Məhkəmə qərarları › İş №2(025)-721/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-721/2021

20.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-721/2021 20.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17360,11 manat vurduğu zərərə və 30,4 manat dövlət rüsumuna görə olmaqla cəmi 17390,51 manat məbləğində pul alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 avqust 2021-ci il tarixdə, saat 12:50 radələrində Qəbələ rayonu ərazisində “Mazda” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Cavabdeh yol hərəkəti qaydalarını (yəni birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməklə) pozmuş, idarə etdiyi “Qaz 53” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati xəta haqqında İXP ******* nömrəli protokola əsasən Cavabdeh əməlində AR İnzibati Xətalar Məcəlləsinin 339.1-1 'və 327.4-cü madələrinin tərkib əlamətləri olduğu müəyyən edilmişdir. Qəbələ rayonu Yol Patrul xidməti inspektoru X1 20.03.2021-ci il tarixli, TP ******* nömrəli qərarı ilə Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 327.4-cü madələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Azərbaycan Respublikası ROTARY MOTORS MMC “Mazda” avtomobillərə texniki xidməti tərəfindən mənim “Mazda” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilimə baxış keçirilmiş, MZ-56591 nömrəli iş kartı tərtib edilmiş və vurulmuş zərərin miqdarı 17360,11 manat müəyyən edilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi törətdiyi zaman avtomobilimə vurduğu zərəri ödəyəcəyini bildirmiş, lakin sonradan bundan boyun qaçırmışdır. O, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh təqsirli əməli nəticəsində ona 17360,1.1 manat maddi zərər dəymiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30,4 manat məbləğində dövlət rüsumu ödəmişdir. "xxxx" ASC tərəfindən verilmiş 237 nömrəli, 16 aprel 2021-ci il tarixli arayışla “Mazda” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka müqaviləsi əsasında girov götürülmüş və 16 aprel 2021-ci il tarixə 11983,02 manat borcu vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı maddi ziyan tələbinə dair iddiasını qəbul etmir. İddiaçı ondan qeyd olunan məbləğdə ziyanı aşağıda qeyd edəcəyi səbəblərə görə əsassız tələb edir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası ROTARY MOTORS MMC “Mazda” avtomobilərə texniki xidməti tərəfindən onun “Mazda” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, MZ-56591 nömrəli iş kartı tərtib edilmiş və vurulmuş zərərin miqdarı 17360,11 manat müəyyən edilmişdir. Lakin o, vurulmuş zərərin 17360,11 manat olması ilə razılaşmır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin ön hissəsi deformasiyaya uğramışdır. Lakin avtomobilin digər hissələrinə heç nə olmamışdır. Həmin avtomobillin qiyməti təxminən 15-2000 manat arasında olsa da, maşına dəymiş ziyanın 17390,51 manat hesablanması həqiqətə uyğun deyildir. Belə olan halda Azərbaycan Respublikası ROTARY MOTORS MMC “Mazda” avtomobilərə texniki xidməti tərəfindən 17360,11 manat müəyyən edilmiş ziyan göründüyü kimi absurd deyil və həqiqətə uyğun gəlməyən şişirdilmiş bir məbləğdir. Həmin ziyan hardan alınıb, necə alınıb və necə müəyyən edilib müəyyən deyildir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 02 aprel 2021-ci il tarixdə tərtib edilmiş avtobilə dəymiş zərər barədə cədvəldən görünür ki, «MAZDA» markalı, **-FV-*** dövlət nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 17360.11 (on yeddi min üç yüz altmış manat on bir qəpik) manat təşkil edir. İşdə olan İXP ******* №-li, 20.03.2021-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 327.4-cü maddələrinin tələblərini pozmuşdur. İşdə olan TP ******* №-li, 20.03.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 327.4-cü maddələri ilə təqsirli bilinərək 100 (bir) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2021ci il tarixli 9/4032 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində «MAZDA» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı 2012-ci il buraxılışlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 17096 (on yeddi min doxsan altı) manat müəyyən olunur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, «MAZDA» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı istifadə, sahiblik və sərəncam hüququna malikdir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 20.03.2021-ci il tarixdə yol hərəkətinin qaydalarını pozaraq idarə etdiyi «QAZ 53A» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçıya məxsus olan «Mazda» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı «Mazda» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, «Mazda» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomaşının dəyişməli hissələrinin qiyməti 14996,00 manat, təmir-bərpa işlərinin qiyməti 2100,00 manat, cəmi 17096,00 manat olduğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə iclasında iddiaçı 17360,11 (on yeddi min üç yüz altmış manat on bir qəpik) manat məbləğində zərər dəydiyini iddia etsə də bu tələbini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 17096 (on yeddi min doxsan altı) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat olmaqla cəmi 17126 (on yeddi min bir yüz iyirmi altı altı) manat tutulmalıdır. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 17096 (on yeddi min doxsan altı) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat olmaqla cəmi 17126 (on yeddi min bir yüz iyirmi altı) manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar