Məhkəmə qərarları › İş №2(025)-64/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-64/2024

15.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-64/2024 15.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehlərin məcburi qaydada çıxarılması, maneələrin cavabdehlərin hesabına aradan qaldırılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması”tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehlərin məcburi qaydada çıxarılması, maneələrin cavabdehlərin hesabına aradan qaldırılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehlərin məcburi qaydada çıxarılması, maneələrin cavabdehlərin hesabına aradan qaldırılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 06 aprel 2016-ci il qeydiyyat tarixli, **********92-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ şəhəri, X22 küçəsi, ev 7 ünvanında mülkiyyətinə verilmiş olan 0,12 ha torpaq sahəsinin və fərdi yaşayış evinin (xx.xx.2016-ci il tarixli 406-1/342 inventar nömrəli fərdi yaşayış evinin “Texniki Pasportu” nəzərə alınmaqla) cavabdehlərin zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması, cavabdehlər tərəfindən törədilən manelərə son qoyulması, maneələrin cavabdehlər tərəfindən və onların hesabına aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 06 aprel 2016-ci il qeydiyyat tarixii, **********92-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına və Texniki Pasporta əsasən xüsusi mülkiyyətinə Qəbələ şəhəri, X22 küçəsi, ev 7 ərazisində 0.12 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsi və fərdi yaşayış evi verilmişdir. Həmin fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə 406-1\342 inventar nömrəli fərdi yaşayış evinin “Texniki Pasport”u tərtib edilmişdir. Qeyd etdiyi sənədlər torpaq sahəsini və fərdi yaşayış evinin onun mülkiyyətində olmasını təsdiq edir. Cavabdeh1 mərhum qardaşı Əkbər Abdullayevin keçmiş həyat yoldaşı, digər cavabdehlər isə övladlarıdır. Mərhum qardaşı Əkbər Abdullayev ilə cavabdehlər arasında münasibətlər hələ sağlığında normal olmamışdır. Belə ki, cavabdehlər mərhum qardaşına sağlığında ümumiyyətlə baxmamışlar, qardaşı uzun müddət xəstə olmuş və ona özü qulluq etmişdir.Hazırkı mübahisələndirdiyi torpaq sahəsi isə atasının xüsusi mülkiyyətində olmuş, atası tərəfindən ona bağışlanmışdır. Beləliklə ona ********** qeydiyyat nömrəli, 06 aprel 2016-ci il qeydiyyat tarixli, **********92-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətinə verilmiş torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə edə bilmir. Belə ki, cavabdehlər qanunsuz və əsassız olaraq ona məxsus torpaq sahəsində və fərdi yaşayış evində yaşamaqdadırlar. Cavabdehlərə hər dəfə mülkiyyətiddə olan torpaq sahəsini və fərdi yaşayış evini tərk etməklərini bildirsə də, heç bir faydası olmamışdır. Cavabdehlər öz mülkiyyətindən lazımınca istifadə etməyinə imkan vermirlər. Cavabdehlərə bu barədə irad bildirmiş, qanunsuz zəbt etdikləri torpaq sahəsini tərk etməklərini tapşırmışdır. Lakin cavabdehlər bu tələbinə məhəl qoymamışlar. Beləliklə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, o, 1998-ci ildə hazırda mübahisələndirilən evə gəlin köçmüşdür. Lakin əri evli olduğu üçün nikahlarını 2005-ci ilə qədər rəsmiləşdirə bilməmişlər. 2005-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Uşaqları həmin evdə böyümüşdür. Ev qayınatasının adına olmuşdur. Torpaq sahəsinin və evin istifadə edilməsindən iddiaçıya uşaqları və özü heç bir maneə törətmirlər. Buna görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, 25.sentyabr 1999-cu il tarixdə anadan olmuşdur. O, atası, anası, bacısı və babası ilə həmişə həmin evdə yaşamışdır. Babasının və atasının evi bibiyə bağışlamasından xəbəri olmamışdır. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, o, 05 avqust 2001-ci il tarixdə doğulandan atası, anası, qardaşı və babası ilə həmişə həmin evdə yaşamışdır. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbyacan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 158.1.2-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 158.2-ci maddəsinin tələbinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; 158.4-cü maddəsinin tələbinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqısatqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı münasibətlər isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasl Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli və **********92-10301 reyestr nömrəli Seriya RX ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən Çıxarış”ın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Qəbələ şəhəri, X22 küçəsi, ev 7 ünvanında 0,12 hektar yaşayış məntəqələri torpaqlarında 35.2 kv.metr olan fərdi yaşayış evlə (daşınmaz əmlakla) birlikdə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasl Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixdə İddiaçı adına tərtib etdiyi, inventar nömrəsi 406-1/342 olan “Fərdi yaşayış evinin texniki pasportu”ndan görünür ki, torpaq sahəsinin M 1:500 miqyasında planı, torpaq sahəsi haqqında məlumatlar, yerləşmə situasiyası və eləcə də tikintilərin mərtəbələr üzrə M 1:100 miqyasında planı, yaşayış evlərinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatı, həyətyanı tikililərin və qurğuların göstəriciləri və təsviri göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 noyabr 2023-cü il tarixdə məhkəməyə ünvünladığı 3-21-3-42/2-6012/2023 saylı məktubda Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrində xx.xx.2016-cı il tarixdə **********92-10310 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çaxarışla İddiaçı adına qeydiyyata alınmış, Qəbələ şəhərində yerləşən fərdi yaşayış evinin əvvəlki poçt ünvanı ünvan 3vanının ünvan 4 Respublikasl Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********92-10301 reyestr nömrəli Seriya RX ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən Çıxarış”ın surətindən görünür ki, X1 (fərdi ev tam, torpaq ümumi birgə) və X2 (torpaq ümumi birgə) mülkiyyətində olan Qəbələ şəhəri, X22 küçəsi, ev 7 ünvanında 0,12 hektar yaşayış məntəqələri torpaqlarında 35.2 kv.metr olan fərdi yaşayış evlə (daşınmaz əmlakla) birlikdə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində adlarına qeydiyyata alınmışdır. İşdə olan 25 oktyabr 2013-cü il tarixdə Qəbələ rayonu notariat kontorunda 4Ə 1213 reyestr nömrəsi ilə qeydə alınmış “Bağışlama maqaviləsi”nin surətindən görünür ki, X3 və X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli 3707 nömrəli arayışına əsasən və Azərbaycan Respublikasl Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********92-10301 reyestr nömrəli Seriya RX ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən Çıxarış”ın əsasən ünvan 5 ünvanda yerləşən 0.12. ha torpaq sahəsi və üstündə yerləşən 1958-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 35.2.kv.m.olan fərdi yaşayış evini İddiaçı bağışlamışlar. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı məktubda Cavabdeh2 xx.xx.2017-ci il tarixdən, Cavabdeh3 xx.xx.2013-cü il tarixdən ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduqları göstərilmişdir. İşdə olan Səyyar-Asan 10 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan və Qəbələ Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli 17/3-13-89/2-37479 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Abdullayeva (qızlıq soyadı Fətəliyeva) Simuzər Bəhrəm qızının şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının surətindən görünür ki, Abdullayeva X15 şəhəri, Musabəyov küşəsi, ev 4 ünvanda 09 sentyabr 2005-ci il tarixdən qeydiyyatdadır. İşdə olan Qəbələ rayon VVADQ şöbəsinin 10 sentyabr 2005-ci il tarixdə verdiyi AZ-İ 188170 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 ilə X11 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanaraq həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 124 nömrə ilə qeyd aparılmışdır. Nikahdan sonra X11 ərinin soyadını qəbul etmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 11 yanvar oktyabr 2017-ci il tarixdə verilmiş AZ-T № 018694 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxxxx 1999-cu il tarixdə Qəbələ şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 266 nömrə ilə 10 sentyabr 2005-ci il tarixdə qeyd aparılmışdır. Anası Cavabdeh1 Bəhram qızı, atası X4r. İşdə olan Qəbələ rayon VVADQ şöbəsinin 10 sentyabr 2005-ci il tarixdə verdiyi AZ-İ 065022 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2001-ci ildə X5 doğulmuş X8 atası hesab edilmiş və atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin 24 noyabr 2015-ci il tarixdə verdiyi AZ-İ 777481 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə “ağ ciyər, ürək çatmamazlığı” xəstəliyindən vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının atası X1 (fərdi ev tam, torpaq ümumi birgə) və iddiaçının qardaşı X6 (torpaq ümumi birgə) adlarına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları əsasında rəsmiləşdirilmişdir. Notariat kontorunda 25 oktyabr 2013-cü il tarixdə təsdiq edilmiş bağışlama maqaviləsinə əsasən Qəbələ şəhəri, X22 küçəsi 7 ünvanda yerləşən 0.12. ha torpaq sahəsi və üstündə yerləşən 1958-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 35.2.kv.m. olan fərdi yaşayış evi İddiaçı adına 06 aprel 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Cavabdeh1 Bəhram qızı və iddiaçının qardaşı X12 1998-ci il tarixdə qeyri rəsmi ailə quraraq, mübahisəli fərdi yaşayış evinə köçmüş və bir ailə kimi qayınatası ilə birlikdə həmin evdə yaşamışlar. Onların qeyri rəsmi nikah dövründə xx xxxxxxxx 1999-cu il tarixdə Nihad və 05 avqust 2001-ci il tarixdə Vüsalə adlı uşaqları anadan olmuşdur. Simuzərlə Əkbərin nikahları yalnız 10 sentyabr 2005-ci il tarixdə rəsmi qeydə alınmışdır. X12 11 iyun 2015 il tarixdə, X3 isə dəqiq məlum olmayan tarixdə (ölüm haqqında şəhadətnamə təqdim edilməmişdir) vəfat etmişlər. Cavabdehlər iddiaçıya məxsus Qəbələ şəhəri, X22 küçəsi, ev 7 (əvvəlki ünvan 7, yenisi isə ünvan 10 ünvanda pasport qeydiyyatındadırlar və yaşayırlar. Hazırda iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehlərin məcburi qaydada çıxarılması, maneələrin cavabdehlərin hesabına aradan qaldırılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması tələbləri ilə məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə hesab edir ki, fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yarandığından (Cavabdeh1 xx.xx.2015 il tarixdə rəsmi nikah bağladığından, Cavabdeh3 isə xx.xx.2001-ci il tarixdə doğulduğundan), mübahisəyə 01 sentyabr 2000-ci il tarixdə yeni qəbul edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarına və məhkəmə iclasında araşdırılmış sübutlara əsasən hesab edir ki, İddiaçı mülkiyyət hüquqları qanunla qorunduğundan, həmçinin həmin hüquqların pozulması qanunvericiliyin tələblərinə zidd olduğundan, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə hərəkətləri iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından və həmin fərdi yaşayış evə istədəyi kimi sahib olmağa mane törətdiyindən, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 fərdi yaşayış evindən çıxarılması hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 və Cavabdeh3 Qəbələ şəhəri, X22 küçəsi, ev 7 ünvanından çıxarılmalıdırlar. Cavabdeh2 gəldikdə isə məhkəmə hesab edir ki, bu halda tərəflər arasında hüquq münasibətləri 1999-cu il tarixindən yarandığından (Cavabdeh2 xx.xx.1999-cu il tarixdə doğulduğundan), mübahisəyə 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh2 daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməsini sübut edən hər hansı bir sübut təqdim olunmadığından, cavabdehin başqa daimi yaşayış yerinin olmasını sübut etmədiyindən, onun həmin mübahisəli evdən çıxarılması yolverilməzdir. Məhkəmə iddia tələbinin irəli sürülən əsaslarla təmin edilməsini mümkün saymasa da, qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 mübahisəli evə istifadə hüququnun mövcud olması ilə əlaqədar, onunla mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüquq münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə tənzimlənə bilər. Belə ki, bu normaya əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 mübahisəli evə istifadə hüququnun itirilmiş hesab edilməsi üçün onun həmin istifadə hüququna iki əsasla xitam verilə bilər. Birinci əsas istifadə hüququna malik olan şəxsə kompensasiya verilməklə, ikinci əsas isə istifadə hüququna malik olan şəxsin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməklə. Məhkəmə hesab edir ki, iddia üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2maddəsinin tələblərinə riayət olunmadığından həmin iddia tələbi rədd edilməli və iddiaçıya mülkiyyətində istifadə hüququ olan şəxslə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadığı təqdirdə bu hüquqa xitam verilməsi üçün qeyd edilən normanın tələblərinə riayət edilməklə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. İstifadə hüququna malik olan şəxsə kompensasiya verilməklə xitam verilməsi xx.xx.2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulsa da, hazırki mübahisə üzrə İddiaçı belə bir tələb irəli sürmədiyindən, məhkəmə bu hala qiymət vermir. Bundan başqa, məhkəmə iddianın “cavabdehlərin torpaq sahəsinin zəbtindən azad edilməsi, həmin torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması, cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması, maneələrin cavabdehlər tərəfindən və onların hesabına aradan qaldırılması” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü məhkəməyə təqdim etməmişdir. Ona görə iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçılarının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri, yəni iddia qismən təmin edilməli olduğundan iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 06 aprel 2016-cı il qeydiyyat tarixli, **********92-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qəbələ şəhəri, X22 küçəsi, ev 7 ünvanından yerləşən fərdi yaşayış evindən cavabdehlər X9 və X13 çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar