Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-713/2020 27.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» x5 nümayəndəsi x8, cavabdeh (mərhum) x2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» x5 cavabdeh (mərhum) x2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» x9 cavabdeh (mərhum) x2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum x2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə 474,87 (dörd yüz yetmiş dörd manat səksən yeddi qəpik) manat manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin “Ağdaş” filialı ilə x3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 938-xx.xx.2015-SM163 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 25 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 1450 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu x4 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Qəbələ regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 1352 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum x2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Ağdaş” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən x2 vəfat etdiyi tarixə banka ödənilməmiş 474,87 manat əsas kredit borcu qalmışdır. Cavabdehlər, mərhum x1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi x8 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh (mərhum) x2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul edərək göstərdilər ki, mərhum x4 ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 938-xx.xx.2015-SM163 №-li kredit müqaviləsinə əsasən ona 474.87 manat məbləğində kredit verilmişdir. Əlimurad Məsimov sağ olarkən krediti vaxtı-vaxtında ödəmişdir. Həmçinin kredit alarkən gələcəkdə baş verə biləcək hallara görə 135 manat sığorta ödənişi edilmişdir. Bu səbəbdən sığorta vasitəsilə borclarının ödənildiyini bilmişlər, qalan kredit borcunu ödəməmişlər. Məhkəmədən ədalətli qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh x2 vərəsəsi Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə Cavabdeh4 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə x4 (sonradan kredit müqaviləsinə uyğun borcalan) arasında bağlanan xx.xx.2015-ci il tarixli, 938-xx.xx.2015-SM163 №-li kredit müqaviləsinə əsasən sonuncuya 25 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 1450 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 938-xx.xx.2015-SM163 №-li kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan x4 1450 manat məbləği illik 22 %-lə, 25 ay müddətinə aylıq 72,90 manat, sonuncu ay isə 70,55 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, x2 xx.xx.2020-ci il tarixə xx.xx.2015-ci il tarixli, 938-xx.xx.2015-SM163 nömrəli kredit müqaviləsi üzrə 474,87 manat əsas borcu vardır. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, x4 xx.xx.2015-ci il tarixdə 1362 manatı imza edərək qəbul etmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş AZE seriyalı, 04458518 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x4 xx.xx.1949-cu il tarixdə Qəbələ rayonu, Kiçik Əmilli kəndində doğulmuş, Qəbələ rayonu Kiçik Əmilli kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AZ-İ seriyalı, 833140 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, x4 “prostat vəzinin xərçəngi” xəstəliyindən xx.xx.2016-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-ci ildə 15 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx problemli kreditlərlə iş departamentinin direktoru E.Məmmədova ünvanlanmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, mərhum x2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin cavabdeh (mərhum) x2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında bigrə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsvirici-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh (mərhum) x2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mərhum x2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh (mərhum) x2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kreditor (iddiaçı) qarşısında məsuliyyət daşıyırlar, kredit müqaviləsi üzrə əsas və faiz borc tələbi onlardan tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində tam əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə cavabdeh x2 əsas borcu 474,87 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdeh (mərhum) x2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçı bankın xeyrinə əsas borc üzrə 474,87 manat borcun tutulmasını əsaslı hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdeh (mərhum) x2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda cavabdehlərə izah edir ki, onlar müvafiq tələblə aidiyyatı sığorta şirkətinə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh (mərhum) x2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2015-ci il tarixli, 938-xx.xx.2015-SM163 nömrəli kredit müqaviləsi üzrə 474,87 manat əsas borc olmaqla, cəmi 474,87 (dörd yüz yetmiş dörd manat səksən yeddi qəpik) manat kredit borcu, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» x5 xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh (mərhum) x2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2015-ci il tarixli, 938-xx.xx.2015-SM163 nömrəli kredit müqaviləsi üzrə 474,87 manat əsas borc olmaqla, cəmi 474,87 (dörd yüz yetmiş dörd manat səksən yeddi qəpik) manat kredit borcu, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» x5 xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-713/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-713/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver