Məhkəmə qərarları › İş №2(025)-687/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-687/2022

20.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-687/2022 20.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması və müalicə xərcləri” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin həcminin artırılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qəbələ Rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli, 2(025)- 36/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 26 aprel 2015-ci il təvəllüdlü X2, 13 dekabr 2016-cı il təvəllüdlü X3, 03 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 579 (beş yüz yetmiş doqquz) manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli, 2(025)-36/2021 saylı qətnaməsinə əsasən cavabdehlə olan nikahı pozulmuş, 26 aprel 2015ci il təvəllüdlü X2, 13 dekabr 2016-cı il təvəllüdlü X3, 03 dekabr 2017-ci il təvəllüdlü X4 onun yanında qalması müəyyən olunmuş və onların yetkinlik yaşma çatanadək saxlanması üçün 26 avqust 2020-ci il tarixdən alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh hər uşaq üçün 120 manat olmaqla 360 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Uşaqlar böyüdükcə ödənilən alimentin məbləği onların təlabatlarını ödəmir, cavabdeh şəxs isə “N” saylı hərbi hissədə müddətdən artıq qulluq edən hərbi qulluqçudur və kifayət qədər pul qazanır, Ona görə də cavabdehdən qət olunmuş aliment pulunun qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutularaq ona verilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahat verərək bildirdi ki, iddiaçı ilə nikahı Qəbələ rayon məhkəməsinin 21 yanvar 2021-ci il tarixli, 2(025)-36/2021 saylı qətnaməsi ilə pozulmuş və həmin qətnaməyə əsasən 26 aprel 2015-ci il təvəllüdlü X5, 13 dekabr 2016-cı il təvəllüdlü X6, 03 dekabr 2017-ci il təvəllüdlü X7 iddiaçının yanında saxlanılmışdır. Həmin qətnmə uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat aliment tutulması qərara alınmış və o mütamadi olaraq aliment ödəmişdir. Hazırda onun aliment borcu yoxdur. Övladları və iddiaçı onun adına olan hərbi evdə yaşamışlar, sonradan isə o, evi boşaldılmış və övladları hazırda onun valideynlərinin himayəsində yaşayır. Bu səbəbdən iddiaçının tələbini əssassız hesab edir. Bundan başqa, onun hər ay 579 manat aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, bir sıra maddi problemləri var və həmçinin kredit ödəyir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qəbələ rayon Kürd kənd İ.Ə.N tərəfindən 19 may 2015-ci il tarixdə verilmiş AZ-İİİ № 524502 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 aprel 2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd aparılmışdır. X13 Vəkil qızı, atası Cavabdehdur. İşdə olan Qəbələ rayon Kürd kənd İ.Ə.N tərəfindən 20 dekabr 2015-cı il tarixdə verilmiş AZ-İİİ № 827052 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 13 dekabr 2016-cı il tarixdə Qəbələ şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd aparılmışdır. X13 Vəkil qızı, atası Cavabdehdur. İşdə olan Qəbələ rayon Kürd kənd İ.Ə.N tərəfindən 13 yanvar 2018-ci il tarixdə verilmiş AZ-İV № 008536 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 03 dekabr 2017-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd aparılmışdır. X13 Vəkil qızı, atası Cavabdehdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-36/2021 saylı qətnaməsi ilə cavabdeh Nəzirova Kəmalə Vəkil qızı ilə iddiaçı Cavabdeh arasında 05 avqust 2014-cü il tarixdə bağlanmış və Qəbələ rayon Kürd kənd İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 26 aprel 2015-ci il təvəllüdlü X2, 13 dekabr 2016-cı il təvəllüdlü X3 və 03 dekabr 2017-ci il təvəllüdlü X4 anaları Nəzirova Kəmalə Vəkil qızının yanında qalmaları müəyyən edilməsi, iddiaçı Cavabdeh 26 avqust 2020-ci il tarixdən başlayaraq, 26 aprel 2015-ci il təvəllüdlü X2, 13 dekabr 2016-cı il təvəllüdlü X3 və 03 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Nəzirova Kəmalə Vəkil qızına verilməsi qət edilmişdir. İşdə olan Qəbələ Rayon Mərkəzi X9 şəxsi tərəfindən 20 iyun 2022-ci il tarixdə verilmiş 1017 saylı arayışdan görünür ki, 03 dekabr 2017-ci il təvəllüdlü X1 RMX PHŞ-də xx.xx.2022-xx.xx.2022ci il tarixlərdə ambulator müayinədə olmuş və “hər iki pəncənin anadangəlmə yastıpəncəliyi (Q66.5), “Hər iki diz oynağının valqus deformasiyası”, “inkişaf etaplarının geriliyi, nitq geriliyi” diaqnozu qoyulmuşdur. İşdə olan Qəbələ Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 06 dekabr 2021-ci il tarixdə verilmiş AZ-İ 346345 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Nəzirova Kəmalə Vəkil qızı ilə iddiaçı Cavabdeh arasında nikah xx.xx.2021ci il tarixdə ləğv olunmuş, nikah ləğv olunduqdan sonra kişiyə Nəzirov, Qadına Abbasova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən üç övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh Nəzirova Kəmalə Vəkil qızı ilə iddiaçı Cavabdeh arasında 05 avqust 2014-cü il tarixdə bağlanmış və Qəbələ rayon Kürd kənd İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 26 aprel 2015-ci il təvəllüdlü X2, 13 dekabr 2016-cı il təvəllüdlü X3 və 03 dekabr 2017-ci il təvəllüdlü X4 anaları Nəzirova Kəmalə Vəkil qızının yanında qalmaları müəyyən edilməsi, iddiaçı Cavabdeh 26 avqust 2020-ci il tarixdən başlayaraq, 26 aprel 2015-ci il təvəllüdlü X2, 13 dekabr 2016-cı il təvəllüdlü X3 və 03 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Nəzirova Kəmalə Vəkil qızına verilməsi müəyyən edilmişdir. Hazırda iddiaçı övladları barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin tutulmasını tələb edir. Eyni zamanda, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat təşkil etdiyi halda, 2022-ci ildə bu məbləğ 193 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün 120 manat vəsait yetərli sayıla bilməz. Ancaq məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat həddində artırılmasını da ədalətli və qanunauyğun hesab etmir. İddiaçı cavabdehin əlavə gəlirlərin, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq 160 manat həddində müəyyən edilməsini məqsədə və qanuna müvafiq hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 26 aprel 2015-ci il təvəllüdlü X2, 13 dekabr 2016-cı il təvəllüdlü X3 və 03 dekabr 2017-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (döörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 77.60 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 26 aprel 2015-ci il təvəllüdlü X2, 13 dekabr 2016-cı il təvəllüdlü X3 və 03 dekabr 2017-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (döörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 77 (yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar