Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-68/2020 02.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh və maraqlı şəxs Qəbələ rayon X5 sədri X2 iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Qəbələ rayon X3rşı “bağlanmış yolun məcburi qaydada açılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və maraqlı şəxs Qəbələ rayon X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Çuxur Qəbələ kəndi ərazisində onun mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinə gedən yolun istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, yolun bağlanmasında istifadə edilmiş tor setkanın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu, Çuxur Qəbələ kəndində mülkiyyətinə 0,03 ha torpaq sahəsi verilmişdir. Həmin 0,03 ha torpaq sahəsi adına xx.xx.2019-cu il tarixdə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin tam mülkiyyətçisidir. Mülkiyyətində olan 0,03 ha torpaq sahəsi üzərində hüquqları cavabdeh tərəfindən pozulur. Belə ki, torpaq sahəsinə gedən yol bir hissədə ağac əkməklə və hasar çəkməklə daraldılaraq yolun sonuna yaxın hissədə Fərasət Qaçayevin torpaq sahəsinin yolla sərhəddindən tor hasarla bağlanılıb. Bağlanılan yol əvvəllər gediş-gəliş yolu olmaqla ərazinin xəritəsində də gediş-gəliş yolu kimi göstərilmişdir. Cavabdehdən bağlanmış yolun açılmasını xahiş və tələb etsə də nəticəsi olmamışdır. X10 kənd İƏN-ə kənd Bələdiyyəsinə bağlanmış yolun açılması tələbi ilə müraciət etmişdir. Çuxur Qəbələ kənd Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 30 saylı məktubundan da görünür ki, cavabdeh həqiqətən onun mülkiyətində olan 0,03 ha torpaq sahəsinə gedən yolu zəbt edərək bağlamışdır. Ərizə əsasında bələdiyyə əməkdaşları onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə gedən yolun açılmasını cavabdehdən tələb etsələr də nəticəsi olmamış və ona görə də ona aidiyyəti orqanlara müraciət etməyi tövsiyyə olunmuşdur. Göründüyü kimi, cavabdeh mülkiyyətindən ictimai yola çıxan zəruri yol yerini zəbt edərək tor hasarla bağlamış, istifadəyə imkan vermir. Müvafiq orqanların təklif və tələblərini dinləmir, zəruri yol yerini açmaqdan bilərəkdən yayınır. Nəticədə onun torpaq üzərində hüquqlarının pozulmasına səbəb olan hərəkətlər edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə edərək verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı tələbləri tamamilə əsassızdır, iddiaçının qeyd etdiyi ərazidə gediş-gəliş yolu olmayıb, sadəcə bir cığır olub. Həmin ərazi onun ata-baba bağıdır. İddiaçı həmin ərazidən maşın yolu açıb, əslində iddiaçını öz ərazisinə keçmək üçün daha yaxşı yolu mövcuddur. Açılması tələb olunan ərazi onun bağ torpaqlarına aiddir. Təqdim edilmiş ekspertiza rəyi ilə qismən razıdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qəbələ rayon X5 sədri X4 izahatında bildirdi ki, Cavabdeh Qəbələ rayon X5 mülkiyyətində olan torpağı zəbt etmişdir. Ona dəfələrlə ərazinin açılmsı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Sonda isə verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları tədqiq edib, ekspertiza rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0.03 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 170 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı? - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli, 32418 saylı məktubundan görünür ki, 2(025)-1461/2019 saylı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən imtina edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı? - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 275 saylı ekspert rəyindən görünür ki, hüquqmüəyyənedici sənədlərə, torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritə materiallarına, iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi ümumi istifadədə olan yol kimi göstərilmişdir. Hal-hazırda həmin mübahisəli ərazi Cavabdeh faktiki istifadəsindədir. Xəritə məlumatları və digər sənədlər nəzərə alınmaqla, iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Kompleks Yerquruluşu xəritəsində iki BEF (X8) torpağı arasından keçən ümumi gediş-gəliş yolu kimi göstərlmişdir. Qaydalara əsasən ümumi istifadə üçün nəzərdə tutulan gediş-gəliş yolları və ya təsərrüfat arası yollar bələdiyyə mülkiyyəti hesab olunur. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən0.03 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçının yol kimi istifadə etdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. Cavabdeh qeyd olunan ərazini zəbt etmişdir və iddiaçıya həmin torpaq sahəsindən öz mülkiyyətində olan torpaq sahəsinə gedib-gəlməsinə maneə yaradır. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının, həmçinin maraqlı şəxs olan Bələdiyyənin mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Qəbələ rayonu Çuxur Qəbələ kəndində İddiaçı mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinə gedən yolun (ekspert rəyinə uyğun olaraq) istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun və yol bağlanmasında istifadə edilmiş tor hasarın cavabdehin hesabına sökülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1 təqdim etdiyi hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Qəbələ rayonu Çuxur Qəbələ kəndində İddiaçı mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinə gedən yolun (ekspert rəyinə uyğun olaraq) istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun və yol bağlanmasında istifadə edilmiş tor hasarın cavabdehin hesabına sökülsün . Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1 təqdim etdiyi hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-68/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-68/2020
02.09.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver