Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-734/2020 13.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi ilə,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştiraklarıilə, İddiaçı “xxxxxxx” KB X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı «xxxxxxx» KB ASC məhkəməyə ərizə ilə müraciət edərək, borclular - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1981.23 manat əsas, 351.87 manat faiz və 11.11 manat cərimə olmaqla, cəmi 2344.21 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin “xxxxxxx” KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor «xxxxxxx» KB ASC ilə borclu X1 arasında arasında bağlanmış 05.04.20'9-cu il tarixli Əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 150000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2029-cu il tarixinədək müddət ərzində X4 bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış xx.xx.2019-cu il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 26 ay müddətinə illik 30 % ödəmək şərtilə 2349 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanm mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda Əsas və Əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Belə ki, Əsas kredit müqaviləsin 1.7-ci bəndinə əsasən “Zamin” “Borcalan’hn bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün X4 üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşıyır. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmələr. Nəticədə borcluların kredit müqaviləsi üzrə «xxxxxxx» KB ASC-yə 1981.23 manat əsas, 351.87 manat faiz və 11.11 manat cərimə olmaqla, cəmi 2344.21 manat borcu yaranmışdır Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxxxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi X5 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək göstərdi ki, iddiaçı «xxxxxxx» KB ASC ilə aralarında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 297micİSML/19 saylı kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 26 ay müddətinə illik 30% ödəmək şərtilə 2349 manat məbləğində kredit verilmişdir. Bir neçə ay ödəniş etdikdən sonra ayağının zədələnməsi səbəbindən ödənişləri həyata keçirə bilməmişdir. Hal-hazırda inşaatın mühafizə xidmətində işləyir. 250 manat əmək haqqı alır. Qalıq borcu hissə-hissə ödəyəcəkdir. Odur ki, Cavabdeh1 məhkəmədən faiz borcunun silinirək iddia tələbini qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək göstərdi ki, iddiaçı «xxxxxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 297micİSML/19 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 26 ay müddətinə illik 30% ödəmək şərtilə 2349 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə onunla zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən o, Cavabdeh1 kredit ödənişləri üzrə bank qarşısında öhdəlik götürmüşdür. Maddi imkanları olduqca qalıq borcu ödəyəcəklər. Odur ki, Cavabdeh2 məhkəmədən faiz borcunun silinirək iddia tələbini qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxx 2019-cu il tarixli, 297micİSML/19 nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən «xxxxxxx» KB ASC tərəfindən Cavabdeh1 istehlak məqsədləri üçün 120 ay müddətinə illik 32% ödəmək şərtilə 150000 manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan xx xxxxx 2019-cu il tarixli, 297micİSML/19 nömrəli Əlavə Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən «xxxxxxx» KB ASC tərəfindən Cavabdeh1 istehlak məqsədləri üçün 26 ay müddətinə illik 30% ödəmək şərtilə 2349 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli, 297micİSML/19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 2349 manat məbləği illik 30 %-lə, 26 ay müddətinə aylıq 124,26 manat, son ayda isə 128.28 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olanxx xxxxx 2019-cu il tarixli, 297micİSML/19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 xx xxxxx 2019-cu il tarixli, 297micİSML/19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İşdə olan xx xxxx 2020-ci il tarixli №UB-BANK/PİKMD/900279 saylı arayışdan görünür ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 297micİSML/19 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 xx xxxx 2020-ci il tarixə əsas borcu 1981,23 manat, faiz borcu 351,87 manat və cərimə borcu 11.11 manat olmaqla, cəmi 2344,21 manat borcu vardır. İş materiallarında olan «xxxxxxx» KB ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxxxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 297micİSML/19 kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə illik 35% ödəmək şərtilə 150000 manat məbləğində kredit limiti ayrılmış, Əlavə Kredit müqaviləsinə Cavabdeh1 istehlak məqsədləri üçün 26 ay müddətinə illik 30% ödəmək şərtilə 2349 manat məbləğində kredit verilmişdir Cavabdeh1 həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu banka qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə banka borcu yaranmışdır. Bundan başqa Cavabdeh2 borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi barədə öhdəlik götürmüşdür. “xxxxxxx” Kommersiya Bankı ASC Cavabdeh1 1981.23 manat məbləğində əsas borc, 351.87 manat məbləğində faiz borcu, 11.11 manat məbləğində cərimə borcu olmaqla cəmi 2344.21 manat məbləğində borcunun yarandığını bildirir və həmin məbləği bankın xeyrinə ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Beləliklə, məhkəmə təqdim edilmiş maliyyə arayışını da nəzərə alaraq tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1981.23 manat əsas, 351.87 manat faiz borcu, 11.11 cərimə borcu olmaqla, cəmi 2344.21 manat məbləğində kredit borcunun tutulması qənaətinə gəlib, iddianı bu qaydada həll etməyi əsaslı sayır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1981 manat 23 qəpik əsas borc, 351 manat 87 qəpik faiz borcu, 11 manat 11 qəpik cərimə borcu olmaqla ümumilikdə 2344 manat 21 qəpik borc və 30 manat dövlət rüsumu iddiaçı “xxxxxxx” KB X2 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1981 manat 23 qəpik əsas borc, 351 manat 87 qəpik faiz borcu, 11 manat 11 qəpik cərimə borcu olmaqla ümumilikdə 2344 manat 21 qəpik borc və 30 manat dövlət rüsumu iddiaçı “xxxxxxx” KB X2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-734/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-734/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver