Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-681/2022 20.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Ebı̇ şova Kı̇ fayət Səftər qızı, Həmı̇ dova Məlahət Namı̇ zəd qızı, Cavabdeh3 Namı̇ zət qızı, Ebı̇ şova Gülnarə Namı̇ zəd qızı, Ebı̇ şov Hüseyn Namı̇ zəd oğlu, Ebı̇ şov Səxavət Namı̇ zəd oğlu və Ebı̇ şov Həsən Namı̇ zəd oğluna qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Ebı̇ şova Kı̇ fayət Səftər qızı, Həmı̇ dova Məlahət Namı̇ zəd qızı, Cavabdeh3 Namı̇ zət qızı, Ebı̇ şova Gülnarə Namı̇ zəd qızı, Ebı̇ şov Hüseyn Namı̇ zəd oğlu, Ebı̇ şov Səxavət Namı̇ zəd oğlu və Ebı̇ şov Həsən Namı̇ zəd oğluna qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı "xxxx" ASC cavabdehlər Ebı̇ şova Kı̇ fayət Səftər qızı, Həmı̇ dova Məlahət Namı̇ zəd qızı, Cavabdeh3 Namı̇ zət qızı, Ebı̇ şova Gülnarə Namı̇ zəd qızı, Ebı̇ şov Hüseyn Namı̇ zəd oğlu, Ebı̇ şov Səxavət Namı̇ zəd oğlu və Ebı̇ şov Həsən Namı̇ zəd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1207.32 manat əsas borc və 0.10 manat faiz borcu olmaqla, cəmi 1207.42 (bir min iki yüz yeddi manat 42 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 32.08 (otuz iki manat 08 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Ağdaş” filialı ilə Ebişov Namizəd Alı oğlu arasında bağlanmış 550-xx.xx.2018-002854 nömrəli, 17.04,2018-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 40 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 1590 manat məbləğində kredit verilmişdir. X3 Alı oğlu xx.xx.2019-ci il tarixdə vəfat etmişdir. Qəbələ regional "ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 204 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Ebişov Namizəd Alı oğlunın adma vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 xx.xx.2020-ci il tarixli, 127 reyestr nömrəli vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Ağdaş” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Ebişov Namizəd Alı oğlunun vəfat etdiyi tarixə Banka 1207.32 manat əsas borc və 0.10 manat faiz borcu olmaqla, cəmi 1207.42 manat kredit borcu qalmışdır. Cavabdehlər, mərhum Ebişov Namizəd Alı oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Ebı̇ şova Kı̇ fayət Səftər qızı, Həmı̇ dova Məlahət Namı̇ zəd qızı, Cavabdeh3 Namı̇ zət qızı, Ebı̇ şova Gülnarə Namı̇ zəd qızı, Ebı̇ şov Hüseyn Namı̇ zəd oğlu, Ebı̇ şov Səxavət Namı̇ zəd oğlu və Ebı̇ şov Həsən Namı̇ zəd oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli 550-xx.xx.2018-002854 saylı kredit müqaviləsindən görünür ki, Ebişov Namizəd Alı oğlu "xxxx" ASC-nin «Ağdaş» filialından illik 27 faizlə 40 ay müddətinə 1590 manat kredit götürmüşdür. İşdə olan Ödəniş cədvəlindən görünür ki, Ebişov Namizəd Alı oğlu xx.xx.2018-ci il tarixli 550-xx.xx.2018-002854 saylı kredit müqaviləsi üzrə 40 ay ərzində hər ay 60.80 manat, sonuncu ay 54.58 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Ebişov Namizəd Alı oğlunın kredit müqaviləsi üzrə banka xx.xx.2022-ci il tarixə 1207 manat 32 qəpik əsas borc, 10 qəpik faiz olmaqla, cəmi 1207 manat 42 qəpik məbləğində borcunun olması göstərilmişdir. İşdə olan Qəbələ Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 07 may 2019-cu il tarixdə verilmiş AZ-İ № 994515 sylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ebişov Namizəd Alı oğlu xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. İşdə olan Qəbələ Regional “Asan Xidmət” mərkəzi Notariat Ofisinin 19 yanvar 2022-ci il tarixli 204 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş Ebişov Namizəd Alı oğlunın vərəsələri – arvadı Ebı̇ şova Kı̇ fayət Səftər qızı, qızı Həmı̇ dova Məlahət Namı̇ zəd qızı, qızı Cavabdeh3 Namı̇ zət qızı, qızı Ebı̇ şova Gülnarə Namı̇ zəd qızı, oğlu Ebı̇ şov Hüseyn Namı̇ zəd oğlu, oğlu Ebı̇ şov Səxavət Namı̇ zəd oğlu və oğlu Ebı̇ şov Həsən Namı̇ zəd oğludur. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Ebişov Namizəd Alı oğlu iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Ebişov Namizəd Alı oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri Ebı̇ şova Kı̇ fayət Səftər qızı, Həmı̇ dova Məlahət Namı̇ zəd qızı, Cavabdeh3 Namı̇ zət qızı, Ebı̇ şova Gülnarə Namı̇ zəd qızı, Ebı̇ şov Hüseyn Namı̇ zəd oğlu, Ebı̇ şov Səxavət Namı̇ zəd oğlu və Ebı̇ şov Həsən Namı̇ zəd oğlu Bank qarşısında olan öhdəliklərini yerinə yetmir, ödənişləri həyata keçirməkdən boyun qaçırır. Bildiriş məktublarından görünür ki, "xxxx" ASC kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 32.08 manat məbləğində dövlət rüsumu, 40 qəpik bank xidməti haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Ebı̇ şova Kı̇ fayət Səftər qızından, Həmı̇ dova Məlahət Namı̇ zəd qızından, Cavabdeh3 Namı̇ zət qızından, Ebı̇ şova Gülnarə Namı̇ zəd qızından, Ebı̇ şov Hüseyn Namı̇ zəd oğlundan, Ebı̇ şov Səxavət Namı̇ zəd oğlundan və Ebı̇ şov Həsən Namı̇ zəd oğlundan müştərək qaydada 1207 manat 32 qəpik əsas, 10 qəpik faiz borcu olmaqla, cəmi 1207 (bir min iki yüz yeddi) manat 42 (qırx iki) qəpik kredit borcu, 32 (otuz iki) manat 08 (səkkiz) qəpik dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidməti haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Ebı̇ şova Kı̇ fayət Səftər qızından, Həmı̇ dova Məlahət Namı̇ zəd qızından, Cavabdeh3 Namı̇ zət qızından, Ebı̇ şova Gülnarə Namı̇ zəd qızından, Ebı̇ şov Hüseyn Namı̇ zəd oğlundan, Ebı̇ şov Səxavət Namı̇ zəd oğlundan və Ebı̇ şov Həsən Namı̇ zəd oğlundan müştərək qaydada 1207 manat 32 qəpik əsas, 10 qəpik faiz borcu olmaqla, cəmi 1207 (bir min iki yüz yeddi) manat 42 (qırx iki) qəpik kredit borcu, 32 (otuz iki) manat 08 (səkkiz) qəpik dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidməti haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-681/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-681/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver