Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-699/2020 01.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 12500 (on iki min beş yüz) manat əsas borcu, 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyun ayına kimi olan dövrdə razılaşmalarına əsasən borc verdiyi məbləğin 10 faizi olmaqla, 8 X 1250=10000 (on min) manat əlavə pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 22530 (on iki min beş yüz otuz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X1 qohumları ilə birlikdə ticarətlə məşğul olduğu illərdən tanıyır. Amma 2017-ci ildən etibarən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində işlətdiyi mağazada daha tez-tez isti söhbətləri olmuşdur. Cavabdeh həmin mağazada paltarlar və konturları topdan və pərakəndə satışını həyata keçirirmiş. Elə o zamandan onunla alış-veriş etdiyindən hərəkətlərində etibarlı adam təsiri bağışlamışdır. Münasibətləri normal olduğundan hərdən onunla mağazanın yaxınlığında olan çayxanada oturub çay içib-söhbət edirmişlər. Söhbət əsnasında ona bildirmişlər ki, əgər tapıb düzüb qoşub ona borc pul versə, mağazaya çoxlu pal-paltar və kontur alıb satar. Ona da verdiyi borcundan əlavə artıqlaması ilə əlavə pul qaytarar. O da cavabdehin belə inandırıcı və cəlbedici təkliflərinə inanmışdır. Onlar cavabdehlə ona inandığından və etibar etdiyindən şifahi və yazılı şəkildə razılaşdıqdan sonra ordan-burdan əlinə pul düşdükcə gətirib cavabdehə verirmiş. Beləliklə, ayrı-ayrı vaxtlarda o, cavabdehlə ümumilikdə 12500 (on iki min beş yüz) manat borc pul vermişdir. Bir müddət keçdikdən sonra ona pul lazım olduğundan və cavabdeh ona vəd etdiyi puldan heç bir məbləğ geri qaytarmadığından ona borclu olduğu pulu qaytarmasını istəmişdir. Cavabdeh isə ona bildirmiş ki, imkanı olmadığından onun borcunu qaytara bilməyəcəkdir. O, dəfələrlə cavabdehin işlədiyi mağazaya gedib ona borclu olduğu 12500 (on iki min beş yüz) manat borcu və vəd etdiyi əlavəni ona verməsini tələb etsə də, cavabdeh ona borclu olduğu və vəd etdiyi pulu qaytarmamışdır və ümumiyyətlə qaytarmayacağını bildirmişdir. Bu problemi o, cavabdehin valideyninə bildirmişdir. Lakin cavabdehin atası Ağayev Ədalət də ona bildirmiş ki, “oğluna nahaq pul vermişdir. Ona bir qəpik də pul verməyəcəklər. Get kimə istəyirsən şikayət elə”. Gec də olsa anlamışdır ki, cavabdeh ona olan etibarından sui istifadə edərək ondan aldığı və ona borclu olduğu 12500 (on iki min beş yüz) manat borc pulu müxtəlif bəhanələrlə qaytarmaq istəmir. Belə olduqda o da məcbur olub ona borcu vermək istəməyən cavabdeh barəsində xx.xx.2020-ci il tarixində Qəbələ RPŞ-nə şikayət etmişdir. Cavabdeh şöbəyə gələrək ondan həqiqətən də ayrıayrı vaxtlarda, bir neçə dəfəyə ümumilikdə 12500 (on iki min beş yüz) manat borc pul aldığını etiraf etmişdir. Qəbələ RPŞ-nə ünvanladığı xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli məktubda Qəbələ RPŞ-dən ona bildirmişlər ki, müraciətində göstərdiyi xüsusatlarla bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməlidir. Bundan sonra, xx.xx.2020-ci il tarixində o, cavabdehə rəsmi qaydada poçtla məktubla müraciət edərək borclu olduğu 12500 (on iki min beş yüz) manat borcunu qaytarmasını ona bildirmişdir. Lakin onun məktubuna da bu günə kimi hec bir cavab verməmişdir (poçt qəbzinin surəti məhkəməyə təqdim olunacaqdır). Beləliklə, cavabdeh artıq bir xeyli müddətdir ki, ona borclu olduğu 12500 (on iki min beş yüz) manat borcunu dəfələrlə və müxtəlif üsul və vasitələrlə qaytarmağı tələb etməsinə çaxmayaraq müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınır. Bütün cəhdlərinə baxmayaraq bu günə kimi cavabdeh onu aldadır və borcunu qaytarmır və üzərinə götürdüyü öhdəlikləri icra etmək istəmir. Bu isə kobud qanun pozuntusudur. Qanunvericiliyin və aralarında olan şifahi və yazılı razılaşmanın, işgüzar adətlərin tələblərinə uyğun olaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu halda onları pozur və üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Yuxarıda qeyd olunanlardan sonra cavabdeh ona borclu olduğu 12500 (on iki min beş yüz) manat məbləğində borcunu tam məbləğdə ödəməlidir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib eyni zamanda göstərdi ki, 1-ci müqaviləyə əsasən cavabdehə 1000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh 1000 ABŞ dolları üçün hər ay ona 100 ABŞ dolları faiz ödəməli imiş. 2-ci müqaviləyə əsasən cavabdehə 1000 ABŞ dolları qalmaqla yenidən 3100 manat borc pul vermişdir. 3100 manat üçün də hər ay faiz olaraq cavabdeh ona 310 manat ödəməli imiş. Bundan sonra 3-cü müqaviləyə əsasən 3700 manat,4-cü müqaviləyə əsasən 3800 manat cavabdehə pul vermişdir. 5-ci müqavilə xx xxxxxx 2019-cu il tarixdə bağlanılmışdır. Həmin müqavilə bağlanarkən o, cavabdehə borc pul verməmişdir. Əvvəlki 4 müqavilədə olan borc məbləğlərini cəmləmişlər, cavabdehin ona 12500 manat əsas borcu olduğunu dəqiqləşdirmişlər və xx xxxxxx 2019-cu ildən əvvəlki müqavilələr üzrə olan faiz borc məbləğlərini sıfırlamışlar. xx xxxxxx 2019-cu il tarixdə bağlanan müqavilədən sonra cavabdehin ona 12500 manat əsas borcu qalmaqla, hər ay 1250 manat faiz borcu ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 4/571 nömrəli rəyi ilə tanış olmuşdur və həmin rəydə də cavabdehin müqavilələrə özünün qol çəkməsi təsdiqini tapmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdiki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini almış və rəy ilə tanış olmuşdur. Lakin yenə də bildirmək istəyir ki, o, iddiaçı ilə aralarında bağlanmış yalnız birinci müqaviləyə imza çəkmişdir. Qalan müqavilələri imzalamağı xatırlamır. Lakin iddiaçıdan 12.500 manat almış və həmin pulu faizi ilə birlikdə geri qaytarmışdır. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etdi. xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında X3 şahid qismində ifadə verərək bildirmişdir ki, o, Cavabdeh atasıdır. 3-4 ay bundan öncə oğlunun iş yoldaşları ona bildirmişlər ki, Vüsal faizə pul alıbdır. Vüsaldan bunu soruşduqda ona heç kimdən faizə pul almadığını bildirmişdir. İddiaçı Səfanın qayınatası Nüsrətdən dəqiqliyi ilə öyrənmişdir ki, oğlu 9.000 manat faziə pul alıbdır. Daha sonra Səfa ilə əlaqə saxlamışdır. O, Ağsu şəhərində istirahətdə olduğunu, 1 həftə sonra Qəbələyə gələcəyini və Vüsalın ondan 12, 500 manat faizə pul aldığını bildirmişdir. Daha sonra oğlu Vüsal ona etiraf etmişdir ki, Səfadan faizə 12,500 manat pul almış, faizi ilə birgə ödəyib qurtarmış, daha Səfaya bir manat belə olsun borcu qalmamışdır. Məhkəmə iş üzrə iddiaçının, iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin izahatlarını dinləyərək, şahid ifadəsini və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2017-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, İddiaçı Cavabdeh hər ayın 18-də 100 (bir yüz) dollar qaytarmaq şərtilə 1000 (bir min) ABŞ dolları borc vermişdir. İş materiallarındaolanxx.xx.2017-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh (borc alan) İddiaçı (borc verən) ticarətini inkişaf etdirmək üçün 1000 (bir min) ABŞ dolları və 3100 (üç min bir yüz) manat məbləğində borc pul almış, müqavilə İddiaçı, Cavabdeh və onun atası X3 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh (borc alan) İddiaçı (borc verən) ticarətini inkişaf etdirmək üçün 1000 (bir min) ABŞ dolları və 3700 (üç min yeddi yüz) manat məbləğində borc pul almış, müqavilə İddiaçı, Cavabdeh və onun atası X3 tərəfindən imzalanmışdır. Eyni zamanda Cavabdeh qazancından hər ayın birində 100 (bir yüz) manat və hər ayın 16-da 270 (iki yüz yetmiş) manat və 100 (bir yüz) ABŞ dolları İddiaçı əvəzsiz verməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh (borc alan) İddiaçı (borc verən) ticarətini inkişaf etdirmək üçün 3800 (üç min səkkiz yüz) manat məbləğində borc pul almış, müqavilə İddiaçı, Cavabdeh və onun atası X3 tərəfindən imzalanmışdır. Eyni zamanda Cavabdeh qazancından hər ayın 12-də 380 (üç yüz səksən) manat İddiaçı əvəzsiz verməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh (borc alan) İddiaçı (borc verən) ticarətini inkişaf etdirmək üçün ayrı-ayrı vaxtlarda 12500 (on iki min beş yüz) manat məbləğində borc pul almış, müqavilə İddiaçı, Cavabdeh və onun atası X3 tərəfindən imzalanmışdır. Eyni zamanda Cavabdeh qazancından hər ay 1250 (bir min iki yüz əlli) manat İddiaçı əvəzsiz verməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh Qəbələ rayon Polis şöbəsində olduğu izahatdan görünür ki, Cavabdeh İddiaçı 2 il yarım ərzində 12.500 manat borc olduğunu etiraf etmişdir. Eyni zamanda İddiaçı aldığı 12500 manat borc məbləğini tam şəkildə ödədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 4/571nömrəli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 34-cü vərəqində İddiaçı ilə Cavabdeh adlarından olan xx xxxx 2017-ci il tarixli borc müqaviləsinin aşağı hissəsində “Cavabdeh o”, “X4 o” yazıları və həmin yazıların qarşısındakı imzalar; mülki işin 35-ci vərəqində; İddiaçı ilə Cavabdeh adlarından olan 16iyul 2017-ci il tarixli borc müqaviləsinin aşağı hissəsində “Cavabdeh” və “X3” yazılarının qarşısındakı imzalar; mülki işin 36-ci vərəqində İddiaçı ilə Cavabdeh adlarından olan xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsinin aşağı hissəsində “Cavabdeh” və “X3” yazılarının qarşısındakı imzalar; mülki işin 37-ci vərəqində İddiaçı ilə Cavabdeh adlarından olan xx xxxxxx 2019-cu il tarixli borc müqaviləsinin aşağı hissəsində “Cavabdeh” və “X3” yazılarının qarşısındakı imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, mülki işin 35-ci vərəqində İddiaçı ilə Cavabdeh adlarından olan xx xxxx 2017-ci il tarixli borc müqaviləsinin aşağı hissəsində “Cavabdeh” və “X3” yazıları; mülki işin 36-ci vərəqində İddiaçı ilə Cavabdeh adlarından olan xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsinin aşağı hissəsində “Cavabdeh” və “X3” yazıları; mülki işin 37-ci vərəqində İddiaçı ilə Cavabdeh adlarından olan xx xxxxxx 2019-cu il tarixli borc müqaviləsinin aşağı hissəsində “Cavabdeh” və “X3” yazıları - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göründüyü kimi, tərəflər arasında bağlanmış borc müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, borc müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçıxx xxxx 2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrə əsaslanaraq və xx.xx.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 12500 (on iki min beş yüz) manat məbləğində borcun və ona hesablanmış faizlərin qaytarılmasını iddia və tələb etdiyi halda, Cavabdeh iddiaçı ilə aralarında bağlanmış yalnız birinci müqaviləyə imza çəkdiyini, qalan müqavilələri imzalamağı xatırlamadığını, ekspert rəyi ilə razı olmadığını, iddiaçıdan aldığı borc məbləğini faizi ilə birlikdə ödədiyini, bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, borc münasibətlərindən irəli gələn mübahisələrə baxılarkən borc müqaviləsi şifahi bağlandıqda həmin əqdin mövcudluğunu və əqd üzrə nəzərdə tutulmuş öhdəlikdlərin icrası müddəti, qaydası və şərtləri barədə müddəaları sübut etmək yükünü iddiaçı, borc müqaviləsi yazılı bağlandıqda isə cavabdeh daşıyır. Hazırki işdə tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, İddiaçı Cavabdeh hər ayın 18-də 100 (bir yüz) dollar qaytarmaq şərtilə 1000 (bir min) ABŞ dolları borc vermişdir. xx.xx.2017-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh (borc alan) İddiaçı (borc verən) ticarətini inkişaf etdirmək üçün 1000 (bir min) ABŞ dolları və 3100 (üç min bir yüz) manat məbləğində borc pul almışdır. xx.xx.2017-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh (borc alan) İddiaçı (borc verən) ticarətini inkişaf etdirmək üçün 1000 (bir min) ABŞ dolları və 3700 (üç min yeddi yüz) manat məbləğində borc pul almış, eyni zamanda Cavabdeh qazancından hər ayın birində 100 (bir yüz) manat və hər ayın 16-da 270 (iki yüz yetmiş) manat və 100 (bir yüz) ABŞ dolları İddiaçı əvəzsiz verməsini öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh (borc alan) İddiaçı (borc verən) ticarətini inkişaf etdirmək üçün 3800 (üç min səkkiz yüz) manat məbləğində borc pul almış, eyni zamanda Cavabdeh qazancından hər ayın 12-də 380 (üç yüz səksən) manat İddiaçı əvəzsiz verməsini öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh (borc alan) İddiaçı (borc verən) ticarətini inkişaf etdirmək üçün ayrı-ayrı vaxtlarda 12500 (on iki min beş yüz) manat məbləğində borc pul almış, eyni zamanda Cavabdeh qazancından hər ay 1250 (bir min iki yüz əlli) manat İddiaçı əvəzsiz verməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında mübahisələndirilən 12.500 manat borc məbləği isə cavabdehin borcu borc verənin tələb etdiyi andan 15 gün müddətinə qaytaracağına dair öhdəliyindən irəli gələn və məhz tərəflər arasında imzalanmış borc müqaviləsində öz əksini tapmışdır. Göründüyü kimi, hazırkı iş üzrə, cavabdehin xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli borc müqavilələrindəki imzaların onun tərəfindən imzalanmaması məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən mübahisələndirilsə də, İddiaçı ilə Cavabdeh adlarından olan xx xxxx 2017-ci il tarixli borc müqaviləsinin aşağı hissəsində “Cavabdeh o”, “X4 o” yazıları və həmin yazıların qarşısındakı imzalar; İddiaçı ilə Cavabdeh adlarından olan xx xxxx 2017-ci il tarixli borc müqaviləsinin aşağı hissəsində “Cavabdeh” və “X3” yazılarının qarşısındakı imzalar; İddiaçı ilə Cavabdeh adlarından olan xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsinin aşağı hissəsində “Cavabdeh” və “X3” yazılarının qarşısındakı imzalar; İddiaçı ilə Cavabdeh adlarından olan xx xxxxxx 2019-cu il tarixli borc müqaviləsinin aşağı hissəsində “Cavabdeh” və “X3” yazılarının qarşısındakı imzalar – Cavabdeh tərəfindən icra olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 4/571 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi əsasında sübuta yetmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh İddiaçı xx.xx.2017-ci il tarixli, xx.xx.2017ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli borc müqavilələrindəki imzaların ona məxsus olmaması əsası ilə iddia tələbinin rədd edilməsi barədə tələbi əsassız sayılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı bir dəlil cavabdeh tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçıdan sonda 12.500 manat borc pul aldığını və ona faiz verməli olduğunu etiraf etmiş, lakin həmin məbləğləri faizi ilə birlikdə qaytardığını göstərsə də, borc maqaviləsi üzrə həm 12.500 manat pulun, 12.500 manata əlavə hesablanmış faizlərin ödənilməsinə dair məhkəməyə heç bir sübutu (pulun qəbuluna dair iddiaçının yazdığı qəbz, pulun (banderolun) iddiaçının yaşadığı ünvana göndərilməsi barədə poçt qəbzi və s.) onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında mübahisələndirilən borc məbləği isə cavabdehin borcu iddiaçının ondan tələb etdiyi gündən 15 (on beş) gün müddətinə qaytaracağına dair öhdəliyindən irəli gələn və məhz cavabdeh tərəfindən imzalanması ekspert rəyi sübuta yetirilmiş borc müqaviləsində öz əksini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdehlərin iddiaçının mülkiyyətinə qanunsuz müdaxiləsi sübuta yetirilir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdeh iddianın əsaslı olmamasını, borc məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini və ekspert rəyinin əsassız olmasına istinad etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyun ayına kimi olan dövrdə razılaşmalarına əsasən borc verdiyi məbləğin 10 faizi olmaqla, 8 X 1250=10000 (on min) manat əlavə pul vəsaitinin cavabdehin tutulmasını istəyir. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh İddiaçı aldığı 12500 manat borcun müqabilində qazancından hər ay 1250 manat borc verənə əvəzsiz olaraq verilməsini öhdəsini götürmüşdür. Sözügedən müqavilənin Cavabdeh tərəfindən imzalanmaması sübuta yetirilmədiyindən və xx.xx.2019-cu il tarixli “Borc müqaviləsi” üzrə 12500 manat borc cavabdehdən tutulduğundan, həmin müqavilə üzrə 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyun ayına kimi olan dövrdə iddiaçı və cavabdeh arasında olan razılaşmaya əsasən cavabdehin borc aldığı məbləğin 10 faizi olmaqla, 8 X 1250=10000 (on min) manat da cavabdehdən tutularaq iddiaçıya ödənilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli,Cavabdeh 12500 (on iki min beş yüz) manat məbləğində əsas borc, 10.000 manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 22530 (iyirmi iki min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 12500 (on iki min beş yüz) manat məbləğində əsas borc, 10.000 manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 22530 (iyirmi iki min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-699/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-699/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver