Məhkəmə qərarları › İş №2(025)-597/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-597/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-597/2021 19.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı Ekologiya və X1 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 Rafiq oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Ekologiya və X1 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı "ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ekologiya və X1 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 800.00 (səkkiz yüz) manat maddi ziyan məbləğinin alınaraq X2 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçı Ekologiya və X1 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 950.00 (doqquz yüz əlli) manat maddi ziyan məbləğinin alınaraq X2 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli 2(025)-598/2021 saylı qəradadı ilə, Qəbələ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizələri üzrə 2(025)-598/2021 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan 2(025)-597/2021 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilmiş, birləşdirilmiş iş üzrə 2(025)-597/2021 qeydiyyat nömrəsi saxlanılmış, 2(025)-598/2021 saylı mülki iş üzrə məhkəmə baxışına xitam verilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Polis Şöbəsi tərəfindən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş 26 fevral 2021-ci il tarixli, 27/144- 6451-1221 məktuba baxılmışdır. Daxil olmuş 26 fevral 2021-ci il tarixli, 27/144-6451-1221 saylı məktuba əsasən 2020-ci ilin noyabr ayında 2(iki) ədəd yalanqoz ağacının kəsilməsi nəticəsində təbiətə 800.00(səkkiz yüz) manat məbləğində ziyan dəymişdir. Vurulmuş ziyan qanunvericiliyə əsasən X2 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. 15.03.2021-ci il tarixdə qanun pozan Cavabdeh 800.00 (səkkiz yüz) manat məbləğində ziyanın X2 üzrə Dövlət Fonduna ödənilməsinin təmin edilməsi barədə bildiriş göndərmiş, lakin vətəndaş tərəfindən ziyanın ödənilməsi həyata keçirilməmişdir. Həmçinin Qəbələ Rayon Polis Şöbəsi tərəfindən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş 26 fevral 2021-ci il tarixli, 27/144-6451-1221 məktuba baxılmışdır. Daxil olmuş 26 fevral 2021-ci il tarixli, 27/144-6451-1221 saylı məktuba əsasən 01 noyabr 2020-ci il tarixində 3(üç) ədəd yalanqoz ağacının kəsilməsi nəticəsində təbiətə 950.00(doqquz yüz əlli) manat məbləğində ziyan dəymişdir. Vurulmuş ziyan qanunvericiliyə əsasən X2 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. 15.03.2021-ci il tarixdə qanun pozan Cavabdeh 950.00 (doqquz yüz əlli) manat məbləğində ziyanın X2 üzrə Dövlət Fonduna ödənilməsinin təmin edilməsi barədə bildiriş göndərmiş, lakin vətəndaş tərəfindən ziyanın ödənilməsi həyata keçirilməmişdir. Məhkəmə iclasında iddiaçı Ekologiya və X1 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 Rafiq oğlu iddia ərizələrinə uyğun izahat verərək, iddiaların təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, o birinci dəfədi ki, ağac kəsir. Yaşadığı evdə təbbi qaz olmadığı üçün yanacaq kimi evi isitmək məqsədi ilə bataqlıq ərazidədən ağac kəsmidir. Ailə vəziyyəti çox ağırdır, özü də ürək xəstəsi olduğu üçün 1750 manat ziyanı ödəməyə imkanı yoxdur. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan həcm-qiymət cədvəlindən görünür ki, X2 üzrə Dövlət Fonduna zərərin Cavabdeh tərəfindən vurulması aşkar edilmiş, zərərin məbləği hesablanmış, müvafiq rəsmiləşdirmə və hesablama aparıldıqdan sonra X2 üzrə Dövlət Fonduna 800.00 (səkkiz yüz) manat dəyərində zərərin vurulması müəyyən edilmişdir. İşdə olan həcm-qiymət cədvəlindən görünür ki, X2 üzrə Dövlət Fonduna zərərin Cavabdeh tərəfindən vurulması aşkar edilmiş, zərərin məbləği hesablanmış, müvafiq rəsmiləşdirmə və hesablama aparıldıqdan sonra X2 üzrə Dövlət Fonduna 950.00 (doqquz yüz əlli) manat dəyərində zərərin vurulması müəyyən edilmişdir. İşdə olan Ekologiya və X1 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış 435 saylı, 15.05.2021-ci il tarixli məktubdan görünür ki, cavabdehə 21 iyul 2020-ci il tarixli, 61519 saylı Akt əsasında hesablanmış 800.00 (səkkiz yüz) manat məbləğində vurulmuş zərərin ödənilməsi barədə xəbardarlıq edilmişdir. İşdə olan Ekologiya və X1 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış 436 saylı, 15.05.2021-ci il tarixli məktubdan görünür ki, cavabdehə 21 iyul 2020-ci il tarixli, 61519 saylı Akt əsasında hesablanmış 950.00 (doqquz yüz əlli) manat məbləğində vurulmuş zərərin ödənilməsi barədə xəbardarlıq edilmişdir İşdə olan inzibati tənbeh vermə haqqında 29 mart 2021-ci il tarixli MN ******* nömrəli qərarından görünür ki, Cavabdeh Qəbələ rayonu, Çuxur Qəbələ kəndində Bələdiyyə fonduna aid “Yeddi çinar” adlı ərazidə 3 (üç) ədəd yalanqoz ağacı kəsərək X2 üzrə Dövlət Fonduna ziyan dəymişdir. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında 29 mart 2021-ci il tarixli MN ******* nömrəli qərarından görünür ki, Cavabdeh Qəbələ rayonu, Çuxur Qəbələ kəndində Bələdiyyə fonduna aid “Yeddi çinar” adlı ərazidə 2 (iki) ədəd yalanqoz ağacı kəsərək X2 üzrə Dövlət Fonduna ziyan dəymişdir. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin ağacların kəsilməsinə təqsirli olması iş materiallarında olan sənədlərlə təsdiq olunur. Cavabdeh tərəf zərərin məbləğini mübahisələndirməmiş, daha az zərər vurulmasına dair hər hansı sübut təqdim etməmiş, müvafiq ekspertizaların keçirilməsini xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1750 (bir min yeddi yüz əlli) manat məbləğində vurulmuş zərər Cavabdeh X2 üzrə Dövlət Fondunun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia təmin edilsin. 1750 (bir min yeddi yüz əlli) manat məbləğində vurulmuş zərər Cavabdeh X2 üzrə Dövlət Fondunun xeyrinə tutulsun. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar