Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-640/2020 06.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 oktyabr 2005-ci ildə anadan olmuş qızları x2, 01 oktyabr 2007-ci ildə anadan olmuş qızları x3 və 04 fevral 2010-cu il tarixdə anadan olmuş oğlanları x6 hər birinin saxlanması üçün alimentin artırılaraq hər ay sabit pul məbləğində 170 manat tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər və nikahları Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmin nikahdan 05 oktyabr 2005-ci il tarixdə x8, 01 oktyabr 2007-ci il tarixdə x7 və 04 fevral 2010-cu il tarixdə x9 anadan olmuşdur. Qəbələ Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və məhkəmənin həmin qətnaməsinə əsasən uşaqlar onun yanında saxlanılmaqla cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşaq üçün 80 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə kəsilmiş alimenti ödəmir. Cavabdeh hər bir uşaq üçün nəzərdə tutulmuş 80 manat alimenti ödəmədiyinə görə iki dəfə inzibati qaydada həbs edilmiş, lakin nəticəsi olmamışdır. Hazırda onun borcu yığılıb qalmışdır. Aliment borcunun cavabdeh tərəfindən ödənilməsi üçün Qəbələ rayon icra və probasiya şöbəsində tədbirlər görülür. Hazırkı şəraitdə 80 manat aliment uşaqların maddi tələbatını təmin etmir. O, işləmir və heç bir yerdən qazancı yoxdur. Artıq uşaqların maddi tələbatlarını qarşılaya bilmir. Cavabdeh uşaqları saxlamaq üçün ona heç bir başqa maddi yardım göstərmir. Azərbaycanda yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci il üçün 170 manat müəyyən edilmişdir. Ona görə də o, minimum həyat səviyyəsinə uyğun olaraq hər bir uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment tələb edir. O, cavabdehin hansı işlə məşğul olduğunu və nə qədər məvacib aldığını bilmir. Ona görə də qanunun tələbinə uyğun olaraq alimentin sabit pul məbləğində yaşayış minumumuna uyğun olaraq artırılmasını tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh 30 iyun 2020-ci il tarixdə məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, o, məhkəmənin qərarına əsasən hər ay bir uşaq üçün 80 manat, 3 uşaq üçün 240 manat aliment ödəməlidir. O, heç bir yerdə daimi işləmir. Məhkəmənin təyin etdiyi 240 manat alimenti tam ödəyə bilmir və pul tapdıqca uşaqlara göndərir. Bəzi vaxtlarda anasının aldığı 130 manat pensiyadan da uşaqlarına göndərir. Özü isə anasının himayəsində yaşayır və evin bütün sosial xərclərini anası ödəyir. Özünün sinirləri xəstədir və pul dərdindən müalicə edə bilmir. İddiaçının da ərizəsində göstərdiyi kimi alimenti ödəyə bilmədiyi üçün bir neçə dəfə o, inzibati qaydada həbs edilmişdir. O, başa düşür ki, bir valideyn kimi öz övladına baxmağa borcludur. Ona görö də qazandığı pulun hamısını ona göndərir. Ona təyin edilmiş 80 manat aliment məbləği artırılarsa, yenə də ödəyə bilməyəcəkdir. İddiaçı özü də Vəndam qəsəbəsinin mərkəzində mağazada satıcı işləyir. Yuxarıda göstərdiklərini nəzərə alaraq iddiaçının alimentin artırılmasına dair ərizəsinə qəti etiraz edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon İHB Vəndam qəsəbə İƏN-yi tərəfindən verilmiş 25.10.2005-ci il tarixli, AZ-İ seriyalı, 686517 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, x8 05.10.2005-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 25.10.2005-ci ildə 101 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon İHB Vəndam qəsəbə İƏN-yi tərəfindən verilmiş 05.11.2007-ci il tarixli, AZ-İİ seriyalı, 008638 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, x7 01.10.2007-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 05.11.2007-ci ildə 126 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon İHB Vəndam qəsəbə İƏN-yi tərəfindən verilmiş 04.05.2010-cu il tarixli, AZ-İİ seriyalı, 427967 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, x9 04.02.2010-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 04.05.2010-cu ildə 26 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16mart 2017-ci il tarixli, AZ-İ seriyalı, 218884 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikahın pozulması 16mart 2017-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 16 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Əhmədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Qəbələ rayon, Vəndam qəsəbəsində yaşayan x4, Qəbələ rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 21 dekabr 2017-ci il tarixli, 1/X-663 nömrəli məktubdan görünür ki, Qəbələ rayon icra və probasiya şöbəsinin təqdim etdiyi arayışlardan və sənədlərin surətlərindən məlum olmuşdur ki, Qəbələ rayon Məhkəməsinin 2(025)-97/2017 saylı, 13 fevral 2017-ci il tarixli icra sənədinə əsasən Cavabdeh övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa 80 manat olmaqla cəmi 240 manat aliment tutulub İddiaçı verilməlidir. Həmçinin məktubdan görünür ki, Cavabdeh borcundan ödəniş etmədiyi üçün barəsində növbəti dəfə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, o cümlədən borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan ASAN-QƏBƏLƏ tərəfindən verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının izahatından, cavabdehin məhkəməyə göndərdiyi ərizədən və mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 05oktyabr 2005-ci il təvəllüdlü x8, 01 oktyabr x7 və 04fevral 2010-cu il təvəllüdlü x9 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşağları ananın yanındadır. Qəbələ rayon Məhkəməsinin 2(025)-97/2017 saylı, 13 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa 80 manat olmaqla cəmi 240 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı bildirir ki, hazırkı şəraitdə 80 manat aliment uşaqların maddi tələbatını təmin etmir. O, işləmir və heç bir yerdən qazancı yoxdur. Artıq uşaqların maddi tələbatlarını qarşılaya bilmir. Cavabdeh uşaqları saxlamaq üçün ona heç bir başqa maddi yardım göstərmir. Bu səbəbdən də, iddiaçı təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğinin aliment tutulmasını xahiş edir. Cavabdeh isə məhkəməyə göndərdiyi ərizədə işsiz olduğunu, təyin olunmuş 80 manat alimenti ödəyə bilmədiyini, əgər aliment artılarsa da ödəyə bilməyəcəyini qeyd etmişdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını nəzərə alaraq 05oktyabr 2005-ci il təvəllüdlü x8, 01 oktyabr x7 və 04fevral 2010-cu il təvəllüdlü x1 üçün Cavabdeh hər ay tutulan alimentin məbləğinin qismən artırılmasını ədalətli və əsaslı hesab edir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin rəsmi işinin olmamasını, iddiaçının cavabdehin hər ay 510 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlər, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)-97/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək, Cavabdeh 05 oktyabr 2005-ci il təvəllüdlü x8, 01 oktyabr 2007-ci il təvəllüdlü x7 və 04 fevral 2010cu il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılmalı, hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)-97/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 05 oktyabr 2005-ci il təvəllüdlü x8, 01 oktyabr 2007-ci il təvəllüdlü x7 və 04 fevral 2010-cu il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-640/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-640/2020
06.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver