Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-653/2021 27.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Kərı̇ mov Əflatun Kərı̇ m oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Kərı̇ mov Əflatun Kərı̇ m oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsa Hacıyev ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Kərı̇ mov Əflatun Kərı̇ m oğlu, Cavabdeh2 və Cavabdeh3 ilə borc məbləğinin ödənilməsi barədə məhəkəmədən kənar razılıq əldə olunduğunu bildirmiş, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Kərı̇ mov Əflatun Kərı̇ m oğlu, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlmədiklərinə görə onların işin mahiyyəti üzrə həll olunmasını tələb edib-etmədiklərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Kərı̇ mov Əflatun Kərı̇ m oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Kərı̇ mov Əflatun Kərı̇ m oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın və ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-653/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-653/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver