Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-598/2021 20.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, təbiətə vurulmuş 950,00 (doqquz yüz əlli manat 00 qəpik) manat məbləğində olan hissəsinin cavabdehdən tutularaq X3 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(025)-598/2021 nömrəli mülki iş həmin Məhkəmənin icraatında olan (hakim Elman İsayev) iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizəsi ilə eyni növlü, eləcədə eyni tərəflərin olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Məhkəmə iclasında iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 mülki işlər üzrə icraatın birləşməsinə etiraz etmədiyini bildirdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizələri ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizələri xx xxxxx 2021-ci il tarixdə icraata qəbul edilmiş, hazırda məhkəmə araşdırması hazırda davam etdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, 2(025)-598/2021 nömrəli iş həmin Məhkəmənin icraatında olan iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizəsi ilə eyni növlü, eləcədə eyni tərəflərin, eyni tələbli bir-birilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməli, hər iki mülki işə 2(025)-597/2021 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263- 264-cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Qəbələ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizələri üzrə 2(025)-598/2021 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan 2(025)-597/2021 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin, birləşdirilmiş iş üzrə 2(025)-597/2021 qeydiyyat nömrəsi saxlanılsın. 2(025)-598/2021 saylı mülki iş üzrə məhkəmə baxışına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-598/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-598/2021
20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver