Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-725/2023 25.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Bəkı̇ rov Ənvər Davud oğlunun Cavabdeh Nərı̇ man oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Bəkı̇ rov Ənvər Davud oğlunun, iddiaçının vəkili Vəkil və Cavabdeh Nərı̇ man oğlunun iştirakları ilə, İddiaçı Bəkı̇ rov Ənvər Davud oğlunun Cavabdeh Nərı̇ man oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Bəkı̇ rov Ənvər Davud oğlu Cavabdeh Nərı̇ man oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nərı̇ man oğlundan 1150 (bir min yüz əlli) manat məbləğində pul vəsaiti və 31.50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh bir neçə il bundan əvvəl tanımışdır. 2019-cu ildə Cavabdeh evini almaqdan ötrü ona 1200 manat pulu beh olaraq vermişdir. Sonradan isə razılaşmaları baş tutmadığına görə ona verdiyi 1200 manat pulun qaytarılmasını tələb etdikdə isə pulu xərclədiyini, pulunun olmadığını və ona verdiyi pulu tam şəkildə qaytara bilməyəcəyini bildirmişdir. Pulu ondan istədikdə isə müxtəlif bahənələrlə, guya maddi imkanının olmadığı, banklara kredit ödədiyini əsas gətirərək, ayda 50 manat ödəyə biləcəyinə söz vermiş, vədinə isə əməl etməmişdir. Məcbur olub Qəbələ RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh etdiyi hərəkətlər barədə məlumat vermişdir. Qəbələ RPŞ-da araşdırma aparıldıqdan sonra müvafiq qərar çıxararaq şikayətində göstərilən xüsusatların onların səlahiyyətinə aid olmadığını, aidiyyatı üzrə məhkəməyə müraciət etməyini bildirmişlər. Polisə şikayət etdikdən sonra cavabdeh ona borcundan 2022-ci ilin oktyabr ayında 50 manat ödəniş etmiş, qalan borcunu isə hal-hazıradək qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu geri qaytarılmasını tələb etmiş, cavabdeh isə hər dəfə söhbət edən zaman müxtəlif bəhanələr gətirmişdir. Son günlərə kimi cavabdehin ona olan borcunu qaytaracağına ümid edirdi. Artıq məlum oldu ki, cavabdeh ona olan borcunu qaytarmaq fikrində deyil, bundan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə iddiaçı Bəkı̇ rov Ənvər Davud oğlu və iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh Nərı̇ man oğlu iddia tələbini qəbul etməyərək göstərdi ki, özünə məxsus yaşayış evini satmaq üçün iddiaçı Bəkı̇ rov Ənvər Davud oğlundan 1200 manat pulu beh kimi almış (həmin 1200 manatı iki dəfəyə almış, 1000 bir və 200 bir), pulun qalan hissəsini sənədləşdirmə işləri aparılandan sonra verəcəyinə razılaşmışlar. Sənədləşdirilmə işlərinin aparılması üçün ona 5 gün vaxt verilmişdir. Üstündən 15 gün keçəndən sonra iddiaçı ona evi almayacağını bildirmiş və verdiyi behi də istəməmişdir. Səbəbini soruşanda iddiaçı öz evini sata və kredit ala bilmədiyi üçün evi ala bilməmişdir. İki ildən sonra isə polisə və məhkəməyə şikayət etmişdir. Hal-hazıda kredit borcları oluğu üçün həmin 1200 manatı qaytara bilmir. Ümumiyyətlə hesab edir ki, alqı-satqı iddiaçının günahı ücbatından baş tutmadığına görə tələb olunan borc, yəni beh qaytarılmamalıdır. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə təeəfələrin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Bəkı̇ rov Ənvər Davud oğlunun şikayəti əsasında Cavabdeh Nərı̇ man oğlu barəsində Qəbələ rayon Polis Şöbəsində aparılmış araşdırma nəticələrinə dair sənədlərdən görünür ki, Cavabdeh Nərı̇ man oğlu Bəkı̇ rov Ənvər Davud oğlundan 1000 manat məbləğində pul almışdır. Kredit borcu olduğu üçün hal-hazıradək 1000 manat borcu qaytara bilməmiş, müəyyən vaxta ödəyəcəyini bildirmişdir. Bu səbəbdən Cavabdeh Nərı̇ man oğlunun Bəkı̇ rov Ənvər Davud oğluna borc öhdəliyi yaranmışdır. Nəticədə tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan Qəbələ Rayon Polis şöbəsi tərəfindən şikayətçi Bəkı̇ rov Ənvər Davud oğluna məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin evini almaqdan ötrü iddiaçı 1200 manat pulu beh olaraq cavabdehə vermişdir. Sonradan isə razılaşmaları baş tutmadığına görə iddiaçı vermiş olduğu 1200 manat pulun qaytarılmasını tələb etmiş, cavabdeh pulu xərclədiyini, pulunun olmadığını və ona verdiyi pulu tam şəkildə qaytara bilməyəcəyini bildirmişdir. Məcbur olub Qəbələ RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh etdiyi hərəkətlər barədə məlumat vermişdir. Qəbələ RPŞ-da araşdırma aparıldıqdan sonra müvafiq qərar çıxararaq şikayətində göstərilən xüsusatların polisin səlahiyyətinə aid olmadığına görə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Polisə şikayət etdikdən sonra cavabdeh iddiaçıya 50 manat qaytarmış, qalan pulu isə hal-hazıradək qaytarmamışdır. Nəticədə iddiaçı Bəkı̇ rov Ənvər Davud oğlu məcbur olub Cavabdeh Nərı̇ man oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından nəgədər ki, tərəflər arasında beh haqqında razılaşma yazılı formada bağlanmadığından, Cavabdeh Nərı̇ man oğlunun hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən Bəkı̇ rov Ənvər Davud oğlu tərəfindən Cavabdeh Nərı̇ man oğluna verilmiş qalan 1150 (bir min yüz əlli) manat məbləğində pul, iddiaçıya cavabdeh tərəfindən qaytarılmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31.50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Nərı̇ man oğludan 1150 (bir min yüz əlli) manat məbləğində pul vəsaiti və 31.50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Bəkı̇ rov Ənvər Davud oğluna ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Nərı̇ man oğlundan 1150 (bir min yüz əlli) manat məbləğində pul vəsaiti və 31.50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Bəkı̇ rov Ənvər Davud oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-725/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-725/2023
25.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver