Məhkəmə qərarları › İş №2(025)-705/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-705/2021

21.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-705/2021 21.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Müstəqil tələb irəli sürən 3-cü şəxslər X3 və X2 Cavabdeh qarşı “torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi və yolun açılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Müstəqil tələb irəli sürən 3-cü şəxslər X3 və X6 Cavabdeh qarşı “torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi və yolun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən Onlar həmin kateqoriya mübahisələr üçün qanunda və ya müqavilələrdə nəzərdə tutulmuş, kommersiya məhkəməsində cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar. Qanunvericiliyin tələbindən göründüyü kimi, üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Lakin məhkəmə qeyd edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh və X4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması» tələbinə dair iddiası üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən 08.01.2020-ci il tarixdə qətnamə qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 08.01.2020-ci il tarixli 2(025)-20/2020 nömrəli qətnaməsindən iddiaçı X5 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 17.06.2020-ci il tarixli 2(107)-864/2020 nömrəli qətnaməsindən isə kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24.11.2020-ci il tarixli 2(102)-5361/2020 nömrəli qərarı ilə mülki iş baxılması üçün yenidən apellyasiya məhkəməsinə göndərilmiş və hal-hazırda da Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi hazırkı iddia tələbinə Qəbələ Rayon Məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılmış və yekun məhkəmə aktı olan qətnamə qəbul edilmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi yolverilməzdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi üçüncü şəxslərə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 55.1, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Müstəqil tələb irəli sürən 3-cü şəxslər X3 və X2 Cavabdeh qarşı “torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi və yolun açılması” tələbinə dair idida ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar