Məhkəmə qərarları › İş №2(025)-695/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-695/2021

21.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-695/2021 21.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı6 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Qəbələ rayon AİKnın 15.11.2001-ci il tarixli 15 saylı qərarı ilə verilmiş və İN-030Y saylı kodu 40807048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə adına rəsmiləşdirilmiş 0,13 ha torpaq sahəsinin ağac hasarla (çəpərlə) bağlanmış hissəsinin cavabdehin hesabına sökülməsi və həmin mülkiyyətimizdə olan 0,13 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nın 15.11.2001 -ci il tarixli 15 saylı qərarı ilə 7 nəfər ailə üzvlərinə Qəbələ rayonunun Yenikənd kəndi ərazisində 0,13 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi İN-030 Y saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə adlarına rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsinin Qəbələ rayon AİK-nın 15.11.2001-ci il tarixli 15 saylı qərarı ilə mülkiyyətinə verilməsindən xeyli vaxt keçməsinə (18 il) baxmayaraq istifadə edə bilmirlər. Belə ki, Cavabdeh 0,13 ha torpaq sahəsinin kənarına çəpər çəkərək otlaq sahəsi kimi istifadə edir. Onların istifadəsinə imkan vermir. Dəfələrlə cavabdehə torpaq sahəsinin boşaldılması tələbi ilə müraciət edilsə də nəticəsi olmayıb. Əksinə, bu gün də öz qanunsuz hərəkətlərini davam etdirir. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısını ancaq məhkəmə yolu ilə almaq mümkündür. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı5 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı6 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı4 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, Qəbələ rayonu Yenikənd kəndində yerləşən və iddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi onun qanuni sahibliyindədir. O, heç kimin torpağını qanunsuz olaraq zəbt etməmişdir. iddiaçıların tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-030C saylı, kod 40807048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2001-ci il tarixli, 15 saylı qərarına əsasən Qəbələ rayonu Yenikənd kəndində İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyətinə 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçıların “mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılmasına” dair tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ rayonu Yenikənd kəndində yerləşən mübahisəli 0.13 ha torpaq sahələri JN-030C saylı, kod 40807048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2001-ci il tarixli, 15 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mülkiyyətinə verilmişdir. Hazırda iddiaçılar qeyd olunan torpaq sahələrindən istifadəyə Cavabdeh tərəfindən maneələr törədildiyini iddia edir və törədilmiş maneələrin aradan qaldırılmasını tələb edir. Cavabdeh isə Qəbələ rayonu Yenikənd kəndində yerləşən mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olduğunu, iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh tərəfindən Qəbələ rayon AİK-nın 15.11.2001-ci il tarixli 15 saylı qərarı ilə verilmiş və İN- 030Y saylı kodu 40807048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə adına rəsmiləşdirilmiş 0,13 ha torpaq sahəsinin ağac hasarla (çəpərlə) bağlanmış hissəsinin cavabdehin hesabına sökülməsi və həmin mülkiyyətdə olan 0,13 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçılar irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, manelərin nədən ibarət olduğu, ümumiyyətlə torpaq sahəsini cavabdeh tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçılar irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılarya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar