylı Regional Ekologiya və x7 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ekologiya və x3 6 saylı Regional Ekologiya və x5 nümayəndəsi x6 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının iddia tələbindən imtina barədə ərizəni və iş üzrə materialları nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 259-260, 263- 264, 267-268-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı Ekologiya və x3 6 saylı Regional Ekologiya və x5 Cavabdeh qarşı "ziyanın ödənilməsi" tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar