Məhkəmə qərarları › İş №2(025)-689/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-689/2025

23.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-689/2025 23.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, dəymiş zərərin ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi iddia qaldıraraq Cavabdeh tərəfindən idarə edilən «VAZ 2101» markalı ** EJ *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə, saat 07:00 radələrində Qəbələ şəhəri, Fazil Rəhimov küçəsində törədilən yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır dərəcəli bədən xəsarətləri yetirdiyini, müalicəsindən ötrü 5000,0 manat xərcləndiyini və əmək qabiliyyətinin itirilməsi nəticəsində 10000,0 manat məbləğində qazancdan məhrum olduğunu göstərərək cəmi 15.000,0 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 07:00 radələrində Qəbələ şəhəri, Fazil Rəhimov küçəsində Cavabdeh idarə etdiyi «VAZ 2101» markalı ** EJ *** dövlət nömrə nişanlı avtomobillə həmin yerdə yolun ehtiyat hissəsi ilə piyada hərəkətdə olan xx.xx.1977-ci il təvəllüdlü İddiaçı vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində İddiaçı kəllə daxili travma mış və sağlamlığına ağır dərəcəli bədən xəsarətləri yetirilməsi səbəbindən uzun müddət müalicə olunmuşdur. İddiaçı müalicəsindən ötrü indiyədək 5000,0 manatdan artıq vəsait xərclənsə də, o, sağalmamış və əmək qabiliyyətini tamamilə itirmişdir. İddiaçı fərdi qaydada günəmuzd işləyərək ailənin yeganə qazanc gətirəni olmuş və əmək qabiliyyətini itirməsi nəticəsində ayda 700-800 manat məbləğində qazancdan məhrum olmuşdur. İddiaçı hazırkı vəziyyəti ilə əlaqədar ailəsi maddi cəhətdən məhrumiyyətlərə məruz qalmış, iki uşağının tələbə olması isə vəziyyəti daha da pisləşmişdir. Cavabdeh azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq cəzaçəkmə müəssisəsində deyil və azadlıqda qalıb işləməsinə baxmayaraq İddiaçı maddi köməklik göstərmir. Ona görə də, Cavabdeh 5000,0 manat müalicə xərci və 10.000,0 manat məbləğində itirlən qazancın əvəzi alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 07-00 radələrində idarə etdiyi Vaz 2101 minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri Fazil Rəhimov küçəsi ilə hərəkətdə həmin vaxt yolun sağ kənarı ilə piyada hərəkət edən İddiaçı vuraraq ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Hadisədən sonra İddiaçı Qəbələ rayon mərkəzi xəstəxanasına aparmış və ona müalicə olunmaqdan ötrü 200,0 manat vermişdir. Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə həmin yol nəqliyyat hadisəini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hal-hazırda məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə işləmir və qazancı olmadığından İddiaçı dəymiş zərəri ödəmək imkanı yoxdur. Lakin cəzasını çəkib qurtardıqdan sonra İddiaçıa ayda 50-100 manat ödəməklə cəmi 2000,0 manat verə bilər. Ona görə də, iddia tələbi əsasız hesab edilməlidir. İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(025)5/2025 saylı hökmünün surətinə əsasən Cavabdeh idarə etdiyi «VAZ 2101» markalı ** EJ *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə, saat 07:00 radələrində Qəbələ şəhəri, Fazil Rəhimov küçəsi ilə Z.Əliyeva küçəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə yolun sağ kənarı ilə piyada hərəkətdə olan xx.xx.1977-ci il təvəllüdlü İddiaçı vuraraq sağlamlığına ağır dərəcəli bədən xəsarətləri (başın sağ gicgah sümüyünün açıq yerdəyişməyən sınığı, sağ dirsək oynağının arxa səthinin, sağ saidin bayır yuxarı 1/3-nin sıyrıqları və sağ baldırın bayır yuxarı 1/3-nin qançırı) yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi «VAZ 2101» markalı ** EJ *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə, saat 07:00 radələrində Qəbələ şəhəri, Fazil Rəhimov küçəsi ilə Z.Əliyeva küçəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə yolun sağ kənarı ilə piyada hərəkətdə olan xx.xx.1977-ci il təvəllüdlü İddiaçı vuraraq sağlamlığına ağır dərəcəli bədən xəsarətləri yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İddiaçı yol nəqliyyat hadisəsin nəticəsində aldığı bədən xəsarətlərdən əmək qabiliyyətini itirərək hər hansı bir məbləğdə qazancdan məhrum olması müəyyən edilməmişdir. AR Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsasını təşkil edir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” AR Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 56.1.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2024-cü il tarixdə, saat 07:00 radələrində Qəbələ şəhəri, Fazil Rəhimov küçəsində yolun sağ kənarı ilə piyada hərəkətdə olan xx.xx.1977-ci il təvəllüdlü İddiaçı idarə etdiyi «VAZ 2101» markalı ** EJ *** dövlət nömrə nişanlı avtomaşınla vuraraq sağlamlığına ağır dərəcəli bədən xəsarətləri yetirmiş Cavabdeh zərərçəkmiş şəxsin sağlamlığına dəymiş zərəri 5000,0 manat məbləğində ödəməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunmasın. Cavabdeh 5000,0 (beş min) manat tutulub İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 70 (yetmiş) manat dövlət rüsumu tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1(bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar