Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-66/2022 24.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı "torpaq sahəsindən istifadəyə dair manelərə son qoyulması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı "torpaq sahəsindən istifadəyə dair manelərə son qoyulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı "torpaq sahəsindən istifadəyə dair manelərə son qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Yemişanlı kəndi ərazisində alqı-satqı müqaviləsi əsasında əldə olunan 0,229302 ha torpaq sahəsinin boşaldılması, sökülmüş metr uzunluğunda tor hasarın cavabdehlərin hesabına bərpa olunması və ərazidən normal istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 12.06.2011 -ci il tarixdə Qəbələ rayonunun Yemişanlı kəndi ərazisində alqı-satqı müqaviləsi əsasında 0,229302 ha torpaq sahəsi almışdır. Torpaq-alqı - satqı müqaviləsindən xeyli müddət keçməsinə baxmayaraq cavabdehlər tərəfindən törədilən maneələr səbəbindən mütəxəssislərin əraziyə daxil olub texniki inventarlaşma aparılması mümkünsüz olmuşdur. Məcbur olub məhkəməyə zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi ilə müraciət etmişdi. Qəbələ rayon məhkəməsinin 14.10.2020 -ci ii tarixli 2(025) - 91/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş. Qətnamə 08.06.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Qətnamənin icra edilməsi üçün 09.06.2021-ci il tarixdə icra vərəqəsi verilərək icraya yönəlmişdir. 25.06.2021-ci il tarixdə Qəbələ rayon icra və prbasiya şöbəsinin əməkdaşları, icra sənədi üzrə borclu, tələbkar ekspert, polis əməkdaşları, borclunun atası və qardaşının iştirakı ilə ərazidə icra işi aparıldı, göstərilən mübahisəli torpaq sahəsi döngə nöqtələri formasında ona təhvil verildi. Bu barədə 25.06.2021 -ci i! tarixdə ərazidə akt belə tərtib olundu və 8 nəfər tərəfindən imzalandı. 0,229302 ha torpaq sahəsinin sərhədlərinə döngə nöqtələri daxilində armatur dirəklər basdırmaqla dəmir torla hasar çəkdi. Xeyli vəsait xərclədi. Ancaq icra işindən bir müddət sonra cavabdehlər torpaq sahəsinin kənarına çəkdiyi bütün dəmir torları (şotkaları) söküb yararsız vəziyyətə salmışlar. Maneələr cavabdehlərin qrup halında göstərildikləri maneələrdən ibarətdir. Hazırki vəziyyətdə torpaq sahəsinə daxil olmaq mümkün deyil. Çəkilən hasar tam olaraq cavabdehlər tərəfindən sökülərək yararsız vəziyyətə salınmış, özləri tərəfindən kənarı bağlanmış və istifadəyə əvvəlkindən də sərt formada maneələr törədirlər. Qeyd olunan səbəblərə görə cavabdehlərin qanunsuz olaraq qanuni, mülkiyyətində olan 0,229302 ha torpaq sahəsi üzərində iş aparmağa maneələr törədilməsinin qarşısını almaq, çəkilmiş hasarın cavabdehlərin hesabına bərpa olunması, törədilən maneələrin qarşısını almaq və belə maneələrə son qoymaq məqsədilə məhkəməyə təkrarən müraciət etmək məcburiyyətində qalmışdır. Qəbələ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(025)-66/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı "torpaq sahəsindən istifadəyə dair manelərə son qoyulması" tələbinə dair iddia ərizəsinin Cavabdeh1 qarşı olan hissəsində iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi üzrə Qəbələ Rayon Məhkəməsinin 14.10.2020-ci ii tarixli 2(025) - 91/2020 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilsə də, 0,229302 ha torpaq sahəsinin iddiaçıya məxsus olması ilə razılaşmır. 1999-cu ildə həmin torpaq sahəsini almışdır. Həmin torpağı satması qarşılığında o iddiaçıya bir baş inək vermişdir. Həmin torpaq sahəsində o, hələ 2011-ci ildən qabaq yaşayış sahəsi də tikmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı irəli sürdüyü iddia tələbləri tamamilə əsassızdır. Onlar iddiaçıya məxsus və ya digər hər hansı torpaq sahəsini zəbt etməmişdir. Hal-hazırda istifadəsində olan torpaq sahəsi kənd sovxozu tərəfindən onlara verilib və 30 ildir ki onların istifadəsindədir. İddiaçı torpaq sahəsi satan şəxs onu aldadıb. Mübahisəli sahəsə onlar neçə illərdir təsərrüfatla məşğul olurlar və bağ salıblar. İddiaçı həmin illərdə mübahisə yaratmamış, yalnız 30 ildən sonra torpaq sahəsini tələb etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.İddiaçı və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş JN-210A saylı, kod 40615048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1999-cu il tarixli, 20 saylı qərarına əsasən Qəbələ rayonu, Yemişanlı kəndində Cavabdeh1 tam mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-265 saylı, kod 40615048 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1999-cu il tarixli, 20 saylı qərarına əsasən Qəbələ rayonu, Yemişanlı kəndində X2 tam mülkiyyətinə 0.29 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 12 iyun 2011-ci il tarixli 4Ə-320 saylı alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu, Yemişanlı kəndində yerləşən 0.229302 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə vermişdir. Əvəzində isə alıcı satıcıya 630 (altı yüz otuz) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(025)-91/2020 saylı qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh1 və maraqlı şəxs Qəbələ rayonu Yemişanli Bələdiyyəsinə qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia tələbi təmin edilmiş, 12 iyun 2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qəbələ rayonu Yemişanli kəndində İddiaçı məxsus 0,229302 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılması və mütəxəssislərin əraziyə daxil olub texniki inventarlaşdırma işlərinin aparılmasına törədilən maneələrə son qoyulması qət edilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(025)-1792/2021 nömrəli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur
1. 12 iyun 2011-ci il tarixli 4Ə-320 saylı alqı-satqı müqaviləsinə əsasın İddiaçı məxsus 0.229302 ha torpaq sahəsinin hüdudları müəyyən edilsin.
2. 12 iyun 2011-ci il tarixli 4Ə-320 saylı alqı-satqı müqaviləsinə əsasın İddiaçı məxsus 0.229302 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmuşdurmu? Olunmuşdursa hansı həcmdə? (kordinatları müəyyən edilsin)
3. Əgər iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmuşdursa zəbt olunmuş sahədə hər hansı tikili var mı? İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi "xxxx" MMC-nin 18.04.2021-ci il tarixli **********98 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması üçün DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri iddiaçı və cavabdehlərin iştirakı ilə torpaq sahəsində çöl ölçmə işləri aparmış və aparılan çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar əsasında araşdırma aparılmışdır. Ərazi İdarəsi tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki,
1. 12 iyun 2011-ci il tarixli 4Ə-320 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı mülkiyyətinə verilməsinə əsas olan JN-265 (kod ********) saylı Dövlət Aktının 265 cizgisində qeyd edilmiş 0,229302 hektar torpaq sahəsinin hüdudları müəyyən edilmişdir (yerquruluşu planı 1).
2. 12 iyun 2011-ci il tarixli 4Ə-320 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı mülkiyyətinə verilməsinə əsas olan JN-265 (kod 4C615048) saylı Dövlət Aktının 265 cizgisində qeyd edilmiş 0,229302 hektar torpaq sahəsi bütövlükdə cavabdehiərin istifadəsindədir (yerquruluşu planı 1).
3. JN-265 (kod ********) saylı Dövlət Aktının 265 cizgisində qeyd edilmiş, cavabdehlərin istifadəsində olan 0,229302 hektar torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, 12 iyun 2011ci il tarixli 4Ə-320 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı X3 JN-265 saylı, kod 40615048 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ona məxsus olan Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.229302 ha torpaq sahəsini 630 manat qarşılığında alıcı İddiaçı satmışdır. Qeyd olunan Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.229302 ha torpaq sahəsi İddiaçı məxsusdur. Cavabdehlər qeyd olunan torpaq sahəsini zəbt etmiş və torpaq sahəsindən istifadəyə iddiaçıya maneə yaradırlar. Hazırda iddiaçı Qəbələ rayonu, Yemişanlı kəndi ərazisində alqı-satqı müqaviləsi əsasında əldə olunan 0,229302 ha torpaq sahəsinin boşaldılmasını, sökülmüş metr uzunluğunda tor hasarın cavabdehlərin hesabına bərpa olunmasını və ərazidən normal istifadəyə törədilən maneələrə son qoyulmasını tələb edir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, məhkəmə araşdırması zamanı aparılan ekspertiza nəticəsində məlum oldu ki, iddiaçının mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdehlər tərəfindən maneələr yaradılmış, torpaq sahəsi onlar tərəfindən zəbt olunmuşdur. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Qəbələ rayonu, Yemişanlı kəndi ərazisində alqı-satqı müqaviləsi əsasında əldə olunan 0,229302 ha torpaq sahəsinin ətrafında sökülmüş tor hasarın cavabdehlərin hesabına bərpa olunmasını tələb etsə də, bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və 12 iyun 2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qəbələ rayonu Yemişanli kəndində İddiaçı məxsus 0,229302 ha torpaq sahəsi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəfindən boşaldılsın və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət e t d i:
İddia qismən təmin edilsin. 12 iyun 2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qəbələ rayonu Yemişanli kəndində İddiaçı məxsus 0,229302 ha torpaq sahəsi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəfindən boşaldılsın və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elman İsayev